Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-770/2024 06.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakları ilə, İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz tutulmuş 0.10 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alılıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, şahid ailəsidirlər. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini onun əsaslandırmışdır ki, İddiaçı mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cü il tarixli 03 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,10 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Astara rayon Kijəbə qəsəbəsi ərazisində yerləşir. Torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi olduğu İddiaçı 0.10 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt etmişlər. Dəfələrlə tələb olunsada cavabdehlər qanunsuz əməllərinə son qoymamış torpaq sahəsini zəbtdən azad etməmişlər. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz tutulmuş 0.10 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alılıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı iddia etdiyi torpaq sahəsini zəbt etməmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh1 iddianı qəbul edərək bildirdmişdi ki, həqiqətən iddiaçının torpağı onlar tərəfindən zəbt edilmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh2 iddianı qəbul edərək bildirdmişdi ki, həqiqətən onlar tərəfindən iddiaçının torpağı zəbt edilmişdir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş AZE00****** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1939-cu il tarixdə Astara rayonu Hamuşam kəndində anadan olmuşdur. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materialına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1940-cı il tarixdə Astara rayonu Maşxan kəndində anadan olmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 7E-1367 nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən səlahiyyətlərini Nümayəndə xx.xx.2029-cu il tarixədək etibar etmişdir. İş materialına əlavə edilmiş Astara RİHB-nın Kijəbə qəsəbə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 559 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. İş materialına əlavə edilmiş “JN-345 KOD 80102018” saylı torpağa mülkiyyət hüququna dair sənəddən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsi Astara rayonu Kijəbə qəsəbəsi sakini İddiaçı verilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh X3 tərəfindən istifadə edilir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 (otuz) manat məbləğdə dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus olan Astara rayonu Kijəbə qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-770/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-770/2024
06.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver