Məhkəmə qərarları › İş №2(019)-1101/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1101/2021

15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1101/2021 15.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi anadan mənşəyinin və atalığın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 04 yanvar 1964-cü ildə Balakən rayonu Qullar kəndində doğulmuş Ərizəçi anadan- X5 mənşəyinin müəyyən olunması, X3ndan atalıq faktının müəyyən olunması, eyni zamanda X3, anası X12 olmaqla 04 yanvar 1964-cü ildə Balakən rayonu Qullar kəndində doğulmasınm müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 1964-cü ildə Balakən rayonu Qullar kəndində X5 doğulmaqla anadan mənşəyinin müəyyən olunması və X7 onun atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. 04.01.1964-cü ildə Balakən rayonu Qullar kəndində ev şəraitində doğulmuşdur. X3, anası X12 olmuşdur. Hər ikisi vəfat etmişdir. O, doğulan zaman validəyinlərinin arasında rəsmi nikahları olmamışdır. Lakin valideyinləri 23.01.1981-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Anadan olduğu vaxt doğumu qeydə alınmamışdır. 18.04.1989-cu ildə X18 ilə nikahı rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan iki uşaqları olmuşdur. 11.02.1991-ci il tarixdə X19 və 23.01.1998-ci il tarixdə X13. O, doğulduqdan sonra valideynləri ona doğum şəhadətnaməsi götürməmiş və doğumunu müvafiq təşkilatda qeydə aldırmamışlar. Son illərdə isə ona Azərbaycan vətəndaşı olduğundan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Hal-hazırda valideynlərindən miras qalmış əmlaklara dair sərəncam vermək istəyir. Mirasın əldə edilməsi ilə bağlı Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. Orada ondan doğum şəhadətnaməsi tələb olunmuşdur. O, Maraqlı şəxsnə özü üçün doğum haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmiş, lakin onun barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Buna görə də Maraqlı şəxs doğumun qeyd edilməsi üçün heç bir sənəd olmadığından həmin sənədi verməkdən imtina edir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyil. Ona görə də o, yuxarıda qeyd olunan sənədlərin əsasında doğumun qeyd edilmə faktının müəyyən edilməsi istəyir. Qeyd edilənləri nəzərə alib ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır. Ərizəçi 1964-cü ildə Balakən rayonu Qullar kəndində X7 və X2 qeyri-rəsmi nikahından doğulmuşdur. Ərizəçi 1964-cü ildə Balakən rayonu Qullar kəndində X1 doğulmuşdur və onun X3dur. Məhkəmə iclasında şahid qismində dindirilən X15 da X8 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində qeyd etdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 09.09.2021-ci il tarixli, 05176-116/15 saylı məktubda göstərilir ki, Maraqlı şəxsnə 09.09.2021-ci ıl tarixdə daxil olmuş doğumu haqqında akt qeydi şöbənin arxivində aşkar edilmədiyi üçün doğumunun qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, doğumunun qeydə alınması şöbələrində mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3-cii bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin Qaydanın 2.5.1 -ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1 -ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşma çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 795 nömrəli arayışdan görünür ki, X16 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs 1961-1967-ci illərə dair ilkin, 1965-2021-ci illərə dair bərpa doğum aktı qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Gərəkli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2017-ci il tarixli, AZ-İ seriyalı 828880 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 26 mart 2017-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli, 956 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X11 29 mart 1989-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 23 yanvar 1981-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X17 arasında nikah 23 yanvar 1981-ci ildə Balakən rayon VVAQ şöbəsində 39 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra arvada Taralova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon VVAQ şöbəsi tərəfindən 18 aprel 1989-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X29 oğlu ilə X9 arasında nikah 23 yanvar 1981-ci ildə Balakən rayon Qullar kəndində 5 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra arvada Dibirova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qullar kəndi tərəfindən 15 fevral 1991-ci il tarixdə verilmiş XV-JQ seriyalı 461381 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 11 fevral 1991-ci il tarixdə anadan olmuş, atası X18, anası Ərizəçi yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi XX.XX.1964-cü ildə Balakən rayonu Qullar kəndində doğulmuşdur. İşdə olan 14.09.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 1964-cü ildə X11 və X4 ər-arvad münasibətlərindən doğulmuşdur. Ərizəçi 1964-cü ildə Balakən rayonu Qullar kəndində X1 xəstəxadan kənarda həkim köməyi olmadan evdə doğulmuşdur, X3 olmuşdur. X11 29 mart 1989-cu ildə, X22 isə 26 mart 2017-ci ildə ölmüşdür. Hal-hazıra kimi ərizəçinin anadan mənşəyi müəyyən olunmamış və onun doğumu qeydə alınmamışdır. Ərizəçi 1964-cü ildə Balakən rayonu Qullar kəndində X1 doğulmaqla anadan mənşəyinin və X7 onun atası olmasının müəyyən olunması ona yeni doğum haqqında şəhadətnamə almaq və valideynlərindən qalmış mirası qəbul etmək üçün lazımdır. Ərizəçi anadan mənşəyinin və ona münasibətdə atalığının müəyyən olunması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən bundan imtina edilmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1 53.2 və 53.3-cü maddələrinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir; uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında iməlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsinin, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1964-cü ildə Balakən rayonu Qullar kəndində X1 doğulması (anadan mənşəyi) və X7 1964-cü ildə doğulmuş Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 1964-cü ildə Balakən rayonu Qullar kəndində X1 doğulması (anadan mənşəyi) və X7 1964-cü ildə doğulmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar