Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-781/2024 12.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Cavabdeh1, iş üzrə cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi (qardaşı) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «vurulmuş ziyanın ödənilməsi və özbaşınalıq hərəkətlərə son qoyulması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 23 may 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında hazırki icraat başlanmışdır. İddia cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı qaldırılmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 tərəfindən vurulmuş 800 (səkkiz yüz) manat ziyanın, 31 (otuz bir) manat dövlət rüsumunun ona ödənilməsinə və cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi aşağıda göstərilən halları qeyd edir: İddiaçı Astara rayonu Tüləgüvan kəndində yaşayır. Astara rayonu Tüləgüvan kəndi ərazisində 0.20 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini tikanlı məftillə çəpərə almışdır. Cavabdelılər Cavabdeh1, Cavabdeh2 və X3 tərəfindən torpaq sahəsini çəpəri sökülmüş, çəpərin salınmasında istifadə edilmiş məftili və dirəkləri yararsız vəziyyətə salmışlar. Bu barədə Astara rayon polis şöbəsinə müraciət edilmiş, Astara rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 aprel 2024-cü il tarixli qərar çıxarılmışdır. Ərizəsi üzrə aparılmış araşdırma zamanı cavabdehlərin verdiyi izahatlarda çəpərin onlar tərəfindən söküldüyü təsdiq etmişdir. Bütün bunlar cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 aprel 2024-cü il tarixli qərarda əksini tapmışdır. Həmin qərara görə tikanlı məftillə çəpərə salınmış çəpərin cavabdehlər tərəfindən söküldüyü və vurulmuş ziyanın 600 manat təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 aprel 2024-cü il tarixli qərarda dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Torpaq sahəsini çəpərə salınması üçün 800 (səkkiz yüz) manat xərc çəkmişdir. Belə ki, çəpərin uzunluğu 50 metr olmaqla beş cərgə tikanlı məftillə çəkilmişdir. Torpaq sahəsinin çəpərə salınmasında tikanlı məftildən və ağac dirəklərdən istifadə edilmişdir. İstifadə edilmiş tikanlı məftilin bir topun (hər topda 120 metr olmaqla) qiyməti 65 manatdan 4 topun qiyməti 260 manat, dirəklərin qiyməti isə 330 manat, istifadə edilmiş mismarın dəyəri 10 manat və 200 manatda çəpəri inşa etmiş fəhələrə verilmiş puldur. Bütün bunlarla bərabər, ümumilikdə 800 manat xərc çəkmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alıb cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 tərəfindən 800 (səkkiz yüz) manat ziyanın, 31 (otuz bir) manat dövlət rüsumunun ona ödənilməsinə və cavabdehlər tərəfindən özbaşınalıqlara son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 məhkəmədə ona qarşı qaldırılmış iddia tələbini rədd edərək, məhkəmə baxışı zamanı ifadə verərək göstərmişdir ki, Astara rayonu Tüləgüvan kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Mərcan Əliya onun qonşusudur. Bir müddətdir ki, qonşusu İddiaçı onunla və ailə üzvləri ilə aralarında torpaq sahəsi ilə bağlı mübahisələri vardır. Belə ki, onun pay torpaq sahəsi Mərcan Əliyavanın torpaq sahəsi ilə qonşuluqda yerləşir. 2024-cü il fevral ayından İddiaçı ona məxsus pay torpaq sahəsini qanunsuz olaraq çəpər almış və zəbt etmişdir. Bir neçə dəfə Məcar Əliyevaya onun torpaq sahəsini buraxmasını tələb etsə də, İddiaçı ona əhəmiyyət verməmişdir. İddiaçı iddiası əsassızdır, heç bir vaxt Mərcanın torpaq sahəsində yerləşən çəpərləri və məftilləri sökməmiş və ona heç bir maddi ziyan vurmamışdır. İddiaçı ona böhtan atır. Odur ki, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi (qardaşı) X3 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı pul tələbinə dair iddiası qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır.
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 16 avqust 2019-cu il tarixli ********** saylı çıxarışdan görünür ki, Astara rayonu, Tüləgüvan kəndində yerləşən 0,1956 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur.
2. 80102038 KOD seriyalı, JN 1251 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinə Astara rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli, 28 saylı qərarı ilə Astara rayonu Tüləgüvan kəndi ərazisində 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
3. 80102038 KOD seriyalı, JN 145 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və onların ailə üzvlərinə Astara rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli, 28 saylı qərarı ilə Astara rayonu Tüləgüvan kəndi ərazisində 0,24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
4. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı polis şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və X1 ona məxsus torpaq sahəsini zəbt etmələri, ona məxsus tikanlı məftillə olan çəpəri sökmələrini bildirərək, onlar barədə araşdırma aparılmasını xahiş etmişdir. Həmin qərardan görünür ki, müvafiq araşdırma aparılmış, qeyd olunan faktlar öz təsdiqini tapmadığı üçün İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 80102038 KOD seriyalı, JN 1251 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinə Astara rayonu Tüləgüvan kəndi ərazisində 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 80102038 KOD seriyalı, JN 145 nömrəli Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktı ilə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və onların ailə üzvlərinə Astara rayonu Tüləgüvan kəndi ərazisində 0,24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri qonşu sahələrdə yerləşməklə, iki qonşu kimi aralırnda torpaqla bağlı mübahisə olmuş, buna görə də iddiaçı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmiş, Cavabdeh1, Cavabdeh2 və X1 İddiaçı məxsus çəpəri sökmələri və ona maddi ziyan vurmaları öz təsdiqini tapmadığı üçün material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Lakin, hazırki mülki işdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 İddiaçı maddi ziyan vurması, bir sözlə cavabdehlərin təqsirli olması, yəni mülki hüquq pozuntusu (delikt) törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddiasının əsası olmadığı üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «vurulmuş ziyanın ödənilməsi və özbaşınalıq hərəkətlərə son qoyulması tələbinə» dair iddiası əsassız olduğu üçün rədd olunsun. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Zamin İbrahimov