Məhkəmə qərarları › İş №2(018)-740/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-740/2024

24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-740/2024 24.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X28 oğlunun katibliyi və ərizəçi X12 iştirakı ilə, Ərizəçi X12 «hüquqi əhəmiyyəti olan qohumluq faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X16 «hüquqi əhəmiyyəti olan qohumluq faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 ilə mərhum əmisi X13 ilə doğma qardaş olmaqla onların qohumluq münasibətlərinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ərizəçi X16 tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Astara rayon Siyakü sovetliyinin Vaqo kəndində doğulmuşdur. Atası X3 rayon Siyakü kəndində xx.xx.1995-ci ildə vəfat etmişdir. Ona ölum şəhadətnaməsi yazılmasına baxmayaraq doğum şəhədətnaməsi yazılmamışdır. X2 da Astara rayon Siyakü kəndində doğulmağına baxmayaraq onun xx.xx.2006-cı ildə ölümü ilə əlaqədar şəhədətnamə yazılsa da, doğum şəhədətnaməsi yazılmamışdır. Mərhum X1 qeyri-rəsmi nikahından iki qızı olmuş qızlardan biri subay vəfat etmiş, digəri isə onun həyat yoldaşı olmuş və onlar birlikdə əmisinin evində birgə yaşamışlar. Mərhum X1 vəfatı ilə əlaqədar ondan miras qalmış əmlakı faktiki olaraq o idarə edib istifadə etdiyindən miras qalmış əmlakı sənədləşdirmək istəyir. Lakin, atası və əmisinin doğum şəhədətnamələri olmadığından onun əmisi olduğunu sübut edə bilmir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən xüsusatları əsas gətirən ərizəçi əriəzsinin təmin edilməsinə dair müvafiq məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, X15 ilə X9 tanıyır, birlikdə qonşuluqda yaşamışlar. Onların hər ikisi rəhmətə getmişdir. X15 ilə X13 qardaşdırlar. Onların hər ikisi ilə yaxşı münasibətləri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında şahid X7 qeyd etdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə ərizəçini eləcədə şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

1. Şəxsiyyət vəsiqəsinin və arayışın məzmunundan görünür ki, X4 rayonu Siyaku kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Maraqlı şəxs tərəfindən verilmiş 03 may 2024-cü il tarixli, 977 saylı arayışdan görünür ki, X16 xx.xx.1956-ci ildə Astara rayonu Vaqo kəndində anadan olmuşdur.

3. Maraqlı şəxs tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 961 saylı arayışdan görünür ki, X16 ilə X10 arasında 17 iyun 1979-cu il tarixdə Astara rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlanmış və akt qeydləri kitabında 19 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

4. Maraqlı şəxs tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 962 saylı ölüm haqqında arayışdan görünür ki, X15 24 aprel 1995-ci il tarixdə vəfat etmişdir.

5. Maraqlı şəxs tərəfindən verilmiş 01 may 2024-cü il tarixli, 953 saylı ölüm haqqında arayışdan görünür ki, X13 20 avqust 2006-ci il tarixdə vəfat etmişdir.

6. Maraqlı şəxs tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, 1020 saylı arayışdan görünür ki, X13 barəsində qeydiyyat şöbəsinin arxivində doğum aktı qeydi aparılmamışdır.

7. Maraqlı şəxs tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, 1021 saylı arayışdan görünür ki, X15 barəsində qeydiyyat şöbəsinin arxivində doğum aktı qeydi aparılmamışdır.

8. Astara rayon İHB-nın Siyaku kənd inzibat ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 may 2024-ci il tarixli 503 saylı arayışın məzmunundan görünür ki, mərhum X6 vəfatına qədər Astara rayonu Siyaku kəndində yaşamış, onun ölümündən sonra həmin evdə aşağıdakı ailə üzvü X16 yaşamışdır.

9. Astara rayon İHB-nın Siyaku kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2024-ci il tarixli, 687 saylı arayışın məzmunundan görünür ki, X15 ilə X13 qardaş olublar.

10. Astara rayon İHB-nın Siyaku kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2024-ci il tarixli, 688 saylı arayışın məzmunundan görünür ki, X6 iki övladı olmuş, onların hər ikisi vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, mərhum X15 ilə mərhum X13 qardaş olmaqla hazırda vəfat etmişlər. Onlarn adlarına olan daşınmaz əmlakı sənədləşdirilməsi üçün hazırda ərizəçiyə qohumluq faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi lazımdır. Məhkəmə hesab edir ki, ərizəçi həmin hüquqi əhəmiyyətli faktı başqa qyadada ala bilmədiyi üçün ərizə təmin olunmalı, ərizəçi X11 mərhum X5 ilə mərhum X1 doğma qardaş olmaları barədə hüquqi əhəmiyyəti olan qohumluq faktı müəyyən edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.1, 308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X11 mərhum X5 ilə mərhum X1 doğma qardaş olmaları barədə hüquqi əhəmiyyəti olan qohumluq faktı müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar