Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1026/2021 21.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Balakən rayon Katex Bələdiyyəsinə və Cavabdeh2 qarşı 05.09.2020-ci ildə X1 adına kənd bələdiyyəsi tərəfindən qeydiyyata salınmış təsərrüfatın qanunsuz sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Balakən rayonu Katex Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.09.2020-ci il tarixdə X2 ayrılmış təsərrüfatın qanunsuz sayılması və qanunsuz tikilinin dayandırılması barədə qətnamə çıxararılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. 10 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. İddiaçı İddiaçı yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı cavabdehlər Balakən rayon Katex Bələdiyyəsinə və Cavabdeh2 qarşı 05.09.2020-ci ildə X1 adına kənd bələdiyyəsi tərəfindən qeydiyyata salınmış təsərrüfatın qanunsuz sayılması tələbinə dair mülki iş baxılmamış saxlansın. 10 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-1026/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1026/2021
21.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver