Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1064/2021 27.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı JN 319 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Torpaq İslahatı haqqında Qanunun tələblərinə zidd olaraq JN 544A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3 0.18 ha torpaq sahəsinin verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının ona aid hissədə ləğv edilməsi, JN-544 A saylı Şəhadətnamənin və ona əsasən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 , İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN 319 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Torpaq İslahatı haqqında Qanunun tələblərinə zidd olaraq JN 544A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3 Tağı qızına 0.18 ha torpaq sahəsinin verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının ona aid hissədə ləğv edilməsi, JN-544 A saylı Şəhadətnamənin və ona əsasən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə baxaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1 , İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı JN 319 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, “Torpaq İslahatı haqqında” Qanunun tələblərinə zidd olaraq JN 544A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3 0.18 ha torpaq sahəsinin verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının ona aid hissədə ləğv edilməsi, JN-544 A saylı Şəhadətnamənin və ona əsasən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-26.3-cü maddələrinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İnzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir: - qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr; - müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr; - müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr; - hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr; - vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr. - İnzibati-iqtisadi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər. Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.1-ci bəndinə əsasən inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin Qərarın 16.3-cü bəndinə əsasən ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinin tələblərinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. JN 544A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3 Tağı qızına 0.18 ha torpaq sahəsinin verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının ona aid hissədə ləğv edilməsi barədə iddia tələbinə ümumi məhkəmədə baxılmalı deyildir. Həmin tələb digər tələblərlə birlikdə Balakən Rayon Məhkəməsinə verildiyindən iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-65/2021 nömrəli qərarından görünür ki, İddiaçı3 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Ərazi İdarəsinə qarşı JN 544 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin Qərar qüvvədədir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. Sadalanan hüquq normalarının məzmunundan da göründüyü kimi iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirə bilər. Bir neçə iddiaçının bir neçə müxtəlif tələbi bir iddiada birləşdirməsi qanunverici tərəfindən müəyyən olunmamışdır. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçılar hər biri özünə aid bir neçə tələbi bir iddiada birləşdirmişlər, yəni iddia ərizəsinin forma və məzmununa aid tələblərə əməl etməmişlər. Mülki Prosessual Məcəllənin 152-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməlidir. İddiaçılara izah olunmalıdır ki, cavabdeh Balakən Rayon Aqrar İslahat Komissiyasına aid hissədə Şəki İnzibati Məhkəməyə müraciət olunmalıdır, digər tələblər üzrə qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən Rayon Aqrar İslahat Komissiyasına, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı ərazi idarəsinə və Cavabdeh3 qarşı JN 319 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, Torpaq İslahatı haqqında Qanunun tələblərinə zidd olaraq JN 544A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3 0.18 ha torpaq sahəsinin verilməsinə əsas olmuş Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının ona aid hissədə ləğv edilməsi, JN-544 A saylı Şəhadətnamənin və ona əsasən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah olunur ki, cavabdeh Balakən Rayon Aqrar İslahat Komissiyasına aid hissədə Şəki İnzibati Məhkəməyə müraciət etməlidir, digər tələblər üzrə qərardadda göstərilən nöqsanları aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-1064/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1064/2021
27.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver