Məhkəmə qərarları › İş №2(018)-797/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-797/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-797/2024 11.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndələri, həm də İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «ümumi paylı torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətlərində olan cəmi 0,52 hektar torpaq sahəsinin xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,2091 hektar hissəsindən, xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,1669 hektar hissəsindən və xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,1399 hektar hissəsindən mülkiyyətçilərin ayrı-ayrılıqda payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmədə İddiaçı2, İddiaçı3 nümayəndələri, həmçinin İddiaçı1 iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələblərini onunla əsaslandırmışlar ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 aprel 2002-ci il tarixli 01 saylı qərarı ilə Astara rayonu, Pensər kəndidə 3 ayrı-ayrı ərazisində cəmi 0.52 hektar torpaq sahəsi ailə üzvləri X1, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh paylı mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Ümumi paylı mülkiyyətlərinə verilmiş cəmi 0.52 hektar torpaq sahəsi 3 ayrı-ayrı ərizələrdə yerləşir. Belə ki, qeyd edilən torpaq sahəsinin 0.2091 hektar hissəsinə hüquqları xx.xx.2024-cü il tarixdə **********8 nömrə ilə, 0,1619 hektar hissəsinə xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə və 0.1399 hektar hissəsinə xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdə qeyd alınmaqla bizə Çıxarış verilmişdir. Qüvvədə olan qanunların tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payına sahiblik etmək və ona dair sərəncamı vermək hüququna malikdir. Onlar qeyd edilən hüquqlardan istifadə edə bilmirlər. Belə ki, Cavabdeh, ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi şərtləri ilə razılığa gələ bilməmişlər. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Paylı mülkiyyətçi X4 xx.xx.2002-ci il tarixdə "kəskin ürək damar çatmamazlığı xəstəliyindən vəfat etmişdir. Ümumi paylı mülkiyyətlərində olan cəmi 0,52 hektar torpaq sahəsinin xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,2091 hektar hissəsindən, xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,1669 hektar hissəsindən və xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış 0,1399 hektar hissəsindən mülkiyyətçilərin ayrı-ayrılıqda payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndələri, həmçinin İddiaçı1 izahatını dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** saylı xx.xx.2024-cü il tarixli çıxarış sənədinin surətindən görünür ki, İddiaçı1 adına rəsmiləşdirilmiş Astara rayonu Pensər kəndində yerləşən 0.2094 ha torpaq sahəsi İddiaçı2, X4, İddiaçı3, Cavabdeh və İddiaçı1 ümumi birgə paylı mülkiyyətindədir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** saylı xx.xx.2024-cü il tarixli çıxarış sənədinin surətindən görünür ki, İddiaçı1 adına rəsmiləşdirilmiş Astara rayonu Pensər kəndində yerləşən 0.1669 ha torpaq sahəsi İddiaçı2, X4, İddiaçı3, Cavabdeh və İddiaçı1 ümumi birgə paylı mülkiyyətindədir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** saylı xx.xx.2024-cü il tarixli çıxarış sənədinin surətindən görünür ki, İddiaçı1 adına rəsmiləşdirilmiş Astara rayonu Pensər kəndində yerləşən 0.1399 ha torpaq sahəsi İddiaçı2, X4, İddiaçı3, Cavabdeh və İddiaçı1 ümumi birgə paylı mülkiyyətindədir. İş materialında olan daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayış sənədinin surətindən görünür ki, Astara rayonu Pensər kəndində yerləşən 0.21 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 3400 (üç min dörd yüz) manat təşkil edir. İş materialında olan daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayış sənədinin surətindən görünür ki, Astara rayonu Pensər kəndində yerləşən 0.17 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 2900 (iki min doqquz yüz) manat təşkil edir. İş materialında olan daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayış sənədinin surətindən görünür ki, Astara rayonu Pensər kəndində yerləşən 0.1399 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 2500 (iki min beş yüz) manat təşkil edir. İş materiallarında olan 7E-6483 nömrəli xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı2 və İddiaçı3 etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 01 il müddətinə İddiaçı1 etibar etmişlər. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Pensər kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 252 saylı arayışından görünür ki, İddiaçı1 Astara rayonu Pensər kəndində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Pensər kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 251 saylı arayışından görünür ki, İddiaçı2 Astara rayonu Pensər kəndində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Pensər kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 250 saylı arayışından görünür ki, İddiaçı3 Astara rayonu Pensər kəndində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Pensər kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 249 saylı arayışından görünür ki, Cavabdeh Astara rayonu Pensər kəndində yaşayır. İş materiallarında olan AZ seriyalı 087297 nömrəli ölüm haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X4 “kəskin ürək-damar çatışmamazlığı” xəstəliyindən xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılar ümumi mülkiyyətin birgə mülkiyyətçisi kimi paylarının müəyyən edilməsini istəyirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən Astara rayonu Pensər kəndi ərazisində yerləşən 0,2091 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2024-cü il tarixli, ********** nömrəli nömrəli çıxarışa əsasən Astara rayonu Pensər kəndi ərazisində yerləşən 0,1669 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2024-cü il tarixli, ********** nömrəli nömrəli çıxarışa əsasən Astara rayonu Pensər kəndi ərazisində yerləşən 0,1399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri- İddiaçı1 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissə, mərhum X2 payı 1/5 hissə, İddiaçı3 payı 1/5 hissə, Cavabdeh payı 1/5 hissə müəyyən edilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli və ərizəçilərin mülkiyyət hüquqları tam bərpa olunaraq onların birgə mülkiyyətində olan torpaq sahəsinə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən Astara rayonu Pensər kəndi ərazisində yerləşən 0,2091 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2024-cü il tarixli, ********** nömrəli nömrəli çıxarışa əsasən Astara rayonu Pensər kəndi ərazisində yerləşən 0,1669 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2024-cü il tarixli, ********** nömrəli nömrəli çıxarışa əsasən Astara rayonu Pensər kəndi ərazisində yerləşən 0,1399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri- İddiaçı1 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissə, mərhum X2 payı 1/5 hissə, İddiaçı3 payı 1/5 hissə, Cavabdeh payı 1/5 hissə müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada alındığı vaxtdan 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar