Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1123/2021 18.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun X1nun 1939-cu il tarixdə X3 doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonu Kortala kəndində yaşayır. X1 və anası X5 olmuşdur. X1 1939-cu ildə Balakən rayonu Püştətala kəndində doğulmuşdur. Onun anası X6 olmuşdur. Onun doğulması ilə bağlı Maraqlı şəxsndə heç bir qeyd aşkar edilməmişdir. X1 08.02.2006-cı il tarixdə vəfat etmişdir.Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etmişdir.Atasının doğum haqqında şəhadətnaməsi olmadığından bu mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs məktubuna əsasən doğumun qeydə alınmasının mümkün olmadığı, məhkəməyə müraciət etməyi izah olunmuşdur. Həmin sənədi başqa orqandan almaq mümkün deyildir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmşidir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçinin X1 1939-cu ildə Balakən rayonunun Püştətala kəndində doğulmuşdur. Onun anası X6 olmuşdur. Ərizəçinin X14 2006-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs Ərizəçi ünvanlanmış məktubda göstərilmişdir ki, «təqdim edilmiş sənədlərə əsasən 08.02.2006-cı il tarixdə vəfat etmiş 1939-cu il təvəllüdlü atanız X2 doğumunun şöbə tərəfindən qeydə alınması mümkün deyildir» İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 21 sentyabr 2021-ci il tarixdə verilmiş 910 nömrəli çıxarışından görünür ki, X4 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs 1946- 2006-cı illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd edilən şəxs Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.02.2006-cı il tarixli 06 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Kosayev X8 rayonunun Kortala kəndində yaşayır. X1, anası isə X5 olmuşdur. X14 08.02.2006-cı ildə ölmüşdür.X4 anası X6 olmaqla 1939-cu ildə Balakən rayonunun Püştətala kəndində doğulmuş, ona doğum haqqında şəhadətnamə verilməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət etmiş, lakin atasının doğum haqqında şəhadətnaməsi olmadığına görə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır.O,doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə tərəfindən ona doğum haqqında şəhadətnamə verilməmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də o hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 1 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X1nun 1939-cu il tarixdə X3 Balakən rayonunun Püştətala kəndində doğulması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin Ərizəçi X1nun 1939-cu il tarixdə X3 Balakən rayonunun Püştətala kəndində doğulması faktı müəyyən olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-1123/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1123/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver