Məhkəmə qərarları › İş №2(018)-957/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-957/2024

11.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-957/2024 11.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Astara şəhər Ş. Qasımov adına 4 saylı tam orta məktəbinin direktoru X1, üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsini qarşı «işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair» tələblərə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə cavabdeh Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinı qarşı «işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair» tələblərə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbinin təmin edilməsini, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbinin İddiaçı işdən çıxarılması ilə bağlı "Sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" 106 nömrəli 15 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində əvvəlki işinəməktəbin psixoloqu vəzifəsinə işə bərpa edilməsi, İddiaçı işdən çıxarılması ilə bağlı sözügedən əmrin ləğv edilməsi ilə (yeni əmək müqaviləsi bağlanmadan, əvvəlki xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri davam etdirilməklə) İddiaçı əvvəlki işinə (vəzifəsinə) işə bərpa edilməsi, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi, qanunsuz olaraq işdən çıxarıldığı ötən müddət ərzində İddiaçı qanunsuz olaraq işdən çıxarılması ilə bağlı keçirdiyi stress, əsəb gərginliyi və dəymiş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində kompensassiya məbləğinin cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq iddiaçıya ödənilməsi, mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzinin cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, iddiasının tam tamin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlər Astara rayon Təhsil Şöbəsinə, Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə və qeyrilərinə qarşı işə bərpa və məcburi icburaxma müddəti üçün əmək haqqının ödənilməsi iddia tələbi ilə Astara rayon məhkəməsinə müraciət etmiş və məhkəmədən Astara rayon təhsil şöbəsinin və Astara şəhər 4 saylı tam orta məktəbin direktoru R.Hüseynovanın İddiaçı işdən azad edilməsi ilə bağlı 31 mart 2021-ci il tarixli 29 saylı Əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Əliyev X16 şəhər 4 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə bərpa edilməsi və İddiaçı ilə xx.xx.2020-ci il tarixdən etibarən bağlanmış əmək müqaviləsinin və ona əlavələrin həmin əmək müqaviləsinin və sonrakı dövrlərdə ona bağlanmış əlavələrin əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması ilə bağlı şərtlərinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə və 47-ci maddəsinə zidd olduğundan etibarsız hesab edilməsi və həmin əmək müqaviləsinin müddətsiz hesab olunması ilə bağlı qətnamə çıxarılması xahiş etmişdir. Astara rayon məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı Astara şəhəri 4 saylı tam orta məktəbində psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021- ci il tarixli, 29 saylı əmrin ləğv olunması, İddiaçı Astara şəhəri 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə bərpa olunması və onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3103/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və Astara rayon məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli Qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Astara rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)- 770/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində aşağıdakılar vurğulamışdır: "Göründüyü kimi İddiaçı 12 may 2020-ci il tarixli əmək müqaviləsinə və 12 may 2020-ci il tarixli əmrə əsasən ali təhsilli psixoloq kimi Astara şəhər 4 saylı orta məktəbinə 3 (üç) ay sınaq müddətinə psixoloq vəzifəsinə işə qəbul edilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Bu sınaq müddəti isə Əmək Məcəlləsinin istinad olunan 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 aydan artıq dövrü əhatə edə bilməzdi və maksimum 12 avqust 2020-ci ilə qədər olan dövrü əhatə etməli, bundan sonra isə onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Lakin iş üzrə materiallardan göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi qanunsuz və əsassız olaraq sınaq müddətinin davamı kimi xarakterizə olunaraq və sınaq müddəti üzrə müqavilənin bir neçə dəfə uzadılması kimi təqdim edilmişdir. Bununla da Astara rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-770/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinin istinad olunan müddəalarından aydın olur ki, məhkəmə tərəflər arasındakı əmək münasibətlərinin onun xitam verildiyi 31 mart 2021-ci il tarixli, 29 saylı işdənçıxarma əmrinin verilməsinədək olan dövrü tənzimləmiş, həmin münasibətlərin sınaq müddətinin başa çatmasından sonrakı dövrünün müddətsiz əsaslar rəsmiləşdirilməli olması, lakin işəgötürənin buna riayət etməməsi qənaətinə gələrək həmin əmri ləğv etmiş, sonrakı perspektiv əmək münasibətlərini isə əmək qanunvericiliyinin tələblərinə riayət etmək şərti ilə tərəflərin öhdəsinə buraxmışdır. Sözügedən qətnamə əsasında icra vərəqəsi verilmiş, icra sənədi icra olunmasından ötrü əvvəlcə Astara rayon icra şöbəsinə, daha sonra ərazi aidiyyəti üzrə Lənkəran rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı orta məktəb İddiaçı işə götürmüş, sonuncu ilə işəgötürən arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, iddiaçı həmin məktəbdə psixoloq vəzifəsinə təyin edilmişdir. İşəgötürənlə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsində sınaq müddəti göstərilmədiyi halda işəgötürən qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq özünün xx.xx.2023-cü il tarixli 106 nömrəli əmri ilə İddiaçılə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində işçi özünün doğrultmadıqda) əsasən xitam vermişdir. Bundan sonra 27 dekabr 2023-cü il tarixdə İddiaçı "Mediasiya haqqında" Qanunun 28-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi məqsədilə cavabdehə, habelə hazırki fərdi əmək mübahisəsi üzrə üçüncü şəxslərə mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi barədə təklifə etinasız yanaşmış, iddiaçının pozulmuş əmək hüquqlarını bərpa etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı "Mediasiya haqqında" Qanunun 29.2-ci maddəsinə müvafiq olaraq Lənkəran 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsinə əlavə edilmiş Lənkəran 1 saylı Mediasiya təşkilatının "İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə" xx.xx.2024cü il tarixli arayışından və mediasiya prosesinin keçirilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun qəbzindən görünür ki, mediasiyanın tətibiqi barədə xx.xx.2023-cü il tarixdə tərəflərə təklif verilmiş, xx.xx.2024-cü il tarixdə isə İMS üçün ərizə ilə müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, bununla bağlı tərəflərə xx.xx.2024-cü il tarixdə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Astara şəhər Ş.Qasımov adına 4 saylı orta məktəb İMS-də iştirak etməmişdir. Lakin bununla belə mediasiya prosesinin tətbiqi barədə təklifin məlumat üçün ünvanlandığı üçüncü şəxslərdən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsi mediasiya təklifinə etinasız yanaşmamış, baş vermiş qanun pozuntusunu dərhal nəzarətə götürmüş, bu istiqamətdə müvafiq tədbirlər görmüş, cavabdeh barəsində inzibati tənbeh tədbiri həyata keçirmişdir. Belə ki, hazırki iş üzrə üçüncü şəxs X15 Xidmətinin Lənkəran- Astara regional şöbəsi məlumat üçün ona ünvanlanmış və xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə müraciətə verdiyi 01 fevral 2024-cü il tarixli 3-17-5/2-8- 5959/2024 nömrəli cavab məktubunda Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü bəndinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 172-ci maddəsinin 4-cü hissəsinə, 76-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq göstərmişdir ki, işəgötürənlə aranızda xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsində sınaq müddəti göstərilmədiyi halda işəgötürən Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq özünün xx.xx.2023-cü il tarixli 106 nömrəli əmri ilə Sizin əmək müqavilənizə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilmişdir. Sizin əmək müqavilənizə xitam verilən zaman Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması halı İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu halın Astara şəhər Ş. Qasımov adına 4 nömrəli tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən X6 vəzifə funksiyalarına aid olduğunu nəzərə alaraq onun inzibati məsuliyyətə cəlb olunması məqsədilə barəsində xx.xx.2024-cü il tarixində MN ******* nömrəli X17 protokol tərtib edilmiş və Sizin işə bərpa olunmağınız məqsədilə işəgötürən barəsində xx.xx.2024cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir”. Beləliklə, təqdim olunan materiallardan göründüyü kimi hələ ilkin mediasiya sessiyası çərçivəsində üçüncü şəxs DƏMX Lənkəran-Astara şöbəsi məsələyə adekvat reaksiya verərək baş vermiş qanun pozuntusunu aradan qaldırmaq və iddiaçının işə bərpasını təmin etmək məqsədilə işgötürənə şərti inzibati tənbeh tətbiq etmişdir. Belə ki, tərəfimizdən işəgötürən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli X17 protokolun və İddiaçı işə bərpa olunması məqsədilə işəgötürən barəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın işəgötürənə rəsmi qaydada təqdim edilməsi, habelə həmin protokol və qərardan işəgötürənin şikayət verməsi üçün İXM-nin 130-cu maddəsində müəyyən edilmiş şikayət hüququ müddəti, o cümlədən işəgötürənin törətdiyi hüquqpozmanı öz təşəbbüsü ilə 2 ay ərzində aradan qaldırması ilə bağlı İXM-nin 116-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq şərti cəzadan azad olunmaq imkanı nəzərə alınmış, lakin ötən müddət ərzində cavabdeh işəgötürən DƏMX Lənkəran-Astara şöbəsi tərəfindən ona müvafiq qanun pozuntusunu aradan qaldırmaq və İddiaçı işə bərpa etmək üçün müəyyən edilmiş 2 aylıq müddət ərzində hüquqpozmanı aradan qaldırmamışdır. İddiaçı cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə və qeyrilərinə qarşı hazırki iddia ərizəsi təmin edilməsi, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbinin İddiaçı işdən çıxarılması ilə bağlı "Sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" 106 nömrəli 15 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində əvvəlki işinə- məktəbin psixoloqu vəzifəsinə işə bərpa edilməsi, İddiaçı işdən çıxarılması ilə bağlı sözügedən əmrin ləğv edilməsi ilə (yeni əmək müqaviləsi bağlanmadan, əvvəlki xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri davam etdirilməklə) İddiaçı əvvəlki işinə (vəzifəsinə) işə bərpa edilməsi, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi, qanunsuz olaraq işdən çıxarıldığı ötən müddət ərzində İddiaçı qanunsuz olaraq işdən çıxarılması ilə bağlı keçirdiyi stress, əsəb gərginliyi və dəymiş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində kompensassiya məbləğinin cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq iddiaçıya ödənilməsi, mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzinin cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh Astara şəhər Ş. Qasımov adına 4 saylı tam orta məktəbinin direktoru X7 iddia tələbəni qismən qəbul edərək, iddia tələbini 10000 (on min) manat məbləğində mənəvi ziyan hissəsində qəbul etmədiyini bildirdi və həmin hissədə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmədə üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X12 iddianı qismən qəbul edərək iddianın tələbinin 10000 (on min) manat məbləğində mənəvi ziyan hissəsində təmin edilməməsini xahiş etdi. Məhkəmədə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X13 bildirdi ki, Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbinin işəgötürəni ilə İddiaçı arasında xx.xx.2023-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı psixoloq vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürən xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsində sınaq müddəti göstərilmədiyi halda işəgötürən Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq özünün xx.xx.2023-cü il tarixli 106 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam vermişdir. İşəgötürən barəsində xx.xx.2024-cü il tarixində MN ******* nömrəli X17 Protokol tərtib edilmiş və İddiaçı işə bərpa olunması məqsədi ilə işəgötürən barəsində xx.xx.2024cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Məhkəmə İddiaçı, cavabdeh Astara şəhər Ş. Qasımov adına 4 saylı tam orta məktəbinin direktoru X2, üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X8 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X9 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 106 nömrəli “sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdən görünür ki, Məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən direktor müavini Nigar Novruzova Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin "d" bəndini rəhbər tutaraq İddiaçı- Astara şəhər 4 nömrəli tam orta məktəbin sınaq müddətinə işə qəbul edilmiş psixoloqunun, sınaq müddəti ərzində özünu doğrultmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən işdən azad edilməsi və bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilməsi, son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi LARTİ-nin Astara rayonu üzrə təhsil sektorunun mühasibatlığına həvalə edilməsi barədə əmr vermiş və əmrin icrasına nəzarəti öz üzəridə saxlamışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞL-00068 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş lakin, Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2023-cü il tarixli müraciətə dair xx.xx.2024-cü il tarixli cavabından görünür ki, İddiaçı Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbinin işəgötürəni ilə aralarında xx.xx.2023-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən psixoloq vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürənlə aralarında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsində sınaq müddəti göstərilmədiyi halda işəgötürən Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq özünün xx.xx.2023-cü il tarixli 106 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam vermişdir. Əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 51-ci madddəsinin 3-cü hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması halı İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu halın Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən X6 vəzifə funksiyalarına aid olduğunu nəzərə alaraq onun inzibatı məsuliyyətə cəlb olunması məqsədi ilə barəsində xx.xx.2024-cü il tarixində MN ******* nömrəli X17 Protokol tərtib edilmiş və İddiaçı işə bərpa olunması məqsədi ilə işəgötürən barəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək şöbənin rəis müavini X10 etibar edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi X11 etibarnamədə göstərilən səlahiyyətlərin həyata keçirilməsi həvalə edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli işçi barədə məlumatlar sənədinin elektron çıxarışından görünür ki, Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbdə işə götürülərək X7 ilə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli 106 nömrəli “sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə” əmrə əsasən Astara şəhər 4 nömrəli tam orta məktəbin sınaq müddətinə işə qəbul edilmiş psixoloqu İddiaçı barəsində sınaq müddəti ərzində özünu doğrultmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə əsasən xx.xx.2023-cü il tarixindən işdən azad edilmiş və bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarındandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 51-ci maddəsinin əsasən, Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsində göstərilir ki, Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti-yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə,tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir. Həmin Məcəllənin 53-cü maddəsinin əsasən, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndindən məlum olur ki, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin, adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi: - əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı işdən çıxarılması ilə bağlı "Sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" 15 dekabr 2023-cü il tarixli, 106 nömrəli əmr ləğv edilməli, iddiaçı Əliyev X16 şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə işə bərpa edilməli, İddiaçı işdən çıxarılması ilə bağlı sözügedən (15 dekabr 2023-cü il tarixli, 106 nömrəli) əmrin ləğv edilməsi ilə (yeni əmək müqaviləsi bağlanmadan, əvvəlki xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri davam etdirilməklə) İddiaçı əvvəlki işinə (vəzifəsinə) bərpa edilməli, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin- məcburi iş buraxma müddəti üzrə əmək haqqı ödənilməli, mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı işdən çıxarılması ilə bağlı "Sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" 15 dekabr 2023-cü il tarixli, 106 nömrəli əmr ləğv edilsin. İddiaçı Əliyev X16 şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə işə bərpa edilsin İddiaçı işdən çıxarılması ilə bağlı sözügedən (15 dekabr 2023-cü il tarixli, 106 nömrəli) əmrin ləğv edilməsi ilə (yeni əmək müqaviləsi bağlanmadan, əvvəlki xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri davam etdirilməklə) İddiaçı əvvəlki işinə (vəzifəsinə) bərpa edilsin. İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin- məcburi iş buraxma müddəti üzrə əmək haqqı ödənilsin. Mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar