Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-973/2023 13.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X39 oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «mirasın qəbul edilmə faktının və miras əmlaka payın müəyyən edilməsi» tələbi barədə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 23 iyun 2023-cü il tarixində ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, X20, X21, X16 və X3 miras qalmış Astara rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 18 saylı qərarı ilə Astara rayonu Artupa kəndində yerləşən 0.15 hektar həyətyani torpaq sahəsində olan paylarından mirasın qəbul edilməsi faktının müəyyən olunmsı, habelə mülkiyyət hüququ əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında ərizəni müdafiə edərək verdiyi izahatında göstərdi ki, xx xxxxxxxx 1948-ci il də Astara rayonu Artupa kəndində anadan olmuşdur. Hələ uşaq olan vaxtından subay olan X2 onu qeyri-rəsmi övladlığa götürmüş və uşaqlıqdan xalasının himayəsində böyümüşdür. 24 sentyabr 1970-ci il tarixdə X21 ilə rəsmi nikah münasibətinə girməklə ailə həyatıı qurmuşdur. Birgə nikahlarından onların yeddi uşaqları olmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 18 saylı qərarı ilə Astara rayonu Artupa kəndində X2na, ona və digər ailə üzvlərinə, ümumilikdə doqquz nəfər olmaqla 0.15 hektar həyətyani torpaq sahəsi verilmişdir. X2 13 dekabr 2005-ci il tarixdə, həyat yoldaşı X21 31 yanvar 2013-cü il tarixdə, oğlu X16 27 dekabr 2022-ci il tarixdə və digər oğlu X17 04 iyul 2023-cü il tarixlərdə vəfat etmişlər. Həmin şəxslərin vəfatından sonra onlardan mras qalan torpaq sahəsi onun tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Digər tərəfdən də miras əmlakdan payı olan digər şəxslər də onun xeyrinə miras əmlakdan imtina etmişlər. Astara rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 18 saylı qərarı ilə Astara rayonu Artupa kəndində yerləşən 0,15 hektar həyətyani torpaq sahəsində miras əmlaka düşən hissəsini faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, ərizə təmin edilməlidir.
1. Şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1948-ci il tarixdə Astara rayonun, Artupa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X20 1919-cu ildə Astara rayonu Artupa kəndində anadan olmuşdur.
3. Nikah haqqında arayışdan görünür ki, Ərizəçi 24 sentyabr 1970-ci il tarixdə X21 ilə rəsmi nikah münasibətinə girməklə ailə qurmuşdur.
4. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 13 dekabr 2005-ci il tarixdə Astara rayonu Artupa kəndində vəfat etmişdir.
5. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X21 31 yanvar 2013-cü il tarixdə Astara rayonu Artupa kəndində vəfat etmişdir.
6. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 27 dekabr 2022-ci il tarixdə Rusiya Federasiyasının Xabarovski diyarı, İmeni Lazo rayonu, Yekaterinoslavka kəndində vəfat etmişdir.
7. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 04 iyul 2023-cü il tarixdə Astara rayonu Artupa kəndində vəfat etmişdir.
8. Astara rayon İcra Hakimiyyəti başçısının (RİHB-nin) Səncərədi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi (İƏDN) tərəfindən verilmiş arayışlardan görünür ki, X21 vəfatına qədər Astara rayonu Artupa kəndində yaşamışdır. Onun vəfatından sonra həmin evdə Ərizəçi yaşamış, çıxıb gedən vərəsələr X6, X25, X11, X7 və X12, vəfat edənlər X20, X16, X8r.
9. 80107028 KOD seriyalı, JN 114F nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Astara rayonu Artupa kənd sakini X10 və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 18 saylı qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərüfatının bağı məqsədi ilə 0,15 hektar torpaq sahəsi verilmişdir.
10. X26, X5, X13, X6 və X14 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, həyətyanı torpaq sahəsindən onlara düşən hissələrini ataları Ərizəçi verilməsinə etirazları yoxdur.
11. X15 ərizə ilə məhkəməyə müraciət edərək əri X9 həyətyanı torpaq sahəsindən düşən hissəsinin Ərizəçi verilməsinə etirazının olmamasını bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 80107028 KOD seriyalı, JN 114F nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə Astara rayonu Artupa kənd sakini X10, X26, X5, X13, X6, X14, X21, X16 və X9 Astara rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 18 saylı qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərüfatının bağı məqsədi ilə 0,15 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə iclası zamanı həmçinin müəyyən edildi ki, payçılardan X20 13 dekabr 2005-ci il tarixdə, X21 xx.xx.2013-cü il tarixdə, X16 xx.xx.2022-ci il tarixdə və X17 04 iyul 2023-cü il tarixlərdə vəfat etmiş və Astara rayonu Artupa kəndində yerləşən 0,15 ha torpaq sahəsindən özlərinə məxsus, hər biri 1/9 hissə olmaqla miras qoymuşlar. Məhkəmə iclası zamanı eyni zamanda müəyyən edildi ki, X26, X5, X13, X6 və X14 notarial qaydada verilmiş ərizələrdən görünür ki, həyətyanı torpaq sahəsindən onlara düşən hissələrinin ataları Ərizəçi verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin beşinci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması ilə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İşin qeyd olunan olunan hallarını və qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, X1, X21, X16 və X9 məxsus Astara rayonu Artupa kəndində yerləşən 0,15 ha torpaq sahəsinin hər birinə 1/9 hissə ilə miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilmə faktı müəyyən edilməli, onun qanun üzrə vərəsə kimi həmin əmlaka mülkiyyət hüququ tanınmalı və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X1, X21, X16 və X3 (hər biri üçün 1/9 hissə olmaqla) miras qalmış Astara rayonu Artupa kəndində yerləşən 0,15 ha torpaq sahəsinə Ərizəçi vərəsəlik hüquqları tanınsın. Bu hüquqlar dövlət reyestrində qeydə alınsın və Astara rayonu Artupa kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 5/9 hissəsinə qanun üzrə vərəsə kimi Ərizəçi adına, 1/9 hissəsinə X19 adına, 1/9 hissəsinə Əhədova (Məmmədova) İlhamə Hümmətulla qızının adına, 1/9 hissəsinə X4 adına və 1/9 hissəsinə Əhədova (Əliyeva) Cəmilə Hümmətulla qızının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim:Zamin İbrahimov