Məhkəmə qərarları › İş №2(019)-1133/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1133/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1133/2021 15.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 İsmayıl oğluna, Cavabdeh2, Əhmədova Əsmayə Fizuli qızına, Cavabdeh5 və Cavabdeh4 Hüseyn qızına qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evindən məcburi çıxarılmaları, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (çıxarışın qeydiyyat nomrəsi: **********, qeydiyyat tarixi 31.01.2020) alınmışdır.Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kəndi İnzibati-Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03.07.2020-ci il tarixli 49 №-li arayışından göründüyü kimi cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m, olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Balakən rayonu Hənifə kəndində yerləşən 0.1183 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evini 10 (on) gün ərzində könüllü olaraq boşaltmaları və Banka təhvil verməsi barədə 15 oktyabr 2020-ci il tarixdə cavabdehlərə pretenziya qaydasında məktub göndərilmişdir.Lakin cavabdehlərə verilən müddətin başa çatmasına baxmayaraq onlar, həmin fərdi yaşayış evini könüllü olaraq boşaltmamış və Banka təhvil verməmişdirlər. Göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 iddiaçıya məxsus fərdi yaşayış evində hazırki vaxtadək yaşamaqdadırlar, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olurlar. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir,nümayəndəsi Emin Əliyev məhkəməyə teleqram göndərərək göstərmişdir ki, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Nümayəndənin iştirakı olmadan işə baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin cəbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13-10301 olan, ********** qeydiyyat nömrəli 31.01.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində 0.1183 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 133.50 kv.m. olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evi ipoteka qoyulmuş və borc ödənmədiyindən iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evi 31.01.2020-ci il tarixdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir.Cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən 0.1183 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evini 10 (on) gün ərzində könüllü olaraq boşaltmaları və Banka təhvil verməsi barədə 15 oktyabr 2020-ci il tarixdə cavabdehlərə pretenziya qaydasında məktub göndərilmiş, lakin cavabdehlər verilən müddətin başa çatmasına baxmayaraq onlar, həmin fərdi yaşayış evini könüllü olaraq boşaltmamış və Banka təhvil verməmişdirlər. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 10 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1 İsmayıl oğlu , Cavabdeh2, Əhmədova Əsmayə Fizuli qızı , Cavabdeh5 və Cavabdeh4 Hüseyn qızından tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Cavabdeh3 , Cavabdeh5 və Cavabdeh4 iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evindən məcburi çıxarılmalı, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,1183 ha torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 133,5 kv/m, yaşayış sahəsi 69,5 kv/m olan fərdi yaşayış evindən məcburi çıxarılsınlar, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. 10 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əhmədova Əsmayə Fizuli qızı , Cavabdeh5 və Cavabdeh4 Hüseyn qızından tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar