Məhkəmə qərarları › İş №2(018)-811/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-811/2024

19.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-811/2024 19.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmrin qanunsuz və əsassız hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Cavabdeh1 rus bölməsində tarix fənnindən saatların Cavabdeh3 verilməsi barəsində Əmrin qanunsuz və əsassız hesab edilməsi və mediasiya şurası üçün ödədiyi 60 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, Təhsil Nazirliyinin məcburi olan müvafiq qərar və sərancamlarına məktəb direktoru tərəfindən əməl edilməlidir. Lakin məktəb direktoru həmin qaydaları pozmuşdur. Ona görə də məktəb direktoru tərəfindən qəbul olunan müvafiq əmr qanunsuz və əsasız olduğundan, iddiasının təmin olunması və əmrin ləğv olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta məktəbində 2004-cü ildən ali təhsilli tarix müəllimi işləyir. Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmiş və 51 bal toplamışdır. Rus bölməsində yeganə tarix fənni üzrə mütəxəssis müəlliməsi olduğu təqdirdə tarix fənnindən dərs yükü tam şəkildə təmin olunmalıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümümi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarında və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları"nın təsdiq edilməsi barədə" 19 oktyabr 2023-cü il № KQ-05 kolleqial Qərarında göstərilib: 2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. 2.3. Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1ci maddəsi və Nazirliyin xx.xx.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalib olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. Məktəblərində diaqnostik balı ondan aşağı olan, DQ balı 40+ olan bədən tərbiyyəsi və dil ədəbiyyat müəllimləri çalışmanın yaş həddinə çatmış olsalarda və ondan fərqli olaraq tədris etdikləri fənnlər üzrə məktəbdə yeganə fənn müəlimi olmadıqlarına baxmayaraq onlara artıqlaması ilə məktəb rəhbəri Cavabdeh1 tərəfindən dərs saatları verilib. 2.12. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. 6.1 Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsahibə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müəllimlərin dərs yükü müəyyən edildiyi vaxt onların topladığı DQ və MİQ balı (ixtisas üzrə) nəzərə alınır. Beləki müəllim DQ və MİQ-dən topladığı bal 0-10 bal olduqda- 0-6 saat, 11-20 bal olduqda-7-8 saat, 21-30 bal olduqda-9-12 saat, 31-35 bal olduqda 13-18 saat, 36-40 bal olduqda 18-36 saat dərs yükü müəyyən edilir. Astara şəhər 2 saylı məktəbin direktoru Cavabdeh1 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qaydalarını kobud şəkildə pozmuş tutduğu vəzifədən suistifadə edərək dərs bölgüsünde onun hüquqlarını təmin etməmişdir və onu 22 saatla təmin edərək qanunsuz tarix fənnindən rus bölməsində saatları özbaşına vakansiyaya çıxarmışdır. Qaydaların 2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yüku müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Bu istiqamətdədə Cavabdeh1 onun hüquqlarını pozmuş va ona məlumat verilməmişdir. Onun diaqnostik balı 51 olduğu təqdirdə o, 36 saat (2 stavka) dərslə təmin olunmalıydı. Cavabdeh1 saxta yolla vakansiyaya çıxarılan saatlarını Müəllimlərin işə qəbulunda iştirak etmiş lakin keçid balı 40 bal olduğu təqdirdə bal toplamayan və müsabiqənin 2 mərhələsində belə iştirak etməyən Cavabdeh3 verilməsini əmrləşdirmişdir. Məktəbin TTİM Cavabdeh2 bu məktəb rəhbəri ilə əlbir olmuş və Cavabdeh3 məktəblərində tarix dərsini tədris etmək üçün onu dərs cədvəlinə əlavə etmişdir. Məktəb direktoru dərs bölgüsündə ümumitəhsil müəssisələri üçün nəzərdə tutulan düsturdan istifadə etməmişdir. Həmin düstur məktəbdə vakansiyanın olub olmadığını müəyyən edir və dərs saatların vakansiyaya çıxarılmasının mümkün olmadığını aşkar edir. Rus bölməsində tarix fənnindən dərs saatlarının vakansiyaya çıxarılmasını bu düstur inkar edir. Saatların vakansiyaya çıxarılması yalnız həmin fənni tədris edən müəllimin yazılı imtina ərizəsinə əsasən mümkün ola bilər. O, qanunsuz saatlarının vakansiyaya çıxarılması ilə bağlı verilmiş əmrin sürətinin ona verilməsini dəfələrlə məktəb direktorundan tələb etsədə o həmin əmrin sürətini ona təqdim etmir. Həmin əmrin sürətinin alınmasını xahiş edir. Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Cavabdeh1 rus bölməsində tarix fənnindən saatların Cavabdeh3 verilməsi barəsində Əmrin qanunsuz və əsassız hesab edilməsi və mediasiya şurası üçün ödədiyi 60 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhmədə Cavabdeh1 iddianı qəbul etməyərək, onlara qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh1 ona qarşı verilmiş iddia ərizəsinə qarşı məhkəməyə təqdim edilmiş etirazada göstərilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Cavabdeh1 rus bölməsində tarix fənnindən saatların Cavabdeh3 verilməsi barəsində əmrin qanunsuz və əsassız hesab edilməsinə və mediasiya şurası üçün ödənilmiş 60 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ilə razı deyil. İddianın dəlilləri əsassızdır və iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı əvvəlki tarixdə məhkəməyə əlaqəli tələb üzrə müraciət etmişdir və Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-205/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçının əvvəlki tələbində iddiasında qanunsuz olaraq kəsilmiş 5 saat dərsin bərpa edilməsi və həmin dərslər üçün kəsilmiş 654 manat 18 qəpik pulun ona ödənilməsi barədə qətanamə çıxarılmasını xahiş etmişdir. Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbində 2023-2024-cü tədris ilindən öncə 2023-cü ilin iyun ayında proqnoz dərs bölgüsü aparılmış və rus bölməsi tarix fənni üzrə həftəlik dərs saatı 32 saat proqnoz edilmişdir. O dərslərdən 22 saat İddiaçı verilməsi nəzərdə tutulmuş, 10 saatı isə vakansiyaya çıxarılmışdır. Elm və Təhsil Nazirliyinin təlimatına əsasən ixtisas balı 36-40 olan müəllimlərə minimum 18 saat dərs verilməsi nəzərdə tutulmuşdur. Həmin təlimatda verilə biləcək maksimal dərs saatının 36 saat ola biləcəyi təsbit edilmişdir. Astara şəhər 2 saylı tam orta məktəbi rayonda rus bölməsi üzrə tədris aparan yeganə təhsil müəssisəsi olduğundan və rus bölməsi üzrə tarix bölməsində İddiaçı yeganə müəllim olduğundan sonuncunun işə çıxa bilmədiyi və ya çıxmadığı günlərdə (bəzi hallarda dərs prosesini bilərəkdən və xəbərdarlıq etmədən tərk etmişdir) tədris prosesinin pozulması halları baş vermişdir. Həmin halların aradan qaldırılmasından ötrü, yəni İddiaçı işə çıxmadığı dövrlərdə məktəbdə tədrisin əvəzetmə qaydasında təmin olunmasından ötrü tarix fənni üzrə 10 saat dərsi vakansiyaya çıxarmışdır. Məqsədi ondan ibarət olmuşdur ki, İddiaçı işə çıxmadığı zaman həmin ixtisası tədris edə biləcək fənn müəllimi onu əvəz edə bilsin və məktəbdə tədris prosesi pozulmasın, valideynlərin haqlı narazılığına səbəb olmasın. 2023-2024-cü tədris ilində vakant yeri tutmuş Cavabdeh3 16 iş günü dərs buraxan İddiaçı dərs saatlarını əvəzçilik qaydasında təsdris etmişdir. Cavabdeh3 Müəllimlərin İşə Qəbulu müsabiqəsində uğur qazanaraq (Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş bildiriş etiraza əlavə olunur) vakant yeri tutmuşdur və onunla bir illik müddətli əmək müqaviləsi bağlanmışdır. 2023-2024-cü tədris ilinin əvvəlində rus bölməsi üzrə siniflərin sayında azalma olduğundan tarix fənni üzrə dərs saatları 32 saatdan 26 saata düşmüşdür. Buna baxmayaraq İddiaçı üçün proqnoz edilmiş 22 saat dərs yükü sabit saxlanılmış, 4 saat dərs vakant yeri tutan Cavabdeh3 verilmişdir. Əvvəlki tarixlərdə verdiyi əmrlərin qanuniliyi, əsaslılığı Astara Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-205/2024 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. İddiaçının hazırkı tələbi əvvəlki tələbi ilə əlaqəli olduğundan və əvvəlki tarixdə irəli sürdüyü tələb rədd edildiyindən hazırkı tələbi də təmin edilməməlidir. Həmçinin verdiyi əmrlər qanuna, mövcud qanunvericiliyin və Elm və Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş təlimatın tələblərinə uyğun olmuşdur. O öz istəyinə və ya iddiaçının istəklərinə uyğun hərəkət edə bilməz, qanunun tələblərini və müəssisənin qanuni mənafeyini rəhbər tutmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Cavabdeh2 məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram ünvanlayaraq, səhhətin ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi və iddianı qəbul etmədiyini bildirmiş, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi və iddianı qəbul etmədiyini bildirmiş, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını İddiaçı, cavbadeh Cavabdeh1 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialında olan xx.xx.2024-cü il tarixli 582 nörmrəli Astara rayon İHB-nın yanında Astara şəhəri İƏDÜN-yi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materialında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Mediasiya Sessiyasında iştirak etmək üçün İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirak etməmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 2023-2024-cü tədris ili üzrə MİQ üzrə müsabiqə müddətli müqavilə əsasında işə qəbul prosesi çıxarış sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdə Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbdə rus bölməsi üzrə tarix fənnindən 10 saatlıq vakant dərs yükünün tədrisinə MİQ 2023 imtahanında 38.75 bal toplamış Cavabdeh3 təyin edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 157 nömrəli müddətli əmək müqaviləsi bağlanması barədə əmrin çıxarış vərəqəsindən görünür ki, Cavabdeh3-ali təhsilli tarix müəllimi MİQ müsabiqəsində uğur qazanaraq müddətli əmək müqaviləsi ilə məktəbin rus bölməsi tarix fənni üzrə vaxant yeri tutduğundan onunla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmış və 10 saat dərsin tədrisi ona verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin”f” bəndi və MİQ elektron yerləşmənin xx.xx.2023-cü il tarixli çıxarışı əsas götürülmüşdür. İş materialında olan xx.xx.2022-ci il tarixli 156 nömrəli dərslərin əvəz olunması barədə əmrin çıxarış vərəqəsindən görünür ki, İddiaçı ödənişsiz məzuniyyətdə olduğundan onun xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə olan dərsləri əvəzçilik qaydasında Cavabdeh2 6 saat, Səfərova İlhaməyə 3 saat həvala edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 103 nömrəli əmək haqqının ödənilməməsi haqqında əmrin çıxarış vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:50-də dərsin başlanğıcında xəbərdarlıqsız iş yerini tərk etmiş, 10:30-da üçüncü dərs qurtardıqdan sonra içəri qayıtmışdır. İddiaçı xəbərdarlıq elan olunmuş və buraxdığı dərs üçün əmək haqqı ödənilməməsi qərara alınmışdır. İş materialında olan xx.xx.2023-cü il tarixli Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin 2023-2024-cü tədris ili üçün proqnoz dərs bölgüsü cədvəlindən görünür ki, rus bölməsində tarix fənni üzrə 10 saatlıq həftəlik dərs saatı vakantdır. Tarix fənni üzrə 22 saatlıq həftəlik dərs saatının tədrisi İddiaçı verilməsi proqnoz (nəzərdə tutulmuşdur) edilmişdir. İş materialında olan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 150 nömrəli məktuba cavab vərəqəsindən görünür ki, Cavabdeh3 ilə bağlı hər hansı sənədin ona təqdim olunması imkan xaricindədir. İş materialında olan xx.xx.2024-cü il tarixli İddiaçı ərizəsinə cavab vərəqəsindən görünür ki, Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq inzitam tənbeh tədbiri görülmüşdür. İş materialında olan xx.xx.2023-cü il tarixli əmək intizamının pozulması barədə aktdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işə çıxamamış və bu aktın doğruluğunu Cavabdeh2, Leyla İsmayılova və Cavabdeh3 imza etmişlər. İş materialında olan xx.xx.2023-cü il tarixli əmək intizamının pozulması barədə aktdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işə çıxamamış və bu aktın doğruluğunu Afət Əkbərov, Əliyeva Emiliya və Cavabdeh3 imza etmişlər. İddiaçı tərəfindən iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən hallar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ Cavabdeh1nın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "a" bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək,"f" bəndinə əsasən isə əmək qanunvericiliyinin tələblərinə əməl etməkdir. Həmin məcəllənin 11-ci maddəsinin "c" bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək əsas hüquqlarındandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən, tam iş vaxtı müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə İşəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və İctimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Təhsil Haqqında Azərbaycan Respublikası Qanunun 30.7-ci maddəsinə əsasən, təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir. Təhsil Haqqında Azərbaycan Respublikası Qanunun 30.9-cu maddəsinə əsasən, təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. Məhkəmədə İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsi. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Z.Bünyadov adına 2 saylı tam orta məktəbin direktoru Cavabdeh1 rus bölməsində tarix fənnindən saatların Cavabdeh3 verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsinə və mediasiya şurası üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pulun cavabdehlərdən alınıb ona verilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Z.Bünyadov adına 2 saylı tam orta məktəbin direktoru Cavabdeh1 rus bölməsində tarix fənnindən saatların Cavabdeh3 verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsinə və mediasiya şurası üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pulun cavabdehlərdən alınıb ona verilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar