Məhkəmə qərarları › İş №2(018)-749/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-749/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-749/2023 12.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 3 otaq və mətbəxdən ibarət olan fərdi yaşayış evinə xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş emişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib bildirdi ki, qızı-İddiaçı Cavabdeh Həci oğlu 2007-ci ildə evləndikdən sonra valideynlərinə məxsus olan və Kijəbə qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bir müddət ər-arvad olaraq valideynlərinin yanında yaşamışlar. Sonra cavabdehin tələbi ilə Moskva şəhərinə getmişlər. Orada təxminən 1 il 5 ay yaşamışlar. Hamilə vəziyyətində qızını valdeynlərinin yanına gətirib, bir müddətdən sonra işləmək üçün Moskvaya getmişdir. Qızı Astara rayonunda olduğu vaxt, yəni xx.xx.2012-ci ii tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X3, xx.xx.2016-ci il tarixdə X4 və xx.xx.2018-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hazırda qızının yanında yaşayırlar. Birgə yaşadıqları dövrdə onun köməkliyi ilə 3 otaq və mətbəxdən ibarət fərdi yaşayış evi tikib və ora köçmüşlər. Bütün cehiz əmlakların həmin evdədir. Cavabdeh 21,01.2023-cü il tarixdə azyaşlı uşaqları ilə birlikdə qızını evdən qovmuşdur. Yaşamağa başqa yeri olmadığı üçün qızı onların yanında sığınacaq tapmışdır. Böyük zəhmət hesabına ev tikmişlər. Odur ki, həmin evə köçüb orada yaşamaq istəyir. Mübahisə edilən evin birgə yaşayış dövründə tşa etmişlər. Həmin evin hüququ statusu yoxdur. Birgə yaşayış dövründə inşa etdikləri Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 3 otaq və mətbəxdən ibarət olan fərdi yaşayış evinə qızı-İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən ev və həmin evin yerləşdiyi torpaq sahəsi valideynlərinə məxsusdur.Valideynlərinə məxsus torpaq sahəsində qardaşı ev tikmiş və onlar bir müddət qardaşının tikdiyi həmin evdə yaşamışlar. Lakin həmin evin sənədi yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Astara RİHB-nın Kijəbə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2023-cü ilin yanvar ayına qədər Astara rayonu, Kijəbə kəndində yaşamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan ər-arvad münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda idddiaçı İddiaçı Cavabdeh valideynlərinə məxsus olan torpaq sahəsində tikilmiş sənədi olmayan mübahisəli fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən məlum oldu ki, mübahisəli fərdi yaşayış evinin tikildiyi torpaq sahəsi cavabdehin valideynlərinə məxsus olmaqla, onların mülkiyyətindədir. Torpaq sahəsinin mülkiyyətçisi tərəfindən isə iddiaçının həmin evdə yaşaması üçün razılıq verməmişlər. Bununla bağlı iddiaçı həmin evə köçürülə bilməz. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi cavabdehin valideynlərinə məxsus torpaq sahəsində inşa edilmiş və həmin evin sənədi yoxdur. İddiaçı qeyd edilən yaşayış evində yaşamsına dair hər-hansı notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar