Məhkəmə qərarları › İş №2(019)-1008/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1008/2020

13.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1008/2020 13.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Niirəddin oğlunun, X1,İddiaçı9 ,İddiaçı10, İddiaçı11 və İddiaçı12 məhkəməyə daxil olmuş iddia ərizəsini araşdıraraq, müəyyən etdim: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı6, İddiaçı7 Niirəddin oğlu, X3, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 məhkəməyə tələb göstərilməyən iddia ərizəsi ilə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları və poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, yenə də həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki ərizədə cavabdehin adı və poçt ünvanı, ərizəçinin tələbi və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmiş, həmçinin ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında sənəd, ümumiyyətlə heç bir sənəd əlavə edilməmiş, bununla da iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4,İddiaçı5, İddiaçı6, İddiaçı7 Niirəddin oğlunun, X1, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 iddia ərizəsi geri qaytarılmalı və ərizəçilərə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı6, İddiaçı7 Niirəddin oğlunun, X1, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 iddia ərizəsi geri qaytarılsın; İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı6, İddiaçı7 Niirəddin oğluna, X2, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar