Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-820/2024 05.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 03 yanvar 2017-ci il tarixdə Türkiyə Respublikasının Antayla şəhərində doğulmuş X3 doğumunun qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, 2016-cı il tarixdə X7 ilə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Bu nikahdan 03 yanvar 2017-ci il tarixdə Türkiyə Respublikasının Antayla şəhərində Habil adlı uşaqları doğulmuşdur. Uşaq ev şəraitində doğulduğundan ona doğum barədə heç bir sənəd verilməmişdir. Bu səbəbdən də uşağa doğum haqqında şəhadətnamə ala bilmirlər. Uşağın doğumunu təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 03 yanvar 2017-ci il tarixdə Türkiyə Respublikasının Antayla şəhərində doğulmuş X3 doğumunun qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМnin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X8 bildirdi ki, xx.xx.1965-ci il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Ərizəçi onun qardaşının arvadıdır. Qardaşı X1 Ərizəçi ilə ailə qurmuş, onların bu ittifaqdan Habil adlı bir övladları olmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA5788981 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş, xx.xx.2023-cü il tarixədək etibarlı olan, AA02695536 seriya və nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan **********nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Ərizəçi 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Siyaku kən İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 617 nömrəli aryış sənədindən görünür ki, Ərizəçi Astara rayonu Miki kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubundan görünür ki, X3 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X3 xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasının Antalya şəhərində doğulması faktı müəyyən edilməli və X5 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X7” anası qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X3 xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasının Antalya şəhərində doğulması faktı müəyyən edilsin. X5 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X7” anası qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində AStara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-820/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-820/2024
05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver