Məhkəmə qərarları › İş №2(019)-1090/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1090/2021

16.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1090/2021 16.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı Əhməd qızının, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Gondolov İsrafil Soltan oğlunun və onun nümayəndəsi Nümayəndə2 Soltan qızının iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə ilk, iddiaçı Gondolov İsrafil Soltan oğlunun cavabdeh İddiaçı qızına qarşı 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Kortala kəndində yerləşən, JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 161C və 161 N planşet nömrələrində göstərilən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdeh X1 çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması,ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gondolov İsrafil Soltan oğlu iddiaçı İddiaçı qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Əhməd qızının iddiasının rədd edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə İddiaçı, X12, X13, Yusifova Elmira Telman qızına və X14 Balakən rayonu Kortala kəndindən verilmiş 1.74 ha torpaq sahəsinin ona və anasına satılmasına dair 08 noyabr 2002-ci il tarixli alqı-satqı əqdinin-müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, Balakən rayonu Kortala kəndində yaşayır. Balakən rayonu Kortala kəndində aparılan torpaq islahatı nəticəsində ona və ailə üzvləri olan X12, X13, X7 və X14 Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.74 ha torpaq sahəsinə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmış və verilmişdir. Həmin torpaq sahələri üç ayrı planşet nömrələrində hazırlanmışdır. JN 161 planşet nömrəsində olan 0.11 ha torpaq sahəsi başqa ərazidə, 161C və 161N planşet nömrələrində olan 1.63 ha torpaq sahəsi isə cavabdehin yaşadığı torpaq sahəsinə bitişik ərazidən verilmişdir. Xeyli müddətdir ki, ailə vəziyyəti ilə bağlı Bakı şəhərində yaşayır. Buna görə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 161C və 161N planşet nömrələrində göstərilən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini Cavabdeh istifadə etmək məqsədi ilə vermişdir. Hazırda isə həmin torpaq sahəsinə ehtiyacı var. Torpaq sahəsinin onların istifadəsinə qaytrılması ilə bağlı Cavabdeh dəfələrlə şifahi müraciətlər etmişdir. Cavabdeh isə 1.63 ha kənd təsərrüfatlı torpaq sahəsindən çıxmaq istəmir. 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin onların mülkiyyətinə qaytarılması barədə cavabdehə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişlər. Lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alıb ilk iddianın təmin , qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək İddiaçı Əhməd qızının izahatına uyğun eyni məzmunlu izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Gondolov İsrafil Soltan oğlu ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, o və Gondolova - X8 08 noyabr 2002-ci il tarixdə ilk İddiaçı ilə yazılı sadə müqavilə bağlayaraq ona və ailə üzvlərinə məxsus 0,25 ha həyətyanı sahəsini bir obyekt kimi istifadəyə yararsız 1 otaqdan ibarət 35 kv/m sahəsi olan yaşayış evini və JN-161 KOD 40106018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvülərinə məxsus 1,74 ha torpaq sahəsini o da daxil olmaqla 7 nəfər kənd sakininin iştirakı ilə ona 10.000.000 manat (bir milyon manat) həmin dövrün pulunu verib bu torpaq sahəsini alqı satqı ilə almışlar. 19 ildir ki həmin torpağı kübrə peyin verməklə münbitləşdirərək istifadə edirlər. Notariat Kontoruna alqı satqı ilə bağlı gedərkən elə bilmişdir ki, bu torpaq sahəsinin də alqı satqısı həmin alqısatqı müqaviləsində qeyd olunub . Ancaq indi bilir ki, bu torpağın alqı- satqısı müqaviləyə qeyd olunmayıb. Bu torpaq sahəsi ölçülərək ona ilk iddiaçı tərəfindən təhvil verilibdir. Akt satıcı və alıcı tərəfindən imzalanmışdır. Hazırda ilk iddiaçı aktın notariat qaydasında təsdiq olunmamasından istifadə edərək torpaq sahəsini geri almaq istəyir. O, vicdanlı alıcı kimi öz üzərinə düşən vəzifələrini icra etmişdir .Əks tərəf isə yazılı əqdə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra edərək öhdəliyə tam əməl etməmişdir. Torpaq və evi ona satsa da torpaq sahəsinin alqı- satqısı müqaviləsi üzrə icradan yayınmışdır. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək Cavabdeh oğlunun izahatına uyğun eyni məzmunlu izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, İddiaçı özlərinə və ailə üzvülərinə məxsus həyətyanı torpaq sahəsini,orada olan evi və pay torpaq sahəsini 2002ci ildə Cavabdehgilə satmışdır. İndiyə kimi də həmin torpaq sahələrindən Cavabdeh istifadə edir. O, həmin alqı-satqı zamanı iştirak etməmişdir, lakin bunu eşitmişdir .Sevda torpaq sahəsini geri tələb etməkdə haqlı deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Sevda anasının dayısı qızıdır,İsrafil kəndçisidir. İddiaçı təxminən 2002-ci ildə özünə və ailə üzvülərinə məxsus həyətyanı torpaq sahəsini, orada olan köhnə evi İsrafilin atasına satmışdır. Həmin vaxt Sevda pay torpaq sahəsini də İsrafilin atasına satmışdır. İndiyə kimi də həmin torpaq sahələrindən İsrafil Göndolov istifadə edir. O, həmin alqı-satqı zamanı pulun verilməsində iştirak etməmişdir, lakin o bunu eşitmişdir. Sevda pay torpaq sahəsini geri tələb etməyə başlayandan sonra, 7-8 ay bundan əvvəl İsrafil torpağı almalarına dair akt yazıb gətirmiş, o da həmin akta imza etmişdir. Həmin vaxt aktın tarixinə fikir verməmiş, nə yazıldığını oxumamışdır. Bu aktdan əvvəl o, torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir sənədə imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Sevda Yusifovanı və Cavabdeh tanıyır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. İddiaçı təxminən 2002-ci ildə özünə və ailə üzvülərinə məxsus həyətyanı torpaq sahəsini, orada olan köhnə evi İsrafilin atasına satmışdır. Həmin vaxt Sevda pay torpaq sahəsini də İsrafilin atasına satmışdır. İndiyə kimi də həmin torpaq sahələrindən Cavabdeh istifadə edir. O, həmin alqı-satqı zamanı iştirak etməmişdir, lakin o bunu eşitmişdir. Sevda pay torpaq sahəsini geri tələb etməyə başlayandan sonra, İsrafil torpağı almalarına dair akt yazıb gətirmiş, o da həmin akta imza etmişdir. Həmin vaxt aktın tarixinə fikir verməmiş, nə yazıldığını oxumamışdır. Bu aktdan əvvəl o, torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir sənədə imza etməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-161 KOD 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə İddiaçı, Yusifov Telman Yusif oğluna, X13, X7 və X14 Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 hektar torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X17 13 aprel 1985-ci ildə, X15 21 mart 1987-ci ildə, və X18 isə 29 yanvar 1990-cı ildə anadan olmuşlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh anası X8 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqaviləni bağlamış və özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X4 10000000 (on milyon) manata satmışdır. Müqavilə reyestrdə 4-Ə-88 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.06.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Kortala kəndində 0.1099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Yusifov Telman Yusif oğlunun, Yusifov Elman Telman oğlunun, X5 və X11 ümumibirgə mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli,qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Balakən rayonu Kortala kəndində yaşamışdır. Onun həmin kənddə 25000 kv/m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evi olmuşdur. Həmçinin Balakən rayonu Aqrar İslahat komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə İddiaçı və ailə üzvləri- X9, X10, X5 və X11 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.74 ha torpaq sahəsinə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanıb verilmişdir. Həmin torpaq sahəsinin 1.63 ha hissəsi cavabdeh Gondolov İsrafil Soltan oğlunun yaşadığı torpaq sahəsinə bitişik ərazidən verilmişdir. İddiaçı Cavabdeh anası X8 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X4 10000000 (on milyon) manata satmışdır.İddiaçı Bakı şəhərində yaşadığından sözügedən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini də Cavabdeh istifadəsinə vermişdir.Hazırda iddiaçı özünün və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsini cavabdeh Gondolov İsrafil Soltan oğlundan geri tələb edir. Sonuncu isə həmin torpaq sahəsini də aldığını bildirərək torpaq sahəsindən iddiaçının istifadəsinə imkan vermir.Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, mübahisəli torpaq sahəsinin İddiaçı və ailə üzvülərinin mülkiyyətində olmasını, cavabdehin həmin torpaq sahəsinə heç bir hüququnun olmamasını ,cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə və onu öz torpağından istifadə etməsinə maneçilik törətməklə onun mülkiyyət hüquqlarını pozmasını nəzərə alaraq hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini,evi,binanı,qurğunu,mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda mülki Məcəllənin 222.1-222.2-ci maddələrinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.4-55.5-ci maddələrinə görə uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Mülki Məcəllənin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Əqdin etibarlı hesab olunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi əqdin etibarlı hesab olunması üçün əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, 08 noyabr 2002-ci ildə birgə mülkiyyətçilərdən X17 , X15 və X18 yetkinlik yaşına çatmamışlar, onlara məxsus əmlakın satılması ilə bağlı qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmamışdır. Bununla da təsdiq olunur ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı satqısı ilə bağlı müqavilə olsa idi belə həmin müqavilə etibarlı hesab oluna bilməzdi. Bundan başqa tərəflər arasında alqı-satqı ilə bağlı yazılı müqavilə olmamışdır. Cavabdeh 2021-ci ildə 08 noyabr 2002-ci ilə aid, həqiqətəuyğun olmayan alqısatqı barədə akt yazıb bir neçə şəxsə imza etdirmişdir.Məhkəmə iclasında həmin aktın saxta sənəd olduğu aşkar olunduğundan həmin sənədin belə əslini məhkəməyə təqdim etməkdən imtina etmişdir. Göstərilən bu əsaslara görə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı Əhməd qızının, Yusifov Telman Yusif oğlunun, X10, X5 və X11 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh oğlu çıxarılmalı, İddiaçı Əhməd qızının həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməli, İddiaçı Əhməd qızının həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh Gondolov İsrafil Soltan oğlunun qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalıdır. Cavabdeh Gondolov İsrafil Soltan oğlu iddiaçı İddiaçı qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Əhməd qızının iddiasının rədd edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə İddiaçı, X12, X13, Yusifova Elmira Telman qızına və X14 Balakən rayonu Kortala kəndindən verilmiş 1.74 ha torpaq sahəsinin ona və anasına satılmasına dair 08 noyabr 2002-ci il tarixli alqı-satqı əqdinin-müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İddiaçı Əhməd qızının, Yusifov Telman Yusif oğlunun, X10, X5 və X11 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh oğlu çıxarılsın. İddiaçı Əhməd qızının həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilsin, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh Gondolov İsrafil Soltan oğlunun qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun. Cavabdeh Gondolov İsrafil Soltan oğlunun iddiaçı İddiaçı qızına qarşı “İddiaçı Əhməd qızının iddiasının rədd edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə İddiaçı, X12, X13, Yusifova Elmira Telman qızına və X14 Balakən rayonu Kortala kəndindən verilmiş 1.74 ha torpaq sahəsinin ona və anasına satılmasına dair 08 noyabr 2002-ci il tarixli alqı-satqı əqdinin-müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar