Məhkəmə qərarları › İş №2(019)-1/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1/2022

19.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1/2022 19.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı2, onun və İddiaçı1 nümayəndəsi-vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, onun vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh3hacı Mahamarasul oğlunun və Cavabdeh5 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3hacı Mahamarasul oğluna, Cavabdeh5, Cavabdeh2, ölmüş Cavabdeh4 Mahamarasul oğlunun hüquqi varisləri X27 və X28, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras paylarının müəyyən olunması və sair tələblərinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3hacı Mahamarasul oğluna, Cavabdeh4 Mahamarasul oğluna və Cavabdeh5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, anası X18, atası Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış ünvan 1ində yerləşən, ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı, 0717924, ******* və ******* nömrəli hüqüqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən torpaq sahələrinin mərhumlara aid hissəsindən onlara düşən hissə üzərində qanun üzrə vərəsəlik hüquqlarının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, fərdi yaşayış evi və onun üzərində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38-10301 olan çıxarışın qismən, torpaq sahəsinə münasibətdə ləğv edilməsi, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan çıxarış, 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X11 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin paylarının müəyyən edilməsi, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X15 və İddiaçı1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 8/18 hissə İddiaçı1, 5/18 hissə İddiaçı2, X15 və İddiaçı1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə İddiaçı1, 1/6 hissə İddiaçı2 paylarının müəyyən edilməsi, 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38-10301 olan çıxarış qisməntorpaq sahəsinə münasibətdə ləğv edilməsi, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh4 Mahamarasul oğlu xx.xx.2019-cu ildə öldüyünə görə hüquqi varisləri X29 və X31 hazırki işə ölmüş Cavabdeh4 Mahamarasul oğlunun hüquqi varisləri kimi işə cəlb edilmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə iclasında İddiaçı2 iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, atası Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu 29 oktyabr 2006-cı il tarixdə, anası X23 isə xx.xx.2016-cı ıl tarixdə ölmüşdür. Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə atası Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğluna, anası X17 və İddiaçı1 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.35 ha hissəsi yaşadığı torpaq sahəsinə bitişik ərazidən, 0.28 ha hissəsi isə çöl sahəsindən verilmişdir. 0.63 ha pay torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN- 238 KOD 40113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Onların vəfatından sonra ünvan 1ində yerləşən torpaq sahələri miras qalmışdır. Həmin torpaq sahələri ayrı-ayrı hissələrdən ibarət olmaqla hər birinin ayrı-ayrı hüquq müəyyənedici sənədləri vardır. Həmin torpaq sahələrinin 2/3 hissəsi mərhumlara düşən paydır. Yerdə qalan 1/3 hissəsi İddiaçı1 xüsusi mülkiyyətidir. Mərhumların payı olan 2/3 hissəsi yeddi nəfər vərəsələr arasında bərabər bölünməlidir. Vərəsəliklə əlaqədar notariusa müraciət etmişlər. Lakin notarius vərəsələr arasında mübahisə olduğunu bildirərək, məhkəməyə müraciət etmələrini məsləhət görmüşdür. Atası və anasının vəfatından sonra onların aşağıdakı vərəsələri qalmışdır: 1 -qızı İddiaçı1; 2-oğlu - İddiaçı2; 3.qızı - Cavabdeh2; 4. oğlu -Cavabdeh1; 5.oğlu -Cavabdeh3hacı Mahamarasul oğlu; 6.oğlu -Cavabdeh4 Mahamarasul oğlu; 7.- oğlu –Cavabdeh5. Lakin Cavabdeh4 sonradan vəfat etmişdir. Yusifin də iki oğlu-Asif və Elçin vardır və onların hər ikisi Rusiya Federasiyasının Moskva şəhərində yaşayırlar və mirası qəbul etməmişlər, eyni zamanda mirasdan pay da istəmirlər. Miras əmlaklar aşağıdakılardan ibarətdir: 1) 0.1424 ha torpaq sahəsi Çıxarış seriyası RX, nömrəsi 0717924, qeydiyyat tarixi xx.xx.2015; 2) 0.2819 ha torpaq sahəsi - Çıxarış seriyası RX, nömrəsi 0717923, qeydiyyat tarixi xx.xx.2015; 3) 0.2032 ha torpaq sahəsi - Çıxarış seriyası RX, nömrəsi 0717921, qeydiyyat tarixi xx.xx.2015. Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 29 oktyabr 2006-cı ildə ölmüş Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X15 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı, mirası qəbul etmiş vərəsələr İddiaçı2 və Cavabdeh1 arasında paylarının bərabər olmaqla bölünməsi və hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi, 09 yanvar 2016-cı ildə ölmüş X15 Balakən rayonunun Talalar kəndində yerləşən, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və İddiaçı1 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və İddiaçı1 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr İddiaçı2, Cavabdeh1 və İddiaçı1 arasında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə İddiaçı2 və 1/14 hissəsinə İddiaçı1 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli, 2(107)-1627/2016 iş nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş və iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, X15 Balakən rayonunun Talalar kəndində yerləşən, İddiaçı1 ilə birgə mülkiyyətdə olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə İddiaçı2 və 1/14 hissəsinə İddiaçı1 vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, ünvan 1ində yerləşən, mərhum X23 ilə İddiaçı1 birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsində hal-hazırda İddiaçı1 payının 7/12 hissə, İddiaçı2 payının 1/12 hissə, Cavabdeh1 payının 4/12 hissə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamə əsasında 07 iyul 2017-ci il tarixdə 0.2014 ha, 0.1424 ha, 0.2819 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 15/42 hissəsinə İddiaçı1, 8/42 ha hissəsinə İddiaçı2, 19/42 ha hissəsinə Cavabdeh1, fərdi yaşayış evi və onun üzərində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsi ilə bağlı fərdi yaşayış evi tam X15, torpaq sahəsinin 7/12 ha hissəsinə İddiaçı1, 1/12 ha hissəsinə İddiaçı2, 4/12 ha hissəsinə Cavabdeh1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Daanov X24 Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı ıl tarixli, 2(019)1553/2016 nömrəli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsi Mulkı Kollegiyasının 19 dekabr 2016-cı il tarixli, 2(107)-1627/2016 nömrəli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə və buraxılmış müddətin bərpasına dair vəsatətlə xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişlər. Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13 aprel 2021-ci il tarixli 13(102)- 4/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil2 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsinin təmin edilməsi, iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)1553/2016 nömrəli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi və mulkı işin həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sözügedən Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə 29 oktyabr 2006-cı ildə ölmüş Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X15 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı, mirası qəbul etmiş vərəsələr İddiaçı2 və Cavabdeh1 arasında payları bərabər olmaqla bölünməklə hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə payları müəyyən edildiyindən və həmin hissə üzrə qətnamə qanuni qüvvəsini aldığından Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun miras əmlakı üzrə paylar müəyyən edilməməlidir. Hazırki mərhələdə 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X11 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin payları müəyyən edilməli, 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38-10301 olan çıxarış qismən-torpaq sahəsinə münasibətdə ləğv edilməli, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan çıxarış ləğv edilməlidir. Buna görə də 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X11 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin paylarının müəyyən edilməsi, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X15 və İddiaçı1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 8/18 hissə İddiaçı1, 5/18 hissə İddiaçı2, X15 və İddiaçı1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə İddiaçı1, 1/6 hissə İddiaçı2 paylarının müəyyən edilməsi, 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38- 10301 olan çıxarışın qismən-torpaq sahəsinə münasibətdə ləğv edilməsi, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsinin və İddiaçı2 izahatının məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə atası Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğluna, anası X17 və İddiaçı1 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 0.63 ha pay torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN- 238 KOD 40113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 29 avqust 2015-ci il tarixdə 0.63 ha torpaq sahəsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməstinin 18 saylı Ərazi İdarəsindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar alınmışdır. X2 29 oktyabr 2006-cı il tarixdə, anası X23 isə xx.xx.2016-cı ıl tarixdə ölmüşlər. Ata və anasından miras qalmış 0.63 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş pay torpaq sahəsindən onlara düşən hissəsini əkib-becərməklə özü tam qəbul etmişdir. Torpaq sahəsinin 0.20 hektarından isə iddiaçılar istifadə edirlər. Eyni zamanda anası X23 24 avqust 2007-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ona məxsus olan bütün əmlaklarını ona vəsiyyət etmişdir. Lakin sonradan həmin vəsiyyətnamə məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 29 oktyabr 2006-cı ildə ölmüş Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X15 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının, mirası qəbul etmiş vərəsələr İddiaçı2 və Cavabdeh1 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi, 09 yanvar 2016-cı ildə ölmüş X15 Balakən rayonunun Talalar kəndində yerləşən, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və İddiaçı1 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və İddiaçı1 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr İddiaçı2, Cavabdeh1 və İddiaçı1 arasında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə İddiaçı2 və 1/14 hissəsinə İddiaçı1 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 iş nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş və iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, X15 Balakən rayonunun Talalar kəndində yerləşən, İddiaçı1 ilə birgə mülkiyyətdə olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə İddiaçı2 və 1/14 hissəsinə İddiaçı1 vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, Balakən rayonunun Talalar kəndində yerləşən, mərhum X23 ilə İddiaçı1 birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsində hal-hazırda İddiaçı1 payının 7/12 hissə, İddiaçı2 payının 1/12 hissə, Cavabdeh1 payının 4/12 hissə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamə əsasında 07 iyul 2017-ci il tarixdə 0.2014 ha, 0.1424 ha, 0.2819 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 15/42 hissəsinə İddiaçı1, 8/42 ha hissəsinə İddiaçı2, 19/42 ha hissəsinə Cavabdeh1, fərdi yaşayış evi və onun üzərində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsi ilə bağlı fərdi yaşayış evi tam X15, torpaq sahəsinin 7/12 ha hissəsinə İddiaçı1, 1/12 ha hissəsinə İddiaçı2, 4/12 ha hissəsinə Cavabdeh1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar heç vaxt ata və analarını baxmamış, onların mirasını qəbul etməmişlər. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3hacı Mahamarasul oğlu və Cavabdeh5 iddianı qəbul etməyərək, onun əsassız olduğundan rədd olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, ölmüş Cavabdeh4 Mahamarasul oğlunun hüquqi varisləri X29 və X31 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 avqust 2022-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 128 nömrəli arayışdan görünür ki, Omarov Məmmədrasul (Mahamarasul) Abdulməcid oğlu və X19 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamış, onların nikahı Balakən Rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala rayon ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun və İddiaçı1 Məmmədrəsul qızının adına daşınmaz əmlakın dövlət reyestridə 45 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala rayon ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.2819 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun və İddiaçı1 Məmmədrəsul qızının adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala rayon ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.2032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun və İddiaçı1 Məmmədrəsul qızının adına daşınmaz əmlakın dövlət reyestridə 45 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan məhkəmə iclasında tədqiq edilən JN 238 №li, KOD 40113018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğluna, X17 və İddiaçı1 Məmmədrəsul qızına Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə 0.63 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan məhkəmə iclasında tədqiq edilən JN 1414F №li, KOD 40113018 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X23 və Omarova Fəraqət (Təravət) Yaqub qızının mülkiyyətinə ünvan 1indən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan məhkəmə iclasında tədqiq edilən ünvan 1 inzibati ərazi dairəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 1284 saylı arayışdan görünür ki, Cavabdeh1 Məmmədrəsul oğlunun 7 №li təsərrüfatbaşına kitabda onun adına 0.25 ha. və 0.12 ha. həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 08 iyun 2016-cı il tarixdə ünvan 1 icra nümayəndəliyi tərəfindən verilmiş AZ-1 seriyalı 820436 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 18 yanvar 2016-cı il tarixdə ünvan 1 inzibati ərazi dairəsi tərəfindən verilmiş AZ-1 seriyalı 761905 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 24 avqust 2007-ci il tarixli vəsiyyətnamədən görünür ki, X23 ölən gündə ona məxsus olan bütün əmlakını o cümlədən CN-328 №li Dövlət Aktı olan mülkiyyət torpağından 0.21 həyətyanı torpaqdan 0.08 ha, evini, adında olan kənardakı digər əmlakını oğlu X7 vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala rayon ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********34 nömrəli məktubdan və iş materiallaırndan görünür ki, X4 və ailə üzvlərini ümumi birgə mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.2033 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixində 45 nömrəli reyestr kitabının 80-cı vərəqində, ünvan 1i ünvanında yerləşən 0.2819 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixində 45 nömrəli reyestr kitabının 81-ci vərəqəində, ünvan 2i ünvanında yerləşən 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.20145-ci il tarxində 45 nömrəli reyestr kitabının 82-ci vərəqində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 29 oktyabr 2006-cı ildə ölmüş Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X15 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı, mirası qəbul etmiş vərəsələr İddiaçı2 və Cavabdeh1 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi, 09 yanvar 2016-cı ildə ölmüş X15 Balakən rayonunun Talalar kəndində yerləşən, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və İddiaçı1 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və İddiaçı1 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr İddiaçı2, Cavabdeh1 və İddiaçı1 arasında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə İddiaçı2 və 1/14 hissəsinə İddiaçı1 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsindən görünür ki,iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni «mərhum X15 ünvan 1ində yerləşməklə İddiaçı1 ilə birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1,1/4 hissəsinə İddiaçı2 və 1/14 hissəsinə İddiaçı1 vərəsəlik hüququnun müəyyən edilməsi» hissəsində ləğv edilmiş və həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, ünvan 1ində yerləşən mərhum X23 ilə İddiaçı1 birgə mülkiyyətində olmuş 0.12 ha həyətyanı torpaq sahəsində hal-hazırda İddiaçı1 payı 7/12 hissə, İddiaçı2 payı 1/12 hissə, Cavabdeh1 payı 4/12 hissə müəyyən edilmiş, Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(019)-176/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Balakən rayonu Talalar Bələdiyyəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı Balakən rayonu Talalar Bələdiyyəsində 24 avqust 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilmiş, Balakən rayon Talalar Bələdiyyəsində 24 avqust 2007-ci ildə X15 adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(102)-7150/2019 saylı qərarından görünür ki, Cavabdeh1 kassasıya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1995/2019 nömrəli iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-4/2021 nömrəli qərardadından görünür ki, iddiaçılar İddiaçı1,İddiaçı2 və onların vəkili Vəkil2 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilmiş, iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016 nömrəli qətnaməsi ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,iddiaçı və cavabdeh tərəfin valideynləri X5 və X20 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamış, onların nikahı Balakən rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır.X20 İddiaçı1 övladlığa götürmüşdür. X5 29 oktyabr 2006-cı il tarixdə, X23 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür. X5 ilə torpaq sənədində adı qeyd edilən X6 və İddiaçı1 ilə torpaq sənədində adı qeyd edilən İddiaçı1 Məmmədrəsul qızı və X21 eyni şəxslərdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğluna, X17 və İddiaçı1 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.35 ha hissəsi İddiaçı2 yaşadığı torpaq sahəsinə bitişik ərazidən, 0.28 ha hissəsi isə çöl sahəsindən verilmişdir. 0.63 ha pay torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN- 238 KOD 40113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X5 və X13 vəfatından sonra ünvan 1ində yerləşən torpaq sahələri miras qalmışdır. Həmin torpaq sahələri ayrı-ayrı hissələrdən ibarət olmaqla hər birinin ayrı-ayrı hüquq müəyyənedici sənədləri vardır. Həmin torpaq sahəsinin 2/3 hissəsi mərhumlara düşən paydır. Yerdə qalan 1/3 hissəsi İddiaçı1 xüsusi mülkiyyətidir. X1 və X13 payı olan 2/3 hissəsi yeddi nəfər vərəsələr arasında bərabər bölünməli olmuş, vərəsəliklə əlaqədar notariusa müraciət olunmuşdur. Lakin notarius vərəsələr arasında mübahisə olduğunu bildirərək, iddiaçılara məhkəməyə müraciət etmələrini bildirmişdir. X5 və X13 vəfatından sonra onların İddiaçı1, İddiaçı2, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3hacı Mahamarasul oğlu, Cavabdeh4 Mahamarasul oğlu və Cavabdeh5 adlı vərəsələri qalmışdır. Miras əmlaklar isə 1) 0.1424 ha torpaq sahəsi Çıxarış seriyası RX, nömrəsi 0717924, qeydiyyat tarixi xx.xx.2015; 2) 0.2819 ha torpaq sahəsi - Çıxarış seriyası RX, nömrəsi 0717923, qeydiyyat tarixi xx.xx.2015; 3) 0.2032 ha torpaq sahəsindən - Çıxarış seriyası RX, nömrəsi 0717921, qeydiyyat tarixi xx.xx.2015- ibarət olmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 29 oktyabr 2006-cı ildə ölmüş Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X15 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının, mirası qəbul etmiş vərəsələr İddiaçı2 və Cavabdeh1 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi, 09 yanvar 2016-cı ildə ölmüş X15 Balakən rayonunun Talalar kəndində yerləşən, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və İddiaçı1 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və İddiaçı1 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr İddiaçı2, Cavabdeh1 və İddiaçı1 arasında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə İddiaçı2 və 1/14 hissəsinə İddiaçı1 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş və iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, X15 Balakən rayonunun Talalar kəndində yerləşən, İddiaçı1 ilə birgə mülkiyyətdə olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə İddiaçı2 və 1/14 hissəsinə İddiaçı1 vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, Balakən rayonunun Talalar kəndində yerləşən, mərhum X23 ilə İddiaçı1 birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsində hal-hazırda İddiaçı1 payının 7/12 hissə, İddiaçı2 payının 1/12 hissə, Cavabdeh1 payının 4/12 hissə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qətnamə əsasında 07 iyul 2017-ci il tarixdə 0.2014 ha, 0.1424 ha, 0.2819 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 15/42 hissəsinə İddiaçı1, 8/42 ha hissəsinə İddiaçı2, 19/42 ha hissəsinə Cavabdeh1, fərdi yaşayış evi və onun üzərində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsi ilə bağlı fərdi yaşayış evi tam X15, torpaq sahəsinin 7/12 ha hissəsinə İddiaçı1, 1/12 ha hissəsinə İddiaçı2, 4/12 ha hissəsinə Cavabdeh1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin Balakən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(019)-176/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Balakən rayonu Talalar Bələdiyyəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı Balakən rayonu Talalar Bələdiyyəsində 24 avqust 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilmiş, Balakən rayon Talalar Bələdiyyəsində 24 avqust 2007-ci ildə X15 adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1995/2019 nömrəli iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 noyabr 2019cu il tarixli 2(102)-7150/2019 saylı qərarı ilə Cavabdeh1 kassasıya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1995/2019 nömrəli iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Daanov X24 Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı ıl tarixli, 2(019)1553/2016 nömrəli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsi Mulkı Kollegiyasının 19 dekabr 2016-cı il tarixli, 2(107)-1627/2016 nömrəli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə və buraxılmış müddətin bərpasına dair vəsatətlə xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmiş, Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13 aprel 2021-ci il tarixli 13(102)- 4/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil2 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsinin təmin edilməsi, iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)1553/2016 nömrəli qətnaməsinin və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsinin mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarınının müəyyən edilməsi hissəsində ləğv edilməsi və mulkı işin həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə 29 oktyabr 2006-cı ildə ölmüş Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X15 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı, mirası qəbul etmiş vərəsələr İddiaçı2 və Cavabdeh1 arasında payları bərabər olmaqla bölünməklə hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə payları müəyyən edildiyindən və həmin hissə üzrə qətnamə qanuni qüvvəsini aldığından Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun miras əmlakı üzrə paylar müəyyən edilməməlidir. İddiaçılar 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X11 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin paylarının müəyyən edilməsi, 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38-10301 olan çıxarışın qismən-torpaq sahəsinə münasibətdə ləğv edilməsi, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan çıxarışın ləğv edilməsi ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından həmçinin görünür ki, mərhum X11 qalmış mirası onun üç vərəsəsi: İddiaçı2, İddiaçı1 və Cavabdeh1 qəbul etmişlər. Digər vərəsələr X8, Cavabdeh3hacı Mahamarasul oğlu, Cavabdeh4 Mahamarasul oğlu, Cavabdeh5 və ölmüş Cavabdeh4 Mahamarasul oğlunun hüquqi varisləri X29 və Omarov Asif X3 qalmış mirası nə notariat orqanına ərizə verməklə, nə də əmlaka sahiblik etiməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla qəbul etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Qanunvericiliyə görə mirasın qəbulu mülki-hüquqi əqddir. Bu əqd isə bir sıra cəhətlərlə xarakterizə olunur. Bunlardan biri mirasın qəbul edilməsi aktı (əqdi) bölünməzdir. Bu xüsusiyyət vərəsəlik varisliyinin universal xarakterə malik olmasından irəli gəlir. Bölünməzlik onu ifadə edir ki, miras əmlakın yalnız müəyyən hissəsini (qismini) qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vərəsəlik hüququ müəyyən edir ki, mirası qismən qəbul etmək yolverilməzdir. Mülki Məcəllənin 1257-ci maddəsinə əsasən miras ancaq tam və bütöv halda qəbul edilə bilər. Mülki Məcəllənin 1257.1-ci maddəsi hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Mirasın qəbul edilməsi aktı miras əmlakın hamısına (bütün mirasa) şamil edilir. Mirasın nədə ifadə edilməsinin və harada olmasının bu məsələyə aidiyyəti yoxdur. Mirasın qəbul edilməsi vərəsənin iradə ifadəsi deməkdir. İradə ifadəsi isə mirasın hamısının tam və bütöv halda əldə edilməsinə yönəlir. Qəbuletmə aktına əsasən vərəsə miras açıldığı yerdə olmayan və ya ümumiyyətlə hələ aşkar edilməyən əmlak növlərini də qəbul etmiş olur. Qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. Məhkəmə iclasında o da müəyyən edildi ki, Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13 aprel 2021-ci il tarixli 13(102)-4/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil2 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsinin təmin edilməsi, iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)1553/2016 nömrəli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsinin mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarınının müəyyən edilməsi hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, apellyasiya və kassasiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(019)-176/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Balakən rayonu Talalar Bələdiyyəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qarşı Balakən rayonu Talalar Bələdiyyəsində 24 avqust 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilərək, Balakən rayon Talalar Bələdiyyəsində 24 avqust 2007-ci ildə X15 adından tərtib edilmiş vəsiyyətnamə (Cavabdeh1 verilmiş) etibarsız hesab edilmiş, bununla da X15 miras əmlaklarının yenidən bölünməli olması ilə bağlı yeni açılmış hal meydana çıxmışdır. Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)1553/2016 nömrəli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsi ilə X15 miras əmlaklarında vərəsələrin payları isə X15 adından tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi xüsusunda müəyyən edilməmişdir. Ona görə də Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13 aprel 2021-ci il tarixli 13(102)-4/2021 saylı qərardadı ilə ilə həmin qətnamələr mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarınının müəyyən edilməsi hissəsində ləğv edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 saylı 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə 29 oktyabr 2006-cı ildə ölmüş Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X15 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının, mirası qəbul etmiş vərəsələr İddiaçı2 və Cavabdeh1 arasında payları bərabər olmaqla bölünməklə hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə payları müəyyən edildiyindən və həmin hissə üzrə qətnamə qanuni qüvvəsini aldığından Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun miras əmlakı üzrə paylar müəyyən edilməməlidir. Hazırki mərhələdə 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X11 qalmış miras əmlaklardan onun mirasını qəbul etmiş vərəsələrin- İddiaçı2, İddiaçı1 və Cavabdeh1 payları müəyyən edilməli, 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən-torpaq sahəsinə münasibətdə ləğv edilməli, həmçinin 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 16.3, 16.4 və 16.5-ci maddələrinə istinadən həmin normaların məzmunu aşağıdakı kimidir: Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (2.3-cü maddə). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (2.4-cü maddə). Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3-cü maddə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.3cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (16.4-cü maddə). Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir (16.5-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilməli, ünvan 1ində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X11 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin-İddiaçı2,İddiaçı1 və Cavabdeh1 payları müəyyən edilməli, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X15 və İddiaçı1 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X15 mirasını təşkil edən 1\3 hissəsindan İddiaçı1 1/3 hissə miras payı, İddiaçı2 1/3 hissə miras payı və Cavabdeh1 1/3 hissə miras payı müəyyən edilməli, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X15 və İddiaçı1 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 8/18 hissə İddiaçı1, 5/18 hissə İddiaçı2 və 5/18 hissə Cavabdeh1 payları müəyyən edilməli, X15 və İddiaçı1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin X15 mirasını təşkil edən 1\2 hissəsindan İddiaçı1 1/3 hissə miras payı, İddiaçı2 1/3 hissə miras payı və Cavabdeh1 1/3 hissə miras payı müəyyən edilməli, X15 və İddiaçı1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə İddiaçı1, 1/6 hissə İddiaçı2 və 1/6 hissə Cavabdeh1 payları müəyyən edilməli, 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən- torpaq sahəsinə dair hissədə ləğv edilməli, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1ində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X11 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin-İddiaçı2,İddiaçı1 və Cavabdeh1 payları müəyyən edilsin. Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X15 və İddiaçı1 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X15 mirasını təşkil edən 1\3 hissəsindan İddiaçı1 1/3 hissə miras payı, İddiaçı2 1/3 hissə miras payı və Cavabdeh1 1/3 hissə miras payı müəyyən edilsin; Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X15 və İddiaçı1 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 8/18 hissə İddiaçı1, 5/18 hissə İddiaçı2 və 5/18 hissə Cavabdeh1 payları müəyyən edilsin. X15 və İddiaçı1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin X15 mirasını təşkil edən 1\2 hissəsindan İddiaçı1 1/3 hissə miras payı, İddiaçı2 1/3 hissə miras payı və Cavabdeh1 1/3 hissə miras payı müəyyən edilsin; X15 və İddiaçı1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə İddiaçı1, 1/6 hissə İddiaçı2 və 1/6 hissə Cavabdeh1 payları müəyyən edilsin. 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən- torpaq sahəsinə dair hissədə ləğv edilsin. 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar