Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-88/2023 13.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə birgə nikahlarından 05 noyabr 2022-ci il tarixdə X3 Astara rayonu, Hamuşam kəndində doğulması faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, X6 ilə 06 dekabr 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 05 noyabr 2022-ci il tarixdə Astara rayonu, Hamuşam kəndində Onur adlı uşaqları evdə doğulduğundan ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ona görə də, uşağın doğumunun qeyd edilməsi faktının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur. X2 ilə birgə nikahlarından 05 noyabr 2022-ci il tarixdə Astara rayonu, Hamuşam kəndində 1 nəfər oğlan uşaqları anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən və Astara RİHB-nın Hamuşam kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlarıdan görünür ki, Ərizəçi xx xxxx 1998-ci il tarixdə, X6 28 dekabr 1998-ci il tarixdə anadan olmuşlar, Astara rayonu, Hamuşam kəndində yaşayırlar. Mülki işə əlavə edilmiş Astara rayonu, Qeydiyyat Şöbəsinin 16 noyabr 2022-ci il tarixli, 3658 saylı arayışdan görünür ki, Ərizəçi ilə X7 arasında olan nikah 06 dekabr 2018-ci il tarixdə 16 nömrəli akt qeydi ilə tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Xankişizadə” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 05 noyabr 2022-ci il təvəllüdlü Onur adlı uşaq anadan olmuşdur. Lakin Onur adlı uşaq ev şəraitində doğulduğundan ona “Doğum haqqında şəhadətnaməsi” götürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05 noyabr 2022-ci il təvəllüdlü Onur adlı uşağa doğum haqqında şəhadətnaməsi başqa qaydada alına bilmədiyindən onun barəsində doğum akt qeydi müəyyən edilməli və doğum akt qeydində Onur adlı uşağın doğum tarixi 05 noyabr 2022-ci il, doğum yeri Astara rayonu, Hamuşam kəndi qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Onur adlı uşağın doğum tarixi 05 noyabr 2022-ci -ci il, doğum yeri Astara rayonu, Hamuşam kəndində anadan olması, soyadı «Xankişizadə», atasının adı «Ərizəçi», anasının adı « X6» müəyyən edilsin. X4 adlı uşağın doğum tarixi 05 noyabr 2022-ci -ci il, doğum yeri Astara rayonu, Hamuşam kəndində qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-88/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-88/2023
13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver