Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-824/2024 29.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq üzərində sahiblik hüququnun müdafiəsivə cavabdehə özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt olunmuş torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 alınıb onun istifadəsinə verilməsi və cavabdehlərə özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Siyakü kəndində ailə üzvlərilə birlikdə yaşayır. Astara rayon Vaqo kənd sakini X7 ilə 1984-cü ildə rəsmi nikaha girməklə ailə həyati qurmuş və ərinin Əzizova soyadını qəbul etmişdir. Astara Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə alqı-satqı əsasında 50 kv.m sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə komersiya obyektinin tikintisi üçün Astara rayon İcra Hakimiyyətının xx.xx.2008-ci il tarixli və xx.xx.2007-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Astara rayon şöbəsinin rəyləri ilə təsdiqlənmişdir. Bütün bu işlərə baxmayaraq Astara rayon Vaqo kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsini zəbt etmişlər. Dəfələrlə torpaq sahəsinin buraxılması üçün onlara müraciət etsədə, onlar ona məhəl qoymamışlar. Cavabehlərin törətdiyi özbaşınalıq hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməklə yanaşı torpaq üzərində sahiblik hüququ pozulmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmədən zəbt olunmuş Torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb onun istifadəsinə verilməsi və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Cavabdeh1 ona qarşı verilmiş iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı tərəf iddia etdiyi sahəni qanunsuz əldə edib və həmin torpaq sahəsinin ona verilməsi qanunsuzdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi X3 və Cavabdeh1 dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/1686 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 26 yanvar 2024- il tarixli, 3-21-3- 43/2-190/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayonu, Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli, 12 nömrəli qərarına və 27 noyabr 2007-ci il tarixli, 32 nömrəli torpaqların alqısatqısına dair aktına əsasən Əzizova (Nəzərova) ibayyət Rəfi qızına sahibkarlıq məqsədi ilə satılmış 50 kv.m torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemində (sxemdə ölçüləri 5x6 m olan 30 kv.m torpaq sahəsi təsvir edilmiş) göstərilən ölçüsü ilə bələdiyyə qərarında və torpaqların alqı-satqı aktında göstərilən ölçüsü arasında uyğunsuzluqların olması və həmçinin sözügedən torpaq sahəsinin ilkin torpaqayırma sxeminin sxematik və miqyassız tərtib olunması səbəblərindən həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamış, sözügedən torpaq sahəsinin iddia olunan faktiki vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 26 yanvar 2024- cü il tarixli, 3-21-3-43/2-190/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayonu, Lələkəpeştə kəndi ərazisində, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-076A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində məlumatların aşkar olunmaması səbəbindən həmin şəhadətnamə ilə verilmiş torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda araşdırma zamanı sözügedən Şəhadətnamənin planında əks olunmuş torpaq sahəsinin konfiqurasiyası və sərhədləri ilə cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin konfiqurasiyası və sərhədlərinin uyğun olmaması müəyyən edilmişdir. Araşdırma zamanı cavabdehlərin faktiki İstifadələrində olan torpaq sahəsinin koordinatları müəyyən edilərək ölçüsünün 0,32 ha olması məlum olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 26 yanvar 2024- cü il tarixli, 3-21-3-43/2- 190/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayonu, Vaqo bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli, 12 nömrəli qərarına və 27 noyabr 2007-ci il tarixli, 32 nömrəli torpaqların alqı-satqısına dair aktına əsasən Əzizova (Nəzərova) İbayyət Rəfi qızına sahibkarlıq məqsədi ilə satılmış 50 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmadığından, həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hansı ölçüdə və hansı istiqamətdə istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia edilən 50 kv.m torpaq sahəsinin faktiki vəziyyətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrində olması müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahələrinin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahələrinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Astara rayonu, Lələkəpeştə kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən iddia edilən 50 kv.m torpaq sahəsinin 30 kv.m hissəsinin JN-076A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə verilmiş torpaq mülkiyyətçisinin (Cavabdeh1 aid) faktiki istifadəsində olan torpaq sahəsi, 20 kv.m hissəsinin isə dövlət mülkiyyətində (Bakı-Astara Respublika (M) əhəmiyyətli avtomobil yolunun mühafizə zonasına aid) olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş JN-076A, KOD 80108018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə Astara rayonunun Lələkəpeştə kəndində yerləşən fərdi yaşayış evi torpaqları olan 0.06 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materialına əlavə edilmiş 289550 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X7 ilə X8 arasında xx.xx.1984-cü ildə nikah bağlanmış, arvada Əzizova soyadı verilmişdir. İş materialında olan Astara rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 128 saylı sərəncamından çıxarışdan görünür ki, Vaqo kənd sakini İddiaçı Vaqo bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə alqı-satqı yolu əsasında aldığı torpaq sahəsində 30 kv. metr ölçüdə ikimərtəbəli kommersiya obyektinin tikintisinə icazə verilmişdir. İş materialına əlavə edilmiş Vaqo bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarından görünür ki, Vaqo kənd sakini X2 ərizəsi nəzərə alınaraq ona bələdiyyənin ehtiyyat torpaq sahəsindən alqı-satqı yolu ilə 50 kv. metr torpaq sahəsinin (sahibkarlıq fəaliyyyəti üçün) ayrılıb verilməsi qərara alınmışdır. İş materialına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 32 saylı Torpağın alqı-satqısına dair aktdan görünür ki, Astara rayonu Vaqo bələdiyyəsi ünvanında yaşayan X4 Vaqo bələdiyyəsi ərazisində 50 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərar qəbul edilmiş və bunun müqabilində X8 tərəfindən Astara rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 10(on) manat haqq ödəmişdir. İş materialına əlavə edilmiş AZE13791232 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1961-ci ildə anadan olmuşdur. İş materialına əlavə edilmiş AZE000***** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. İş materialına əlavə edilmiş Astara rayon İHB-nın Siyakü kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 427 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonu Vaqo kəndində yaşayır. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 7E-1619 nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsini 05 (beş) il müddətinə X5 etibar etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-10/1686 saylı, 09 aprel 2024-cü il tarixli ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb onun istifadəsinə verilməsi və cavabdehlərə özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb onun istifadəsinə verilməsi və cavabdehlərə özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-824/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-824/2024
29.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver