Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-9/2025 26.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «kənd təsərrüfatı torpağın qanunsuz zəbt edilməsi» tələbinə dair iddiaları üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kənd təsərrüfatı torpağın qanunsuz zəbt edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Vaqo kənd sakini Cavabdeh zəbt etdiyi çıxarışlı kənd təsərrüfatı təyinatlı torpağın (anasının adına) buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarına əsasən anası İddiaçı Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN 0139, kod 80108018 dövlət aktı ilə 0.0665 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsiyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış. Qeydiyyat nömrəsi **********. Qeydiyyat tarixi xx.xx.2021. Lakın 17 ildir ki, Vaqo kənd sakini Cavabdeh tərəfindən zəbt olunmuşdur. Bu barədə cavabdeh şəxsə bildirdiyinə baxmayaraq onu nalayiq söyüşlərlə təhqır etmişlər. Onlar məcburiyyət qarşısında qalıb Azərbaycan Respublikası ƏMDK müraciət etdik. Tərtib olunmuş aktın surətini ərizəyə əlavə edir. Bu barədə dəfələrlə ərazi üzrə nümayəndəliyə və bələdiyyə sədrinə şikayət verilməsinə baxmayaraq bu günə kimi heç bir tədbir görülməmışdir. Vətəndaş Cavabdeh bundan istifadə edərək 17 ildir ki, anasına məxsus kənd təsərrüfatı təyinatlı torpağı (etibarnaməilə ona verilmiş) zəbt etmişdir. Odur ki, Astara rayonu Vaqo kənd sakini Cavabdeh zəbt etdiyi çıxarışlı kənd təsərrüfatı təyinatlı torpağın (anasının adına) buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul edərək bildirdi ki, ekspert rəyində göstərilən torpaq sahəsini könüllü qaytarmağa hazırdırlar. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********35 reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,0665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 21 aprel 2025-ci il tarixli, 10/1419 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-3-43/2-327/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (İlkin hüquqmüəyyənədici sənəd JN-139 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və **********35 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0.0665 ha kend təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir Araşdırma zamanı sozugedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindan "Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun İşlənilməsi və həmin torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən 0,0665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyətə uyğun ümumi sahə ölçüsüsaxlanılmaqla öz əksini tapması və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən həmin torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın İkinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-327/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 05 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (İlkin hüquqmüəyyənedıcı sənəd JN-136 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və **********81 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən "Torpaq sahəsinin planı və ölçüsu" sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemine esasən araşdırma zamanı sözügedən 0,2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin efaktiki vəziyyətə uyğun ümumi sahə ölçüsü saxlanılmaqla öz əksini tapması və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən həmin torpaq sahəsinin sərhədləri və döngə nöqtələrininkoordinatlarımüəyyənedilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməli Daşınmaz Əmlakın Dövlət Kadasın ve Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-327/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyanedici senad JN-139 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) ve **********35 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,0665 ha kand təsərrüfalı təyinatlı torpaq sahəsinin 0.033 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-327/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-139 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) va **********35 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı mülkiyyətində olan Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0.0665 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-136 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********81 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü əsasında X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Slyəku kəndi ərazisində yerləşən 0.2214 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli AR-İİ № 813364 etibarnamədən görünür ki, İddiaçı Nümayəndə onu məhkəmədə təmsil etmək hüquqlarını etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli 7E-3058 reyestr №-li etibarnamədən görünür ki, Cavabdeh Vəkil onu məhkəmədə təmsil etmək hüquqlarını etibar etmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 0,0665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,033 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikintitexniki ekspertizasının 21 aprel 2025-ci il tarixli, 10/1419 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 0,0665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,033 ha hissəsindən çıxarılmalıdır. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 0,0665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,033 ha hissəsindən çıxarılsın. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-9/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-9/2025
26.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver