Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-88/2024 26.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X25 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlunun nümayəndəsi və həm də İddiaçı2 Xocəhməd oğlunun, İddiaçı2 Xocəhməd oğlunun nümayəndəsi və vəkilli X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlunun, İddiaçı5 və İddiaçı6 cavabdeh X7 qarşı qanunsuz tutulmuş torpaq sahəsinin azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlunun, İddiaçı5 və İddiaçı6 cavabdeh X7 qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciıət edərək,. Astara rayonun Siyəkü kənd inzibati ərazi dairəsində yerləşən 0, 32 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz istifadə və sahibliyindən azad edilərək onlara təhkim edilməklə təhvil verilməsinə, torpaq sahəsində əkilmiş ağacları çıxarılmaqla torpaq sahəsinin boşadılmasına, ziyana görə 10.000 (on min) manatının ödənilməsinə, reyestr xidmətinin hesabına köçürülmüş 121 (bir yüz iyirmi bir) xidmət haqınm və 121 (bir yüz iyirmi bir] manat dövlət rüsumunun Cavabdeh tərəfındər onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı2 Xocəhməd oğlu iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı5 iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı2 Xocəhməd oğlu, İddiaçı5 nümayəndəsi və vəkilləri X15 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlunun, İddiaçı5 və İddiaçı6 cavabdeh X12 iddia ərizəsində göstərmişdilər ki, Astara rayon Aqrar islahat komissiyasının 24 may 2003-cü il tarixli, 0 saylı qərarına ilə ailə üzvlərinə JN 0708, kod 80108018 olan Dövlət aktır əsasən Astara rayonun Siyakü kənd inzibati əriazi dairəsində yerləşən 0.72 hektar pay torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.Mülkiyyətlərinə verilmiş 0.32 hektar torpaq sahəsinin istifadə eı bilmirlər. Belə ki, 0, 32 hektar torpaq sahəsini Astara rayonun Siyəkü kənd saki Cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə edilir. Mülkiyyətlərində olan 0,32 hektar Torpaq sahələri X18 tərəfindən buraxılmasını tələb etsələr də, o torpaq sahələrini buraxmaq istəmir və hal-hazırda həmin torpaq sahəsindən istifadəni davam edir.Torpaq sahələri Cavabdeh tərəfindən zəbt edilməsi bağlı aidiyyəti təşkilatlarına müraciətlər edilmişdir. Cavabdeh Nəsri oğlunun torpaq sahələrindən qanunsuz istifadə etdiyini və torpaq sahəsini azad edərək buraxılmasını onun nəzərinə çatdırılsada o, torpaq sahələrindən qanunsuz istifadə edilməsini davam etdirir.Torpaq sahəsinin naturada yeri onlara tanıdılmış və torpaq sahəsinin vətəndaş Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Bunları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşım Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 27 sentyabr 2023-ci il tarixli, 3-21-3-43/2-H-4439/2023 saylı məktub təsdiq edir.Cavabdeh 2003-cü il tarixdən torpaq sahələrindən istifadə edir və torpaq sahələrində mandarin ağacları əkmiş, həmin ağaclar məhsuldardır və hər il fayda götürür. Bunlara görə cavabdeh torpaq: sahələrinin 2003-cü il tarixdən istifadəyə görə 10000 (on min) manat pul tələb edirik. Astara rayonun Siyəkü kənd inzibati ərazi dairəsində yerləşən 0, 32 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz istifadə və sahibliyindən azad edilərək onlara təhkim edilməklə təhvil verilməsinə, torpaq sahəsində əkilmiş ağacları çıxarılmaqla torpaq sahəsinin boşadılmasına, ziyana görə 10.000 (on min) manatının ödənilməsinə, reyestr xidmətinin hesabına köçürülmüş 121 (bir yüz iyirmi bir) xidmət haqınm və 121 (bir yüz iyirmi bir] manat dövlət rüsumunun Cavabdeh tərəfındər onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh X7 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, X12 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçılar iddiaçılar İddiaçı2 Xocəhməd oğlu, İddiaçı5 nümayəndəsi və vəkilləri X9, iddiaçılar İddiaçı2 Xocəhməd oğlu və İddiaçı5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş “JN-0708 KOD 80108018” saylı dövlət aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0.72 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X1 və digərlərinin mülkiyyətinə verilmişdir. İşə materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 06 iyun 2024-cü il tarixli, 3-16-16/2- 10/4080 saylı rəyindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı asasında JN-708 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlu, İddiaçı5 və İddiaçı6 mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç hissədən ibarət olması müəyyən edilmiş, həmin 0,72 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,3079 ha hissəsinin yerləşməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən 0,3079 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun, ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuş və həmin torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən döngə nöqtələrinin koordinatları üzrə yerinin naturada üst-üstə düşməsi müəyyən olunmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlu, İddiaçı5 və İddiaçı6 mülkiyyətlərinə verilmiş Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,3079 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsinin cavabdeh X12 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən istifadə edilən həmin 0,30 ha torpaq sahəsinin üzərində çoxillik əkmələrin (sitrus ağacların) mövcud olması müəyyən olunmuşdur. İş materialına əlavə edilmiş Astara RİHB-nın Siyakü kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli 2288 saylı arayışından görünür ki, Hidayətov X16 rayonu Miki kəndində yaşayır. İş materialına əlavə edilmiş Astara RİHB-nın Siyakü kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli 2294 saylı arayışından görünür ki, İddiaçı1 Astara rayonu Miki kəndində ailə üzvləri İddiaçı3, İddiaçı2 Xocəhməd oğlu, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı5, İddiaçı7, İddiaçı6 ilə birlikdə yaşayır. İş materialına əlavə edilmiş AZİ seriyalı 885085 nömrəli ölüm haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə ölmüşdür. İş materialına əlavə edilmiş 490520 nömrəli xx.xx.1982-ci il tarixli nikah haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, İddiaçı1 ilə X19 arasında bağlanmış nikahın 21 nömrə ilə akt qeydi aparılmışdır. İş materialına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1986-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 xx.xx.1976-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı7 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı8 Xocəhməd qızı xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş ARİİİ-172134 seriya və nömrəli xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı6 etibarnamədə qeyd edilən hüquqularını 20 il müddətinə İddiaçı5 etibar etmişdir. İş materialına əlavə edilmiş ARİİİ-214701 seriya və nömrəli xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı8 Xocəhməd qızı, İddiaçı1, İddiaçı3 etibarnamədə qeyd edilən hüquqularını xx.xx.2025-ci il tarixədək İddiaçı2 Xocəhməd oğluna etibar etmişlər. İş materialına əlavə edilmiş ******* nömrəli vəkil orderi sənədindən görünür ki, X15 xx.xx.2023-cü il tarixli 124 saylı müqavilə üzrə İddiaçı2 Xocəhməd oğluna hüquqi yardım göstərir. İş materialına əlavə edilmiş ARİİİ-214950 seriya və nömrəli xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı2 Xocəhməd oğlu etibarnamədə qeyd edilən hüquqularını 03 il müddətinə X10 etibar etmişdir. İş materialına əlavə edilmiş ARİİİ-233769 seriya və nömrəli xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı5 etibarnamədə qeyd edilən hüquqularını 02 il müddətinə X10 etibar etmişdir. İş materialına əlavə edilmiş Astara RİHB-nın Siyakü kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli 2502 saylı arayışından görünür ki, Astara rayonu Miki kənd sakini X8 2010-cu ildə Türkiyə Dövlətinin vətəndaşı ilə ailə həyatı qurmuş, Türkiyə dövlətinə köçmüş və vətəndaşlığını qəbul etmişdir. İşə materialına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı2 Xocəhməd oğlu məhkəməyə müraciət etmək üçün 121 (yüz iyirmi bir) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İşə materialına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Hidayətov X13 Xidməti üçün 121 (yüz iyirmi bir) manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlunun, İddiaçı5 və İddiaçı6 məxsus olan Astara rayonu, Siyəkü kənd inzibati ərazi dairəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3079 ha torpaq sahəsinin 0,30 ha hissəsində əkilmiş ağaclar çıxarılmaqla, cavabdeh X12 həmin torpaq sahəsindən çıxarılmalıdır. Həmçinin cavabdeh X3 reyestr xidmətinin hesabına köçürülmüş 121 (bir yüz iyirmi bir) xidmət haqqı, dövlət rüsumu üçün ödənilmiş 101 (yüz bir) manat tutulub iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlunun, İddiaçı5 və İddiaçı6 verilməlidir. Azərbaycan Respublikası MPM-in 115.0.1.-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, cavabdeh X3 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlunun, İddiaçı5 və İddiaçı6 məxsus olan Astara rayonu, Siyəkü kənd inzibati ərazi dairəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3079 ha torpaq sahəsinin 0,30 ha hissəsində əkilmiş ağaclar çıxarılmaqla, cavabdeh X12 həmin torpaq sahəsindən çıxarılsın. Cavabdeh X3 reyestr xidmətinin hesabına köçürülmüş 121 (bir yüz iyirmi bir) xidmət haqqı, dövlət rüsumu üçün ödənilmiş 101 (yüz bir) manat tutulub iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8 Xocəhməd qızı, İddiaçı4 Xocəhməd oğlu, İddiaçı7, X4, İddiaçı2 Xocəhməd oğlunun, İddiaçı5 və İddiaçı6 verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X3 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-88/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-88/2024
26.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver