Məhkəmə qərarları › İş №2(018)-910/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-910/2024

10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-910/2024 10.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X1 18 dekabr 1932-ci il tarixdə doğulması və mərhumə X6 isə 1923-cü ildə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi X7 ərizədə göstərmişdi ki, X3 xx.xx.1932-ci il tarixdə, bibisi X10 isə 1923-cü il tarixdə Astara rayonu, Giləkəran kəndində anadan olmuşdur. X3 13 mart 1995-ci il tarixdə "Miokad infaktı xəstəliyindən və bibisi X10 isə xx.xx.1998-ci il tairxdə "ürək-qan damar çatmamazlığı xəstəliyindən vəfat etmişlər”. Qeyd edilən şəxslərin doğum haqqında şəhadətnamələri tələb olunmuşdur. Bu barədə Astara rayonu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişd ərizəsi əsasında Astara rayonu Qeydiyyat şöbəsi tərəfindən, şöbənin arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcədə "vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X4 və X6 doğum akt qeydi aşkar edilmədiyindən 3-16-5/8-28/2024 saylı xx.xx.2024-cü il tarixli bildirişləri ilə doğum akt qeydlərinin verilməsindən imtina edilmiş və tövsiyə olunmuşdur ki, məhkməyə müraciət etmişdir. Beləliklə X1 18 dekabr 1932-ci il tarixdə doğulmasını və X6 1923-cü ildə doğulması ilə əlaqədar faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilmədikləri üçün məhkəməyə müraciət etməli olmuşdur. X1 18 dekabr 1932-ci il tarixdə doğulması və mərhumə X6 isə 1923-cü ildə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X11 bildirdi ki, mərhum X10 və X8 onun qonşuları olmuşdur. X10 və X2 Allahverdi İman oğlu ilə birlikdə yaşamışlar. X8 18 dekabr 1932-ci ildə, X6 1923-cü ildə anadan olmuşdur. Məhkəmə Ərizəçi, və şahid X9 dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 809631 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X10 12 iyun 1998-ci ildə Astara rayonu Ərçivan kəndində vəfat etmişdir. İş materiallarında olan 3-16-5/8-1291/2024 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1995-ci ildə vəfat etmişdir. İş materiallarında olan 3-16-5/8-1292/2024 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1998-ci ildə vəfat etmişdir. İş materiallarında Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs arxivində X4 və X6 doğum haqqında məlumatları yoxdur və ona məhkəməyə müraciyət etməsi bildirilmişdir. İş materiallarında olan AZE0******* seriyalı və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Astara rayonu Ərçivan kəndində anadan olmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, mərhum X8 xx.xx.1932-ci ildə, mərhumə X10 1923cü ildə anadan olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X4 xx.xx.1932-ci ildə və X6 1923-cü ildə doğulması doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X4 xx.xx.1932-ci ildə və X6 1923-cü ildə doğulması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar