Məhkəmə qərarları › İş №2(018)-716/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-716/2024

13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-716/2024 13.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxslər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Lənkəran 5 saylı RQİ və TBŞ-nə və Astara rayon Notariat Ofisinə qarşı “mirası qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim : Ərizəçi maraqlı şəxslər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Lənkəran 5 saylı RQİ və TBŞ-nə və Astara rayon Notariat Ofisinə qarşı “mirası qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən ödəniş qəbzi ərizəyə əlavə olunmamışdır.Bundan başqa Ərizəçi tərəfindən həmin faktın təstiqi ilə əlaqədar maraqlı şəxs Astara rayon Notariat Ofisinə müraciət etməsi və ona imtina edilməsi barədə heç bir sənəd işə əlavə etməmişlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150-152, 263-264 və 266-268ci maddələrini rəhbər tutaraq, qərara aldım : Ərizəçi maraqlı şəxslər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Lənkəran 5 saylı RQİ və TBŞ-nə və Astara rayon Notariat Ofisinə qarşı “mirası qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar