Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-78/2024 08.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Bağışlanma müqavbiləsinin etibarsız hesab edilib, ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “Bağışlanma müqavbiləsinin etibarsız hesab edilib, ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73-05101-093043, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 08 yanvar 2019-cu il olan Çıxarışa əsasən mülkiyyətində olan Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzilinin Cavabdeh bağışlanmasına dair Astara Rayon Notariat Ofisində 24 may 2019-cu il tarixli, 4Ə-352 reyestr nömrəli bağışlanması barədə olan müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil məhkəməyə əlavə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh sonradan məhkəməyə təqdim etdiyi Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********73-05101-093043, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 03 iyun 2019-cu il olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Cavabdeh onun doğma qızıdır. X2 12 sentyabr 2016-cı il tarixdə ölmüşdür. Özü 1-ci dərəcəli gözdən əlil olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 25 dekabr 2018-ci il tarixli rəyinə əsasən ona müddətsiz olaraq, 1-ci dərəcəli gözdən əlilik təyin edilmişdir. Qızı Cavabdeh onun xəstəliyindən istifadə edərək, ona xidmət göstərəcəyini, bütün xərclərini ödəyəcəyini vəd edərək, yaşadıqları, Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73-05101-093043, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 08 yanvar 2019-cu il olan Çıxarışa əsasən mülkiyyətində olan Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzili ona bağışlamağı xahiş etmişdir. Qızı Cavabdeh inanaraq mülkiyyətində olan Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzilini ona bağışlamış, bu barədə Astara Rayon Notariat Ofisində 24 may 2019-cu il tarixli, 4Ə-352 reyestr nömrəli bağışlanma müqaviləsini də imzalamışdır. Belə ki, Cavabdeh münasibəti ona əvvəllər yaxşı olsa da, son vaxtlar ona olan münasibəti dəyişmiş və onu həmin mənzildən çıxartmaqla hədələyir. Onun hal-hazırda 79 yaşı olmaqla 1-ci dərəcəli gözdən əlildir. Başqa yerdə yaşamağa imkanı yoxdur. Həmin bağışlanma müqaviləsi bağlanarkən həmin mənzildə qeydiyyatda olan digər qızı Şahid1 razılıq ərizəsi alınmamışdır, həmçini razılıq ərizəsi alınmış nəvəsi X5 isə yüngül dərəcəli əqli gerilik xəstəsidir. Bütün bunlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında dindirilən İddiaçı vəkili və nümayəndəsi Vəkil əsasən İddiaçı izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etməklə iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və verdiyi izahatında bildirdi ki, İddiaçı onun doğma atasıdır. X3 12 sentyabr 2016-cı il tarixdə ölmüşdür. Atası İddiaçı 1-ci dərəcəli gözdən əlilik təyin edilmiş olsa da, o kor deyildir, onun bir gözü görmür, digər gözü görməklə və öz hərəkətlərini dərk etməklə sərbəst surətdə hərəkət edir. Anası öləndən sonra atasına özü baxmış digər bacıları isə baxmamışdır. Ona görə də atası İddiaçı mülkiyyətində olan Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzilini Astara Rayon Notariat Ofisində 24 may 2019-cu il tarixli, 4Ə-352 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. Həmin vaxtı o, atası İddiaçı hər hansı bir vəd verməmiş, həmin mənzili ona heç bir şərt olmadan atası tərəfindən bağışlanılmışdır. Həmçinin onun atası İddiaçı və orada yaşayan bacısı Zahidə Əhədovanı oradan çıxartmaq fikri də yoxdur. Bütün bunlara əsasən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, İddiaçı onun atası Cavabdeh isə bacısıdır. O, özü Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzilində yaşamışdır. Onun xəbəri və razılığı olmadan atası İddiaçı həmin mənzili Cavabdeh bağışlamışdır. Ancaq buna görə Cavabdeh İddiaçı nəyisə vəd verməsini eşitməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, tərəflərin hər ikisi də onun qohumudur. İddiaçı arvadı öləndən sonra və hal-hazırda da ona qızı Cavabdeh baxmışdır. Ona görə də İddiaçı həmin mənzili Cavabdeh bağışlamışdır. Ancaq Cavabdeh buna görə iddiaçıya hər hansı vəd verməmişdir. Məhkəmə işin baxılmasında iştirak edən tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasında şəxsiyyət vəsiqsinin surətindən və 27 iyul 2023-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı xx xxxxxxxx 1945-ci il tarixdə anadan olmuşdur və Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzilində yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, Cavabdeh xx xxxx 1975-ci ildə anadan olmaqla, onun atası kimi İddiaçı, anası kimi isə X6 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş 19 may 2020-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh, ailə üzvüləri atası İddiaçı və bacısı X1 şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzilində yaşayır. Mülki işə əlavə edilmiş 07 yanvar 2024-cü il tarixli arayışdan məlum olur ki, Şahid1 Astara şəhəri Nuru Paşa küçəsi 7 saylı binanın, 19 saylı mənzilində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 21 dekabr 2023-cü il tarixli arayışından məlum olur ki, X6 12 sentyabr 2016-cı il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 25 dekabr 2018-ci il tarixli rəyindən məlum olur ki, İddiaçı müddətsiz olaraq, 1-ci dərəcəli gözdən əlilik təyin edilmişdir. Diaqnozu Qlaukoma, OD cərrahi əməliyat olunmuşdur. Mülki işə əlavə edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” haqqında 2536/2022 nömrəli aktdan məlum olur ki, X5 “yüngül dərəcəli əqli gerilik” xəstəsidir. Mülki işə əlavə edilmiş Astara Rayon Notariat Ofisində bağlanmış 24 may 2019-cu il tarixli, 4Ə-352 reyestr nömrəli “Daşınması əmlakın bağışlanması” müqaviləsindən məlum olur ki, Əhədov X4 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73-05101-093043, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 08 yanvar 2019-cu il olan Çıxarışa əsasən mülkiyyətində olan Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzilinin Cavabdeh bağışlamışdır. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********73-05101-093043, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 03 iyun 2019-cu il olan çıxarışdan məlum olur ki, Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, ümumi sahəsi 91,1 kvadrat metr olan 19 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Beləliklə məhkəmə iclasında məlum oldu ki, Astara şəhəri S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. O, həmin mənzili 24 may 2019-cu il tarixli, 4Ə-352 reyestr nömrəli “Daşınması əmlakın bağışlanması” müqaviləsinə əsasən qızı Cavabdeh bağışlamışdır. Həmin vaxtı İddiaçı 1-ci dərəcəli gözdən əlil olmuş olsa da öz hərəkətlərinin mənasını başa düşmüş və onun iradəsinin əksinə hər hansı fəaliyyət olmamışdır. Bu halı İddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində təsdiq etmişdir. İddiaçı iddia tələbi Cavabdeh verdiyi vədə əsasən ona xidmət göstərməməsini, onu mübahisəli mənzildən çıxartmaqla hədələməkdə və bütün xərclərini ödəməməsinə əsaslanır. Ancaq məhkəmə iclasında Cavabdeh İddiaçı ona xidmət göstərməsini, bütün xərclərini ödəməsi barədə vəd verməsi eləcə də onu mübahisəli mənzildən çıxartmaqla hədələməsi öz təsdiqini tapmamışdır. Məlum oldu ki, İddiaçı hər hansı bir şərt olmadan həmin mənzili öz qızı Cavabdeh bağışlamışdır. Göründüyü kimi Cavabdeh mübahisəli mənzili ona bağışlanarkən iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmiş və həmin müqavilə şərtlənməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair 19 may 2014-cü il tarixli qərarına görə Azərbaycan RespublikasıMülki Məcəlləsinin14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə həmin qeydiyyatıəks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş vəünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Əmlak hüquqları ilə bağlı mübahisələrdəAR ƏMDK DƏDRX-inərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıüçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də mülkiyyət əleyhinə olan hər bir qanunsuz və mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətin qarşısı alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmişşəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti iləşərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2.3-cü maddəsinə əsasən vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda, hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının vəİnsan hüquqlarıüzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının vəəsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel aynın 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrəİnsan hüquqlarıüzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin qərarın 3.1-ci bəndində göstərilmişdir ki,məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində təsbit edilmiş “bilavasitəlik” prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qərarın 6.4-cü bəndinə əsasən isə məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. «İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya dair 20 mart 1952-ci ildə Parisdə imzalanmış 1 saylı Protokolun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 3.1-ci maddəsinəəsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, özünün əmlakına sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasverici prinsiplərindəndir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi çıxardığı qərarlarında «hər bir şəxsinözünün mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu tanımaqla, 1-ci maddənin özünün məzmununa görə mülkiyyət hüququnun təminatçısı olmasını» qeyd etmişdir (Marckx v.Belgium-31, 13 iyun 1979-cu il tarixli qərarı; İnze v.Austria – 126, 28 oktyabr 1987-ci il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 24 may 2019-cu il tarixli, 4Ə-352 reyestr nömrəli “Daşınması əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab edilib, ləğv edilməsi, Cavabdeh adına tərtib edilmiş, Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********73-05101-093043, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 03 iyun 2019-cu il olan çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası əsassız olmasına görə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-78/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-78/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver