Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-74/2023 16.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı qıznın vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı qıznın Cavabdeh qarşı “Maneənin aradan qaldırılması, ölcmə işlərinin aparılması üzrə reyest xidmətinin mütəxəssisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsi, faktiki yerində müayinə keçirilməsi üçün şəraitin yaradılması tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qız Cavabdeh qarşı “Maneənin aradan qaldırılması, ölcmə işlərinin aparılması üzrə reyest xidmətinin mütəxəssisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsi, faktiki yerində müayinə keçirilməsi üçün şəraitin yaradılması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvüləri tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsidə İddiaçı adına rəsmiləşdirilməsinə maneəçilik törödilməməsinə, ölcmə işlərinin aparılması üzrə reyestr xidmətinin mütəxəssislərinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsinə, faktiki yerində müayinənin keçirilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulmasına və 101 (bir yüz bir) manat 40 (dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 02 iyun 1992-ci il tarixli qətnaməsinə əsasən 03 aprel 1991-ci il tarixdə ölmüş X2 məxsus olan, ondan miras qalmış 60,2 kvadrat metr yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olan 2 otaqlı yaşayış evi üçdə iki hissədə İddiaçı qıznın, üçdə bir hissədə X1 mülikyyətinə verilmişdir. Həmin qətnamə əsasında qeyd edilən daşınmaz əmlaka üçdə iki hissədə İddiaçı, üçdə bir hissədə X1 irs almalarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. Həmin şəhadətnamənin şamil edildiyi vərəsəlik əmlakı Astara şəhəri Fioletov küçəsi 600 kvadrat torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,2 kvadrat metr, yaşayış sahəsi 35 kvadrat metr olan fərdi yaşayış evindən ibarətdir. İddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi 600 kvadrat torpaq sahəsində də pay almaq hüququna malikdir. İddiaçı torpaq sahəsinə olan hüququnu rəsmiləşdirmək üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmiş, ancaq qeyd edilən idarənin 14 oktyabr 2022-ci il tarixli məktubuna əsasən mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi tələb olunur. Cavabdeh isə həmin hərəkətlərin aparılmasına maneəçilik törədir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin əməkdaşlarına maneəçilik törötməmişdir. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən digər Cavabdeh nümayəndəsi Vəkil da eyni məzmunlu izahat verərək Cavabdeh göstərdiyi xüsusatları bir daha da təsdiq etdi. Məhkəmə tərəflərin nümayəndələrinin və Cavabdeh izahalarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 20 mart 1954-cü il tarixdə anadan olmaqla, Kazaxstan Respublikası, Qızılorda vilayətinin, Qızılorda şəhəri Abay Kunanbayev küçəsi ev 46-da yaşayır. Mülki işə əlavə edilmiş 01 oktyabr 1992-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, 03 aprel 1991-ci il tarixdə ölmüş X2 məxsus olan, ondan miras qalmış, Astara şəhəri Fioletov küçəsi 600 kvadrat torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,2 kvadrat metr, yaşayış sahəsi 35 kvadrat metr olan fərdi yaşayış evindən üçdə iki hissədə İddiaçı, üçdə bir hissədə X1 irs almaq hüquqları vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ünvanladığı 14 oktyabr 2022-ci il tarixli məktubundan məlum olur ki, Qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi tələb olunur. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinin iştirakının ilə yerində müayinə edilməsinə tərəfinizdən şərait yaradılmalıdır. Qeyd edilən işlərin aparılmasına tərəfinizdən şərait yaradılmadığından hazırkı ərizənizin icrası təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinə məhkəmənin 01 oktyabr 1992-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə İddiaçı üçdə iki hissədə irs alması üçün idarənin əməkdaşlarına Cavabdeh tərəfində maneəçilik yaradılması barədə olan məktubuna 09 yanvar 2023-cü il tarixli cavab məktubundan məlum olur ki, İddiaçı tərəfindən hər-hansı bir əmlaka dair qeydiyyat aparılması proseduru ilə əlaqədar10 saylı Lənkəran Ərazi idarəsinin Astara rayon şöbəsinə hal-hazıradək rəsmi müraciət edilməmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, 01 oktyabr 1992-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 03 aprel 1991-ci il tarixdə ölmüş X2 məxsus olan, ondan miras qalmış, Astara şəhəri Fioletov küçəsi 600 kvadrat torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,2 kvadrat metr, yaşayış sahəsi 35 kvadrat metr olan fərdi yaşayış evindən üçdə iki hissədə İddiaçı, üçdə bir hissədə X1 irs almaq hüquqları vardır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müvafiq çıxarışın verilməsinə dair ərizə ilə 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinin onun iştirakı ilə yerində müayinə edilməsinə tərəfindən şərait yaradılması tövsiyə edilmişdir. Ancaq İddiaçı tərəfindən hər-hansı bir əmlaka dair qeydiyyat aparılması proseduru ilə əlaqədar10 saylı Lənkəran Ərazi idarəsinin Astara rayon şöbəsinə hal-hazıradək rəsmi müraciət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh torpaq sahəsinin yerində müayinə edilməsi, koordinat nöqtələrinin müəyyən edilməsi, həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsinə də maneəçilik törədə bilməzdir. Ona görə də iddia əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı qıznın Cavabdeh qarşı “Maneənin aradan qaldırılması, ölcmə işlərinin aparılması üzrə reyest xidmətinin mütəxəssisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsi, faktiki yerində müayinə keçirilməsi üçün şəraitin yaradılması tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-74/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-74/2023
16.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver