Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-759/2023 19.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı Azəriqaz İB-nin Cavabdeh qarşı «Borcun ödənilməsi tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azəriqaz İB Cavabdeh qarşı «borcun ödənilməsi tələbi barədə» iddia verərək, Cavabdeh xx.xx.2023-cü il tarixə kimi istehlak etdiyi 470,59 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının, cəmi 500,99 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod: 200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2023cü il tarixə 470,59 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. Dəfələrlə cavabdehə xəbərdarlıq edilərək ödəniş tələb edilsə də, cavabdeh pulu ödəməmişdir. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Azəriqaz İB məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2011-ci il tarixli, ***-**-** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin surətindən görünür ki, Cavabdeh hesab ona təqdim olunduğu və ya göndərildiyi vaxtdan sonra 1 ay ərzində cavabdeh tərəfindən Azəriqaz İB-yə bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İş materiallarına əlavə olunmuş “borclunun istehlak etdiyi təbii qazın aylar üzrə Saldosu”nun surətindən görünür ki, Cavabdeh iddiaçı Azəriqaz İB-yə 470,59 manat borcu vardır. İş materiallarında olan 27 mart 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Azəriqaz İB Cavabdeh 470,59 manat debitor borcunun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 470 (dörd yüz yetmiş) manat 59 (əlli doqquz) qəpik, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz manat) 40 (qırx qəpik) məbləğində pul vəsaiti, cəmi 500 (beş yüz manat) 99 (doxsan doqquz) qəpik tutularaq iddiaçı Azəriqaz İB-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-759/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-759/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver