Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1118/2021 25.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Maraqlı şəxs1 nümayəndəsi-müdiri X19 iştirakı ilə Ərizəçi X4nın anadan mənşəyinin və atalığın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum X4nın 01 yanvar 1940-cı ildə ünvan 1ində, ev şəraitində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəçi X6 mərhum X4nın 1940-cı ildə ünvan 1ində, ev şəraitində doğulması, anasının X7, atasının X28 olmasının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1941-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Hazırda Balakən rayonunun Talalar kəndində yaşayır. X4 01.01.1940-cı ildə ev şəraitində doğulub, onun ailəsi uşağı (heç bir varisi) olmamışdır, 08.10.2017-ci ildə ölmüşdür. O, bacısından qalma miras əmlakı qəbul etmək üçün Maraqlı şəxs2nə müraciət etmiş, bacısı olmasının təsdiq edən (doğum haqqında şəhadətnaməsi) sənəd tələb olunmuş, bacısının doğumu haqqında şəhadətnamə olmadığından həmin mirası qəbul edə bilməmişdir. Maraqlı şəxs2 25.09.2021-ci il tarixli imtina məktubu ilə qohumluq əlaqəsinin təsdiq edilməsi haqqında məhkəmə qətnaməsi tələb olunduğunu bildirmişdir. Bundan sonra bacısının doğum haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxs1nə müraciət etsə də, tibb məntəqəsinin sənədi olmadığından bacısına doğum haqqında şəhadətnamə verməmiş, bu barədə imtina rəyi təqdim etmiş və məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafəi edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 nümayəndəsi-müdiri X29 göstərdi ki, Ərizəçi 25.09.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, 08.10.2017-ci il tarixdə vəfat etmiş X4nın 01.01.1940-cı ildə anadan olduğunu bildirmiş və onun doğumunun qeydə alınmasını xahiş etmişdir. Lakin bacısının doğumunun müəyyən edilməsi şöbədə mümkün olmamış və bundan imtina edilmişdir. Ərizəçiyə bununla bağlı Balakən Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Maraqlı şəxs Balakən Regional «ASAN xidmət» mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Balakən Regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, Ərizəçi oğlunun mərhum X4nı tanıyır. X16 1940-cı ildə Balakən rayonu Qullar kəndində X36 oğlunun və X3 nikahından doğulmuşdur. X5 1940-cı ildə Balakən rayonu Qazma kəndində X2 doğulmuşdur və onun atası X36 oğludur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da X14 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində qeyd etdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyəti Qazma kənd inzibati ərazi dairəsinin 19.08.2021-ci il tarixli, 834 nömrəli arayışında göstərilir ki, X13 həqiqətən Qazma kənd sakinidir, həqiqətən X16 onun bacısıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyəti Qazma kənd inzibati ərazi dairəsinin 30.07.2021-ci il tarixli, 776 nömrəli arayışında göstərilir ki, həqiqətən X5 vəfat etdiyi 16.10.2017-ci il tarixdə ünvan 1i ünvanında daimi qeydiyyatda olmuşdur. X1 vərəsələri yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs1 tərəfindən X9 ünvanlanmış 25.09.2021-ci il tarixli, 05176-1261/15 saylı məktubda göstərilir ki, Maraqlı şəxs1nə 25.09.2021 -ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq bildirilir ki, təqdim etdiyi sənədlərə əsasən 08.10.2017-ci il tarixdə vəfat etmiş 01.01.1940-cı il təvəllüdlü X4nın doğumunun şöbələri tərəfindən qeydə alınması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.5.1 -ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşma çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu X18 Regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu G.Ə.İsmayılovaya ünanladığı 28.07.2021-ci il tarixli 05/76-927/12 nömrəli məktubda göstərilir ki, Maraqlı şəxs1nə 29.07.2021-ci il tarixdə daxil olmuş müvafiq sorğularına cavab olaraq X10 ölümü haqqında akt qeydinə dair arayış onlara göndərilir. Həmçinin bildirilir ki, Azərbaycan Respubikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama aparılarkən nikahı haqqında akt qeydi və övladı barədə məlumat aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respubilkasi Ədliyyə Nazirliyi Balakən Regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən X9 ünvanlanmış 10.09.2021-ci il tarixli, 1188 saylı məktubda göstərilir ki, X1 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən Regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Notariat hərəkətinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinin 5-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə müəyyən edilir: vətəndaşlıq aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Onun təqdim etdiyi sənədlərdə onun X5 ilə qohumluğu sübut olunmadığından ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmirlər. Bu səbəbdən ona mərhum X4nın mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qohumluq əlaqəsini sübut edən məhkəmə qətnaməsi təqdim etməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs1 tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 719 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X16 08 oktyabr 2017-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs1 tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli, 918 nömrəli akt qeydindən görünür ki, X16 barəsində Baiakən rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs1 1946-2017-ci illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd edilən şəxs ünvan 1 icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 16.10.2017-ci il tarixli 37 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivinin 27 avqust 2021-ci il tarixli, 139 nömrəli arayışında göstərilir ki. Balakən rayon VVAQ şöbəsinin 1940-cı ilə aid doğum haqqında akt qeydləri kitabında X10 doğum tarixi haqqında qeydiyyat aparılmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-819 KOD-40103018 nömrəli Torpağa Mülkiyyət Hüququna X34 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X6, X11, X10, Nümayəndə və Nümayəndə ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazma kəndi ərazisindən 1.37 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-819A KOD-40103018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X6, X11, X10, Nümayəndə və X8 ümumi birgə mülkiyyətinə Balakən rayonu qazma kəndi ərazisindən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Talalar kənd soveti tərəfindən 06 iyul 1961-ci il tarixdə verilmiş İİ-İE seriyalı 084470 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1941-ci il tarixdə anadan olmuş, atası X36 oğlu, anası X7 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qazma kənd soveti tərəfindən 14 mart 1980-ci il tarixdə verilmiş JQ-Vİ seriyalı 485255 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə xx.xx.1980-ci il tarixdə anadan olmuş, atası X13, anası X17 yazılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli, 264 nömrəli arayışda göstərilir ki, həqiqətən X6 atası X28, 1943-cü ilin iyul ayında X25 itkin düşmüşdür. Əsas: 2 nömrəli əlifba qeydiyyat kitabı səhifə 63 sıra 48. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Maraqlı şəxs1 tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı 135683 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 02.12.1976-cı ildə ölmüşdür. İşdə olan 14.09.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1941-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. X4 1940cı ildə X2 xəstəxanadan kənarda həkim köməyi olmadan evdə doğulmuş, atası X28 olmuşdur. X28 1943-cü ildə X25 itkin düşmüş, X7 isə 02 dekabr 1976-cı ildə ölmüşdür. Hal-hazıra kimi ərizəçinin bacısı X1 anadan mənşəyi müəyyən olunmamış və onun doğumu qeydə alınmamışdır. X1 1940-cı ildə Balakən rayonu Qazma kəndində X2 doğulmaqla anadan mənşəyinin və X20 onun atası olmasının müəyyən olunması ərizəçiyə mərhum bacısına yeni doğum haqqında şəhadətnamə almaq və bacısından qalmış mirası qəbul etmək üçün lazımdır. Ərizəçi bacısının anadan mənşəyinin və ona münasibətdə atalığının müəyyən olunması üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən bundan imtina edilmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1 53.2 və 53.3-cü maddələrinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir; uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında iməlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsinin, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı X1 1940-cı ildə Balakən rayonu Qazma kəndində X2 doğulması (anadan mənşəyi) və X36 oğlunun 1940-cı ildə doğulmuş X1 atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bacısı X1 1940-cı ildə Balakən rayonu Qazma kəndində X2 doğulması (anadan mənşəyi) və X36 oğlunun 1940-cı ildə doğulmuş X1 atası olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-1118/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1118/2021
25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver