Məhkəmə qərarları › İş №2(018)-704/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-704/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-704/2023 20.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi və iddiaçılar İddiaçı və X1 iştirakı ilə, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı «mənzilə köçürülmə tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X8 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı «mənzilə köçürülmə tələbi barədə» iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 istifadəsində olan Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o Cavabdeh2 ilə 14 dekabr 1995-ci il tarixdə rəsmi nikah münasibətinə girməklə evlənmişlər. Bu nikahlarından onların 31 oktyabr 1996-cı il təvəllüdlü il tarixdə X8 və 25 may 1995-ci il təvəllüdlü il tarixdə X9 adlı iki uşaqları doğulmuşdur. Onlar evləndikdən sonra o, qaynatası X4 məxsus olan və Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köcmüş və orada yaşayanlarla birlikdə ailə üzvü kimi ümumi təsərrüfatı birgə idarə etmişdir. O, həmin fərdi yaşayış evində 18 sentyabr 2022-ci il tarixə kimi birlikdə yaşamış və həmin tarixdə qızı iddiaçı X8 ilə birlikdə cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən qovulmuşdur. Onların hal-hazırda başqa yerdə yaşamağa imkanı olmadığında Astara şəhərində kirayə mənzildə yaşayırlar. Kirayə pulunu ödəməyə isə maddi imkanları yoxdur. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia tələbini müdafiə edərək İddiaçı ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar təkrar olaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1976-cı il tarixdə və X8 isə 31 oktyabr 1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nin Ərcivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli 2385 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayonun Ərcivan qəsəbəs üzrə nümayəndəliyində 10 saylı təsərrüfatbaşı kitabının 924-cü səhfəsində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nin Ərcivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli 2384 nömrəli arayışdan və 04 iyul 2023-cü il tarixli 104 saylı məktubundan görünür ki, İddiaçı 14 dekabr 1995-ci il tarixdə mərhum qaynatası X4 məxsus olan və Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köcmüş və 18 sentyabr 2022-ci il tarixə kimi həmin evdə ailə üzvüləri ilə birlikdə yaşamışdır. O, əri ilə birlikdə həmin fərdi yaşayış evinin həyətində 2015-ci ildə özlərinə məxsus ümumi sahəsi 100 kvadrat metr olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi inşa etmişlər. Onlar yeni inşa etdikləri həmin ev yaşamaq üçün tam hazır vəziyyətdə deyildir. İş materiallarına əlavə olunmuş Astara rayon Ərcivan bələdiyyəsinin 09 dekabr 2022-ci il tarixli arayışından məlum olur ki, Astara rayon Ərcivan bələdiyyəsinin təsərrüfat kitabında JN-1392 koda əsasən Cavabdeh2, İddiaçı və X1 adına 0,3410 hektar pay torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Lənkəran ərazi idarəsi tərəfindən verilmiş sorğuya 05 iyul 2023-cü il tarixdə cavab məktubundan məlum olur ki, iş üzrə cavabdehlər Astara rayonu, Şiyəkəran kənd sakinləri Cavabdeh1 qızının və Cavabdeh2 adına fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 ilə 14 dekabr 1995-ci il tarixdə rəsmi nikah münasibətinə girməklə evlənmişlər. Onlar evləndikdən sonra İddiaçı qaynatası X4 məxsus olan və Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köcmüş və orada yaşayanlarla birlikdə ailə üzvü kimi ümumi təsərrüfatı birgə idarə etmişdir. Bu münasibətdən onların həmin evdə 2 nəfər uşaqları olmuşdur. İddiaçılar həmin fərdi yaşayış evində 18 sentyabr 2022-ci il tarixə kimi birlikdə yaşamış və cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən qovulmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Qeyd olunur ki, qanunverici mülki-hüquq münasibətlərini tənzimləyən yeni normativhüquqi akt qəbul etməklə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunduğu kimi, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunur ki, qanunverici mülki-hüquq münasibətlərini tənzimləyən yeni normativhüquqi akt qəbul etməklə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X7, X2, X10 və X5 ailə üzvü kimi qəbul edilməsi və ümumi təsərrüfatı idarə etməsi işin mübahisəsiz halıdır və hazırki mülki iş materialları ilə tam sübut olunur. Belə ki, ailə üzvlərinin birgə yaşadığı və mənzil şəraitində yaşamalarına imkanı təmin edən yaşayış sahəsi əksər hallarda ailə üzvləri arasında olan münasibətlərə xitam verildiyi hallarda onların və uşaqlarının yaşaması üçün bir təminat olaraq qəbul edilməkdədir. Ailə həyatı bu məkanda yaşanır, tərəflər birgə yaşamaqla təsərrüfatı birgə idarə edir və ailə həyatından irəli gələn hüquq və vəzifələr əldə edirlər. Məsələyə bu konteksdən yanaşıldıqda aydın olur ki, hazırki mülki mübahisənin predmeti baxımından iddiaçı cavabdeh X10 arvadı olmaqla onunla birgə təsərrüfatı idarə etməklə yaşamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlərə qarşı iddiası əsaslıdır və təmin olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddiaçılar 51 (əlli bir) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödədiyi üçün həmin rüsum cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı «mənzilə köçürülmə tələbi barədə» iddiası təmin edilsin. İddiaçılar İddiaçı və X8 cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 yaşadıqları, mərhum X4 məxsus olan, Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Mülki iş üzrə ödənilmiş dövlət rüsumuna görə 51 (əlli bir) manat məbləğində pul cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2, müştərək qaydada alınaraq iddiaçılar İddiaçı və X6 verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar