Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-877/2025 18.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaklara mülkiyyət hüququnun müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaklara mülkiyyət hüququnun müəyyən edilməsi haqqında ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi onun mərhum əmisi X1 hüquqi varisi olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, hazırki 2(018)-877/2025 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaklara mülkiyyət hüququnun müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-877/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-877/2025
18.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver