Məhkəmə qərarları › İş №2(019)-10/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-10/2024

19.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-10/2024 19.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Ziyavəddin oğlunun nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinə qarşı ünvan 1inə yerləşən həyətyanı torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsi və həmin keçidin ictimai yola bitişik hisssəsində tikilmiş kubik (mişar daşı) hasarın sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsinə zəruri keçidin açılması və həmin keçidlin ictimai yola bitişik hissəsində tikilmiş kubik hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etmədiyini, eyni zamanda mübahisələndirilən torpaq sahəsinin Balakən rayon Qazma Bələdiyyəsinin mülkiyyətində olduğunu, buna görə də hazırki iddiaya cavab verməli olan şəxsin də Balakən rayon Qazma Bələdiyyəsi olduğunu bildirərək onun əsl cavabdeh olan Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ziyavəddin oğlunun nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək 2(019)-13/2023 saylı mülki iş üzrə Cavabdeh1 əsl cavabdeh Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iddiaçının razılığı ilə Cavabdeh1 əsl cavabdeh Balakən rayon Qazma Bələdiyyəsi ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Ziyavəddin oğlu onun oğludur və o 1980-cı ildə anadan olmuşdur. Qazma kəndində yaşayır. Ailəlidir. 1990-cı ildə atası X3 övladlığa verilmişdir. 1988-ci ildə kəndlərində torpaq islahatı keçiriləndə oğlunun həyətyanı və pay torpağı X1 ümumi birgə mülkiyyətinə işlənib. X6 2017-ci ildə vəfat edib. 2018-ci ildə oğlunun pay torpağını və həyətyanı torpaq sahəsini X1 ümumi birgə mülkiyyətindən ayrılması üçün Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddianı təmin edib. Pay torpağını və həyətyanı torpaq sahəsini 2019-cu ilin mart ayında ona təhvil verilmişdir. İslahat keçirilən zaman oğlunun və ümumiyyətlə X1 həyətyanı torpaq sahəsinə yol yeri verilməyib. Məhkəməyə bildirir ki, oğlunun həyətyanı torpaq sahəsi ilə ictimai yolun arasında ümumi sahəsi 0,0664 ha olan Qazma Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi var. Oradan digər qardaşı olan X7 mal damı kimi istifadə edir. X7 tərəfindən həmin torpaq sahəsi ilə ictimai yolun sərhədi boyu uzunluğu təxminən 30 metr, hündürlüyü isə 2 metr olan kubik ( mişar daşı) hasar inşa edilmişdir. Həmin hasar on il əvvəl X6 tərəfindən tikilmişdir və Qazma bələdiyyəsinin ərazisindədir. Həyətyanı torpaq sahəsinə zəruri keçidi ancaq həmin ərazidən vermək olar, çünki digər ərazilərdən ictimai yola çıxış ümumiyyətlə, mümkün deyil. İddiaçının həyətyanı sahəsi ilə ictimai yola təqribən 30 metr məsafə var. Həyətyanı torpaq sahəsi zəruri keçidin verilməsi ilə əlaqədar iddiaçı həm yazılı, həmdə şifahi olaraq Qazma bələdiyyəsinə dəfələrlə müraciət etmiş, lakin heç bir nəticəsi olmayıb. Eyni zamanda İddiaçı bələdiyyə sədrinə zəruri keçidin verilməsi üçün mövcud qanunvericiliyə uyğun olaraq və ya əvəzi ödənilməklə, ya da servitut müqaviləsi bağlanmaqla həmin keçidin verilməsi mümkün olduğunu da dəfələrlə bildirmiş, lakin heç bir nəticəsi olmayıb. İddiaçıya verilmiş 0.0667 ha həyətyanı torpaq sahəsində hazırda iddiaçı tərəfindən mişar daşı, qum və digər materiallar gətirilərək ev tikintisi aparmaq istəyir. Həmin tikinti materialları 0.0667 ha həyətyanı torpaq sahəsinin cənubunda yerləşən bacısı oğlu X9 məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən müvəqqəti olaraq yol verilməklə həmin əraziyə gətirilmişdir. Hazırda da həmin əraziyə müvəqqəti olaraq oradan girirlər. Bir halda ki, Bələdiyyə ərazisi ola-ola iddiaçı nəyə görə başqa şəxsin ərazisindən özünə məxsus torpaq sahəsinə girməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Ziyavəddin oğlunun nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinin nümayəndəsi-sədri Cavabdeh1 iddianın əsassız olduğunu göstərərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinin nümayəndəsi-sədri Cavabdeh1 sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrsüz səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinin nümayəndəsi-sədri Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi-vəkili Nümayəndə2 izahatında göstərdi ki, İddiaçı cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsinə zəruri keçidin açılması və həmin keçidlin ictimai yola bitişik hissəsində tikilmiş kubik hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Qeyd etmək istəyir ki, İddiaçı məxsus ünvan 1ində yerləşən ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsi və ona bitişik olan 0.2769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(019)-694/2018 saylı qətnaməsi əsasında verilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsi ilə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X4 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi hazırki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 №-li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması qət edilmişdir. 2(019)-5/2022 saylı mülki işin məhkəmədə araşdırılması ilə bağlı ümumi sahəsi 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və ümumi sahəsi 0.1290 ha həyətyanı torpaq sahəsinə yol sahəsi ilə bağlı məhkəməyə vəsatət verilmişdir. Lakin İddiaçı həmin işdə məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, ona məxsus pay torpaqlarının ikisi kəndarası yola bitişikdir və miras torpaqlar da həmin pay torpaqlarına bitişik haldadır. Belə olan halda həmin sahələrə əlavə yol nəyə lazımdır? Ümumi sahəsi 0.4002 ha olan, habelə ona düşən həyətyanı torpaq sahələrinə gəldikdə isə həmin sahələrə yol yeri nəzərdə tutulmayıb. Eyni zamanda onu da bildirir ki, pay torpağına və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün onun heç bir problemi yoxdur. Çünki qonşudan əvəzi ödənilməklə yol yeri götürmüşdür. Ona görə də ümumi sahəsi 0.4002 ha olan torpaq sahəsindən ona düşəcək hissəyə, habelə həyətyanı torpaq sahəsindən də ona düşəcək hissəyə gediş-gəliş üçün, yəni yol üçün onun heç bir problemi yoxdur. Çünki həmin torpaq sahələri də onun Balakən Rayon Məhkəməsinin 2(019)-694/2018 saylı qətnaməsi ilə verilmiş pay torpağına və həyətyanı torpaq sahəsinə bitişikdir. Ona görə də iddia tələbində o, yol məsələsini irəli sürməmişdir və buna ehtiyac da yoxdur. Yol məsələsini ortaya atması tam əsassızdır və heç bir hüquqi əsası yoxdur. İddiaçı yuxarıda qeyd edilən ərizəsinin surətini əvvəlki məhkəmə iclaslarında verdiyi vəsatətinə əlavə etmişdir. Zəruri olduğundan yenə də əlavə edir. Buradan məlum olur ki, iddiaçıya 0.0667 ha həyətyanı torpaq sahəsi verilərkən yol mübahisəsi və problemi olmamış, o qonşusundan əvəzi ödənilməklə yol yeri götürmüş, eyni zamanda məhkəmə qətnaməsi ilə bölünmüş torpaq sahələri bitişik olduğundan iddiaçı əlavə yol açılmasına ehtiyac duymamışdır. Bundan əlavə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərkən müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi X7 tərəfindən istifadə olunur və kəndarası yola bitişik hissədə onun tərəfindən mişar daşından hasar inşa edilmişdir. Hazırki iş üzrə iki ekspert rəyi vardır və ekspertizanın qarşısına qoyulmuş ikinci sual üzrə verilmiş cavablar bir-birinin əksini təsdiq edir. Belə ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində ünvan 1ində yerləşən, ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsinə zəruri keçidin açılmasının ekspertiza idarəsinin səlahiyyətləri xaricində olduğu halda, ikinci ekspert rəyində ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsinə zəruri keçidin açılmasının texniki cəhətdən mümkünlüyü qeyd edilmişdir. Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi isə **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş ümumi sahəsi 0,2576 ha olan, **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,4002 ha olan və **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,129 ha olan torpaq sahələrini ayırır. Yəni İddiaçı mülkiyyətində olan 0.0667 ha həyətyanı torpaq sahəsinə Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan və X7 tərəfindən istifadə olunan torpaq sahəsindən zəruri keçid verildiyi halda X2 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Qüvvədə olan qanunvericilik zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelərin nəzərə alınmalı olmasını qeyd etmişdir. Yəni iddiaçıya zəruri keçidin verilməsi üçüncü şəxs X2 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsi hesabına baş tutmasını qanunverici qadağan edir. İşin bu halı iş üzrə keçirilmiş sonuncu məhkəmə ekspertizasının rəyində də öz əksini tapmışdır. İşdə olan həmin ekspert rəyinə əsasən iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq həmin torpaq sahəsindən də qanunvericiliyə uyğun iddiaçıya zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür. Buna görə də iddiaçının müraciəti əsasında digər ərazilərdən də zəruri keçidin verilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanıla bilər. Hazırki vəziyyətdə iddiaçının iddiasının təmin edilməsi iddiaçıya zəruri keçidin verilməsi üçüncü şəxs X2 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Eyni zamanda iddiaçıya məxsus 0.0667 ha torpaq sahəsinə bitişik olmuş reyestr nömrəsi **********82 olan 0.2769 ha torpaq sahəsini İddiaçı Ziyavəddin oğlu xx.xx.2022-ci il tarixdə X9 notarial qaydada alqı-satqı müqaviləsi əsasında satmış, həmin torpaq sahəsi X8 mülkiyyətinə keçmişdir. Bundan əlavə iddiaçıya məxsus 0.0667 ha torpaq sahəsinin cənub sərhədində yerləşən 0.7453 ha torpaq sahəsi reyestr nömrəsi **********68 olan, qeydiyyat nömrəsi ********** olan X8 adına olan torpaq sahəsi yerləşir. Ümumiyyətlə iddiaçı özünə məxsus olan 0.0667 ha torpaq sahəsinə X9 məxsus olan torpaq sahəsindən istifadə etməklə girir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 onun nümayəndəsi-vəkili Nümayəndə2 izahatına uyğun izahat verərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-cİ il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1i 0.0667 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 902890 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 10/5940 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə elektron məlumat bazasında öz əksini tapan ünvan 1inin Kompleks Yerquruluşu layihəsinə əsasən həmin əraziyə gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ictimai yola bitişik hissədən zəruri keçidin verilməsi idarələrinin səlahiyyətləri xaricindədir. İddiaçı Ziyavəddin oğlunun xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan kəndarası yola bitişik hissədə mişar daşından hasar inşa edilmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 04 avqust 2023-cü il tarixli, 10/2373 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə elektron məlumat bazasında öz əksini tapan ünvan 1inin Kompleks Yerquruluşu layihəsinə əsasən həmin əraziyə gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ictimai yola bitişik hissədən zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür, (keçidin verilməsi qaydası “Bələdiyyə” ilə razılaşdırılmalıdır. İddiaçı Ziyavəddin oğlunun xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan kəndarası yola bitişik hissədə mişar daşından hasar inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-81/52 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqataia Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsi ilə kəndarası yol arasında qalan 0,0664 ha torpaq sahəsindən İddiaçı Ziyavəddin oğlunun mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Dövlət Şəhərsalma Norma Və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da göstərilən ölçülərə uyğun keçidin verilməsi texniki cəhətdən mümkündür. Həmin keçidin ölçüləri Bələdiyyə ilə razılaşdırılmaqla verilə bilər. Mübahisəli ərazidə yerləşən Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi X7 tərəfindən ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsinə və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmək üçün keçid kimi istifadə edildiyindən həmin sahədən zəruri keçid verildiyi halda X13 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin birbaşa kəsilməsinə səbəb ola bilər. Qeyd olunur ki, Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsin zəruri keçid verildiyi halda həmin keçid ümumi istifadədə saxlanılarsa, həmin keçiddən iddiaçının və cavabdehin istifadə ortaq istifadə etməsi texniki cəhətdən mümkündür. İddiaçı Ziyavəddin oğlunun xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə (şəxslərə) məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən də Şəhərsalma Norma Və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da göstərilən» ölçülərə uyğun iddiaçıya zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür. Keçidin ölçüləri razılaşma əsasında müəyyən edilə bilər. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsindən görünür ki, Reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi payıl mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X4 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi hazırki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 №-li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması, cavabdeh X7 həmin 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı düşən 1/4 hissəsindən, 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsindən, 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsindən və 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsindən çıxarılması qət edilmişdir. İş materiallarından görünür ki, Reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 1ində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə X1 və 3/4 hissəsinə X2 paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 1ində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə X1 və 3/4 hissəsinə X2 paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 1ində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə X1 və 3/4 hissəsinə X2 paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 1ində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə X1 və 3/4 hissəsinə X2 paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 20 manat ödəniş etmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsi ilə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X2 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X5 və X4 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 1ində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissəsi ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-cİ il tarixli çıxarışa əsasən ünvan 1i 0.0667 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı Ziyavəddin oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Ziyavəddin oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-cİ il tarixli çıxarışa əsasən ünvan 1i ünvanında mülkiyyət hüququ qeydə alınmış 0.0667 ha torpaq sahəsinə yol sahəsi olmadığından X7 tərəfindən istifadə olunan və onun tərəfindən mişar daşından hasar inşa edilmiş Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçidin açılması və X7 tərəfindən inşa edilmiş mişar daşından tikilmiş hasarın sökülməsini xahiş edir. X7 isə bildirir ki, Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş ümumi sahəsi 0,2576 ha olan, **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,4002 ha olan və **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,129 ha olan torpaq sahələrini ayırır. Yəni İddiaçı mülkiyyətində olan 0.0667 ha həyətyanı torpaq sahəsinə Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan və X7 tərəfindən istifadə olunan torpaq sahəsindən zəruri keçid verildiyi halda X2 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Qüvvədə olan qanunvericilik zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelərin nəzərə alınmalı olmasını qeyd etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X12 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinəi əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Göründüyü kimi, qonşuluq hüququ çərçivəsində, yəni başqa torpaq mülkiyyətçilərinin hüquq və mənafelərinin təmin olunması məqsədilə mülkiyyətçinin torpaq sahəsindən keçid yolunun ayrılması imkanı qanunda nəzərdə tutulmuşdur. Bu qayda mülkiyyətin sosial funksiyasından irəli gələn qanuni məhdudlaşdırma əsaslarından biridir. Məhkəmə iclasında o da müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi 0.0667 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi X7 tərəfindən istifadə olunur və kəndarası yola bitişik hissədə onun tərəfindən mişar daşından hasar inşa edilmişdir. Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi isə **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş ümumi sahəsi 0,2576 ha olan, **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,4002 ha olan və **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş ümumi sahəsi 0,129 ha olan torpaq sahələrini ayırır. Yəni İddiaçı mülkiyyətində olan 0.0667 ha həyətyanı torpaq sahəsinə Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan və X7 tərəfindən istifadə olunan torpaq sahəsindən zəruri keçid verildiyi halda X2 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Qüvvədə olan qanunvericilik zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelərin nəzərə alınmalı olmasını qeyd etmişdir. Yəni iddiaçıya zəruri keçidin verilməsi üçüncü şəxs X2 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsi hesabına baş tutmasını qanunverici qadağan edir. İşin bu halı iş üzrə keçirilmiş sonuncu məhkəmə ekspertizasının rəyində də öz əksini tapmışdır. İşdə olan həmin ekspert rəyinə əsasən iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq həmin torpaq sahəsindən də qanunvericiliyə uyğun iddiaçıya zəruri keçidin verilməsi texniki cəhətdən mümkündür. Buna görə də iddiaçının müraciəti əsasında digər ərazilərdən də zəruri keçidin verilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanıla bilər. Hazırki vəziyyətdə iddiaçının iddiasının təmin edilməsi iddiaçıya zəruri keçidin verilməsi üçüncü şəxs X2 ümumi sahəsi 0,2576 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə ümumi sahəsi 0,129 ha olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 0,4002 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Eyni zamanda məhkəmə iclasında o da müəyyən edildi ki, iddiaçıya məxsus 0.0667 ha torpaq sahəsinə bitişik olmuş reyestr nömrəsi **********82 olan 0.2769 ha torpaq sahəsini İddiaçı Ziyavəddin oğlu xx.xx.2022-ci il tarixdə X9 notarial qaydada alqı-satqı müqaviləsi əsasında satmış, həmin torpaq sahəsi X8 mülkiyyətinə keçmişdir. Bundan əlavə iddiaçıya məxsus 0.0667 ha torpaq sahəsinin cənub sərhədində yerləşən 0.7453 ha torpaq sahəsi reyestr nömrəsi **********68 olan, qeydiyyat nömrəsi ********** olan X8 adına olan torpaq sahəsi yerləşir. Ümumiyyətlə iddiaçı özünə məxsus olan 0.0667 ha torpaq sahəsinə X9 məxsus olan torpaq sahəsindən istifadə etməklə daxil olur. Məhkəmə tərəfindən yuxarıda göstərilən hallar nəzərə alınmaqla, iddiaçıya məxsus olan 0.0667 ha həyətyanı torpaq sahəsinin cənub istiqamətində digər şəxsə məxsus torpaq sahəsinin ictimai yol ilə həmsərhəd olmasını nəzərə alaraq həmin torpaq sahəsindən də qanunvericiliyə uyğun iddiaçıya zəruri keçidin verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.3-cü maddəsinə əsasən mülki hüquq və vəzifələri müəyyən edən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı üçüncü şəxs X7 göstərilməklə cavabdeh Balakən rayon Qazma Bələdiyyəsinə qarşı ünvan 1inə yerləşən həyətyanı torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsi və həmin keçidin ictimai yola bitişik hisssəsində tikilmiş kubik (mişar daşı) hasarın sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunmadığından ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin iddia rədd edildiyindən 200 manat ekspertiza xərci İddiaçı Ziyavəddin oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə 200 manat ekspertiza xərci İddiaçı Ziyavəddin oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar