Məhkəmə qərarları › İş №2(018)-928/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-928/2025

24.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-928/2025 24.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər X5 və X2 qarşı torpaq tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X5 və X2 qarşı torpaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X6 iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədlərin onlara geri qaytarılmasını xahiş edib bu, barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə cavabdeh X3 iddia ərizənin qaytarılmasına etiraz etmədiklərini və işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər X5 və X2 qarşı torpaq tələbinə dair iddia ərizəsi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki 2(018)-928/2025 saylı mülki iş üzrə iddia ərizəsi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər X5 və X2 qarşı torpaq tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar