Məhkəmə qərarları › İş №2(019)-1022/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1022/2020

10.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1022/2020 10.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi atalıq faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, onun atasının xx.xx.1976-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X4 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-cı ildə Balakən rayonu Tülü kəndində anadan olmuşdur. Atası Balakən rayonu Talalar kənd sakini olmuş xx.xx.1976-ci il təvəllüdlü X10, anası isə xx.xx.1980-cıil təvəllüdlü X3r. Onlar qeyri-rəsmi evlənmişlər və aralarında rəsmi nikah bağlanmamışdır. xx xxxxxx 2001-ci ildə 643 sayla Maraqlı şəxsndə doğum haqqında akt qeydi tərtib edilərək, anası Cəmilət Rəşidovanın deməsinə görə ona ata adı Kamran yazılmaqla Rəşidova soyadı ilə doğum haqqında şəhadətnamə verilmişdir. X2 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. Notariusa doğum haqqında şəhadətnaməni təqdim edərkən məlum olmuşdur ki, onun adına doğum şəhadətnaməsi verilərkən atalığı qanunamüvafiq qaydada müəyyən edilməmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin atası öldüyünə görə Qeydiyyat Şöbəsi tərəfindən yeni doğum şəhadətnaməsinin verilməsinin qeyri-mümkün olması barədə bildirilmiş və bu barədə arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, onun atasının xx.xx.1976-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X4 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qızıdır. Atası xx.xx.1976-cı il təvəllüdlü X7r. O, xx.xx.1976-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş və xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X10 ilə qeyrirəsmi evlənmiş, aralarında rəsmi nikah bağlanmamışdır. X10 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Həqiqətən Ərizəçi atası mərhum X7r. X1 dəfələrlə özünü Ərizəçi atası olmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X5 da şahid X6 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 147231 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə anadan olmuş, atası X11, anası X8 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ 095314 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2020-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 07 ayının 13 günündə 175 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/76-859-05/15 nömrəli məktubda göstərilir ki, təqdim etdiyi ölüm haqqında şəhadətnaməyə əsasən ata X10 xx.xx.2020-ci ildə vəfat etdiyinə görə atalığın müəyyən edilməsi barədə şöbəyə valideynlərinin birgə ərizəsi ilə müraciət etmələri mümkün olmadığından, X4 atası olması faktının müəyyən edilməsi mümkün deyildir. X4 atası olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd inzibati inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1201 saylı arayışdan görünür ki, X6 həqiqətən 1998-ci ilin sentyabr ayında mərhum Talalr kənd sakini X10 ilə qeyri-rəsmi evlənmiş və birgə evliliklərindən 21.0.5.2001-ci il tarixində uşaqları Ərizəçi dünyaya gəlmişdir. X10 xx.xx.2020-ci il tarixdə vəfat edib. Vəfatına qədər birgə yaşayıblar. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.2020-cı ildə Balakən rayonu Tülü kəndində anadan olmuşdur. Atası Balakən rayonu Talalar kənd sakini olmuş xx.xx.1976-ci il təvəllüdlü X10, anası isə xx.xx.1980-cıil təvəllüdlü X3r. Onlar qeyri-rəsmi evlənmişlər və aralarında rəsmi nikah bağlanmamışdır. xx xxxxxx 2001-ci ildə 643 sayla Maraqlı şəxsndə doğum haqqında akt qeydi tərtib edilərək, anası Cəmilət Rəşidovanın deməsinə görə ona ata adı Kamran yazılmaqla Rəşidova soyadı ilə doğum haqqında şəhadətnamə verilmişdir. X10 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda ərizəçi atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı Balakən rayon Notariat kontoruna müraciət etmişdir. Notariusa doğum haqqında şəhadətnaməni təqdim edərkən məlum olmuşdur ki, onun adına doğum şəhadətnaməsi verilərkən atalığı qanunamüvafiq qaydada müəyyən edilməmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin atası öldüyünə görə Qeydiyyat Şöbəsi tərəfindən yeni doğum şəhadətnaməsinin verilməsinin qeyrimümkün olması barədə bildirilmiş və bu barədə arayış verilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin X4 oğlunun öldüyü, ərizəçinin hazırki məsələnin (atalığın müəyyən edilməsinin) məhkəmədən kənar qaydada həlli üçün Maraqlı şəxsnə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən Ərizəçi, X4 onunxx xxx 2001-ci ildə doğulmuş Ərizəçi atası olması faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün lazım olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd anasının ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.1976-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş və xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş mərhum X4 xx xxx 2001-ci ildə doğulmuş Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1976-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş və xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş mərhum X4 xx xxx 2001-ci ildə doğulmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar