Məhkəmə qərarları › İş №2(018)-835/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-835/2023

01.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-835/2023 01.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Seyidağa oğlu və Həsənov Vəkil Səməd oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Seyiqağa oğlu, X1, Cavabdeh2, Cavabdeh3 Nirzəhəsən oğlu, Cavabdeh4 və Həsənov Vəkil Səməd oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsinə mümkün variantda piyada və maşın yolunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Seyiqağa oğlu, X1, Cavabdeh2, Cavabdeh3 Nirzəhəsən oğlu, Cavabdeh4 və Həsənov Vəkil Səməd oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsinə mümkün variantda piyada və maşın yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin təkrar hazırlıq iclası 01 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı işin baxılmasına ehtiyac olmadığına görə iddia ərizəsinin və əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 Seyidağa oğlu və Həsənov Vəkil Səməd oğlu iddiaərizəsinin qaytarılmasına etiraz etmədiklərini bildirdilər. İş üzrə digər cavabdehlər məhkəmənin hazırlıq iclasına gəlməmişdir. 24 iyul 2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş ərizədən görünür ki, hazırki iş üzrə İddiaçı işin baxılmasına ehtiyac olmadığına görə iddia ərizəsinin və əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı və cavabdehlər Cavabdeh1 Seyidağa oğlu və Həsənov Vəkil Səməd oğlunu dinləyib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 Seyiqağa oğlu, X1, Cavabdeh2,Cavabdeh3 Nirzəhəsən oğlu, Cavabdeh4 və Həsənov Vəkil Səməd oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsinə mümkün variantda piyada və maşın yolunun açılması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar