Məhkəmə qərarları › İş №2(019)-1029/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1029/2020

09.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1029/2020 09.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, ərizəçi Xutrayeva (Xalayeva) Hürü Həmzət qızının iştirakı ilə, Ərizəçi Xutrayeva (Xalayeva) Hürü Həmzət qızının atalığın tanınması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi Xutrayeva (Xalayeva) Hürü Həmzət qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun atasının mərhum X6 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Xutrayeva (Xalayeva) Hürü Həmzət qızı ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum atası X1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, cavab olaraq ona bildirilmişdir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən və s. sənədlər təqdim etdikdən sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. O, bundan sonra Maraqlı şəxsnə müraciət edərək X2 onun atası olması faktının müəyyən edilməsini xahiş etsə də, xx.xx.2020-ci il tarixli məktubla ərizəsinə cavab olaraq bildirilmişdir ki, atası X6 xx.xx.2010-cu il tarixdə, anası Xalayeva Pitimat Ömər qızı isə xx.xx.2003-cü il tarixdə vəfat etdiklərinə görə atalığın müəyyən edilməsi şöbədə mümkün deyildir. X2 atası olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Ona görə də atası X6 olması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi qızıdır. Hürünün atası X3r. X6 xx xxxxx 2010-cu ildə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi qızıdır. Hürünün atası X3r. X6 xx xxxxx 2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/76-839-05/15 nömrəli məktubdan görünür ki, «Balakən rayonu Meşəşambul kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1949-cu ildə tərtib edilmiş 06 saylı akt qeydi Heydarova Hürü Həmzət qızının adına tərtib edilmiş, atası ananın deməsinə görə Həmzət Mahama oğlu, anası Heydarova Pitimat Ömər qızı qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi əsasında və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Təqdim etdiyiniz ölüm haqqında şəhadətnamələrə əsasən ata X6 xx.xx.2010-cu il tarixdə, ana Xalayeva Pitimat Ömər qızı isə xx.xx.2003-cü il tarixdə vəfat etdiklərinə görə atalığın müəyyən edilməsi barədə şöbəyə ərizə ilə müraciət etmələri mümkün olmadığından X2 atanız olması faktının müəyyən edilməsi mümkün deyildir. X2 atanız olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlisiniz». İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxx 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 396075 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şambul kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 035867 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xalayeva Pitimat Ömər qızı xx.xx.2003-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli 506 nömrəli arayışdan görünür ki, X6 ilə X7 eyni şəxsdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçi Xutrayeva (Xalayeva) Hürü Həmzət qızı atası X8 oğlundan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. X5 üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənəd təqdim edilmədiyinə görə şəhadətnamə verilməsi mümkün olmadığı bildirilmişdir. Buna görə də ərizəçi əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Bundan sonra ərizəçi Xutrayeva (Xalayeva) Hürü Həmzət qızı atalığın müəyyən edilməsi tələbi ilə Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsi ərizəçinin atası X2 xx.xx.2010-cu il tarixdə, anası Xalayeva Pitimat Ömər qızının isə xx.xx.2003-cü il tarixdə öldüklərinə görə atalıq faktının müəyyən olunmasının mümkün olmadığını bildirmiş və qeyd olunan məsələ ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Xutrayeva (Xalayeva) Hürü Həmzət qızı həmin sənədi başqa qaydada ala bilmir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.145.2-ci maddələrinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Xutrayeva (Xalayeva) Hürü Həmzət qızının atasının xx xxxxx 2010-cu ildə ölmüş X6 olmasının etiraf olunması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi Xutrayeva (Xalayeva) Hürü Həmzət qızının atasının xx xxxxx 2010-cu ildə ölmüş X6 olmasının etiraf olunması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar