Məhkəmə qərarları › İş №2(019)-1084/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1084/2021

09.12.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1084/2021 09.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Hüseynova Zenfira Mollaisa qızının, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Ərizəçi Mollaisa qızının şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək oğlu-X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Tülü kəndində yaşayır. X1 12 iyul 1982-ci ildə doğulmuşdur. Elcan Hüseynov əvvəllər Dağıstan Respublikasında tikintidə fəhlə işləmişdir. Oradan qayıtdıqdan sonra vəhhabi təriqətinə etiqad etməsi səbəbindən onu 2013-cü ildə evdən qovmuşdur. 2015-ci ildə isə X2 Suriya Ərəb Respublikasında öldürüldüyü xəbərini almışdır. Onun fotoşəkillərini ərizəyə əlavə edir.Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində X2 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi məlum olmuşdur. Odur ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün 11 sentyabr 2017-ci il tarixli 23/5- 3762 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir.Materiala əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirakları barədə 09 sentyabr 2017-ci il tarixli 5/2/12138 nömrəli arayışdan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşının, o cümlədən X2 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikası və İraq Respublikasına gedərək həmin ölkələrin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış "İŞİD" (hazırkı adı "İD") və Cəbhət ən-Nusra" adlı cinayətkar birliklərin (terror təşkilatlarının) tərkibinə daxil olub həmin ölkələrin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etmələri müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(001)- 14473/2017 saylı qətnaməsi ilə oğlu- X2 Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab edilmişdir.X2 barəsində rəsmi məlumat olmadığından ona məxsus olan əmlakı idarə edə bilmir. X2 ölmüş elan edilməsi faktının müəyyən edilməsi onun üçün əhəmiyyətli olduğundan o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi Hüseynova Zenfira Mollaisa qızı , onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(001)-14473/2017 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Balakən rayonu Tülü kəndində qeydiyyatda olan Hüseynov Elcan Ramiz oğlunun (doğulduğu tarix 12 iyul 1982-ci il, doğulduğu yer Balakən rayonunun Tülü kəndi,şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi-11LFQ2M) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10.11.2011-ci il tarixdə verilmiş AZE seriyalı 09525667 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi 12.07.1982-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş X3 verilmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi oğlu- X4 12 iyul 1982-ci ildə doğulmuşdur. Elcan Hüseynov əvvəllər Dağıstan Respublikasında tikintidə fəhlə işləmişdir. Oradan qayıtdıqdan sonra vəhhabi təriqətinə etiqad etmiş, 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikası və İraq Respublikasına gedərək həmin ölkələrin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış "İŞİD" (hazırkı adı "İD") və Cəbhət ən-Nusra" adlı cinayətkar birliklərin (terror təşkilatlarının) tərkibinə daxil olub həmin ölkələrin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etmişdir. 2015-ci ildə X2 öldürüldüyü barədə məlumat alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(001)- 14473/2017 saylı qətnaməsi ilə oğlu- X2 Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab edilmişdir. Ərizəçi X2 barəsində rəsmi məlumat olmadığından ona məxsus olan əmlakı idarə edə bilmir. X2 ölmüş elan edilməsi ərizəçiyə onun əmlakının idarə edilməsi üçün zəruridir.Ona görə də o,hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 42.1- ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi oğlu- 12 iyul 1982-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş X4 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi oğlu- 12 iyul 1982-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş X4 ölmüş elan edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar