Məhkəmə qərarları › İş №2(018)-75/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-75/2025

24.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-75/2025 24.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadə olan yolun zəbtdən azad edilməsi orada quraşdırılmış qapının götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz əməllərinə son qoymadığı üçün hazır ki, tələb ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh tərəfindən tutulmuş ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi, onun tərəfindən orada quraşdırılmış qapının cavabdehin hesabına sökülməsi və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 saylı qərarı ilə Astara rayonu Pensər kəndi ərazisində olan 0.10 hektar həyətyani torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin ərazidə yerləşən fərdi yaşayış evində ailə üzvlərilə birlikdə yaşayır. Cavabdeh ümumi istifadədə olan gediş-gəliş yolunu zəbt etmiş, orada qapı quraşdırmış qapıya qıfıl qoyaraq açarlamışdır. Bununla da cavabdeh özbaşınalıq edərək yolu bağlamışdır. Bundan başqa yolun kənarından keçən kanalı torpaqla doldurmuş, axar suların qarşısını kəsmiş nəticətə axar olmadığında görə sular həyətlərə axmışdır. Ümumiyyətlə Cavabdeh özündən razı olan şəxsdir. Elə güman edir ki, onun qanunsuz əmələrinin qarşısını ala bilməzlər. Qeyd etdiyi özbaşınalığın qarşısını almaq üçün yaşadığı kəndin bələdiyəsinə, kənd icra nümayəndəliyinə hətda Astara rayon Polis şöbəsinə müraciət etməli olmuşlar. Həm bələdiyyə, həmdə Pensər kənd icra nümayəndəsi, həmçinin polis şöbəsi ona tövsiyə etmişlər ki, mübahisənin həlli üçün məhkəməyə müraciət etsin. Cavabdeh qanunsuz əməllərinə son qoymadığı üçün hazır ki, tələb ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh tərəfindən tutulmuş ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi, onun tərəfindən orada quraşdırılmış qapının cavabdehin hesabına sökülməsi və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddianı rədd edərək bildirdi ki, onun tərəfindən yol zəbt edilməyib, ona görə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə İddiaçını və Cavabdeh dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialında olan xx.xx.2024-cü il tarixli 444 saylı Azərbaycan Respublikası Astara RİHBnın Pensər kəndə İƏDÜN-nin arayışından görünür ki, İddiaçı oğu həqiqətən Astara rayonu, Pensər kəndində yaşayır və aşağıdakı ailə üzvləri vardır. Arvadı: X7, oğlu: X6, qızı: X3 və qızı: X4. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN saylı, 159A nömrəli şəhadətnamədən görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində X2 və ailə üzvləri İddiaçı Astara rayon Aqrar İslahat komissiyasının 15 yanavar 1998-ci il tarixli, 04 saylı qərarı ilə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/9791 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 43/2-267/2025 №-li mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-159A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və digərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin həmin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədi üzrə döngə nöqtələrinin koordinatları ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur. Belə ki, araşdırma zamanı sözügedən 0.10 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş "Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədinin tam həcmdə naturaya uyğun gəlməməsi, "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədindəki məkan göstəriciləri ilə faktikı istifadədə olan torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur."Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin JN-159A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və digərinin mülkiyyətlərinə verilmiş sözügedən 0.10 ha həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun öz əksini tapmışdır.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci || tarixli, 3-21-3-43/2- 267/2025 №-li mütəxəssis rəyinə asasan qeyd olunur ki, Mövcud baza məlumatlarına və eləcə do "Torpağın mülkiyyətə verilməsinə dair səhadətnamə" sənədinə esasən arasdırma zamanı Astara rayon Agrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-159A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ile İddiaçığlu və digərinin mülkiyyətlərinə verilmiş Astara rayonu. Pensar kandi arazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üç (şərq cənub və qərb) tərəfdən həyətyanı torpaq sahələri ilə sərhəd olmaqla həmin istiqamətlərdən gediş-gəliş yolunun nəzərdə utulmaması, yalnız bır (şimal istiqamətdən mübahisəli ərazi stiqamətindən) tərəfdən gediş-gəliş yolunun nəzərdə tutulması və bunun da faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən JN-159A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin Sıçüsünün 0,017 ha olması müəyyən edilmiş) torpaq sahəsinin koordinatları müəyyənləşdirilmişdir.Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçı X5 tərəfindən gediş-gəliş yolu kırmı iddia edilən verdə gediş-gəliş yolunun olmaması, iddia edilən torpaq sahəsının bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olunmuşdur. Qeyd olunan bələdiyyə mülkiyyətinə aid corpaq sahəsinin bir hissəsində (şımal istiqaməti hissəsində) faktiki vəziyyətdə gediş-gəliş olunun mövcud olması müəyyən olunmuş və faktiki vəziyyətdə mövcud olan gediş-gəliş yolunun giriş-çıxış hissəsində (İddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qərb tərəfində) Cavabdeh tərəfindən dəmir darvazanın quraşdırılması müəyyən olunmuşdur. Qeyd olunan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin digər (iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi ilə faktiki vəziyyətdə mövcud olan gediş-gəliş yolu arasında qalan hissə) nissəsində isə faktikı vəziyyətdə kanalın (su arxının) mövcud olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçı X1 faktiki istifadəsində olan həyətyanı Borpaq sahəsinə şərq istiqamətdən gedişgəliş yolunun mövcud olması və faktiki vəziyyətdə həmin gediş-gəlış yolunun Cavabdeh tərəfindən tutularaq istifadə olunması müəyyən olunmuşdur. Həmin gediş-gəliş yolunun küçəyə giriş Çıxış hissəsində cavabdeh tərəfindən dəmir darvazanın quraşdırılması müəyyən olunmuşdur. Həmçinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı Şabarəli oğlunun faktikı istifadəsində olan həyətyanı orpaq sahəsinə cənub-qərb istiqamətndən də gediş-gəliş yolunun mövcud yoldan istifadə etməsi müəyyən olunmuşdur olması və idiaçının istifadəsində olan həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə bu yoldan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında və ekspert rəyindən müəyyən olunmuşdur ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçı X5 tərəfindən gediş-gəliş yolu kırmı iddia edilən verdə gediş-gəliş yolunun olmaması, iddia edilən torpaq sahəsının bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olunmuşdur. Odur ki, İddiaçı Cavabdeh qarşı ümumi istifadə olan yolun zəbtdən azad edilməsi orada quraşdırılmış qapının götürülməsi tələbinə dair iddiası təmin edilməməməlidir. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/1316 saylı, xx.xx.2025-ci il tarixli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ümumi istifadə olan yolun zəbtdən azad edilməsi orada quraşdırılmış qapının götürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ümumi istifadə olan yolun zəbtdən azad edilməsi orada quraşdırılmış qapının götürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar