Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1134/2021 29.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Vəkil və maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi-müdiri X4 iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 17 dekabr 1953-cü il tarixdə Balakən rayonu, Qullar kəndində anadan olmuş, X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəlki tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hazırki işə ərizənin verildiyi vaxt qüvvədə olan prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmasını qanuni və əsaslı sayır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Balakən rayonu Qullar kəndində yaşayır. Həyat yoldaşı X6 ilə 20 yanvar 1977-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Uzun illər birlikdə yaşamışlar. Birgə nikah dövründə övladları anadan olmuşdur. Həyat yoldaşı X6 1990-cı ildə Gürcüstan Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Getdiyi gündən bu günədək həyat yoldaşından heç bir xəbər olmamışdır. Həyat yoldaşını çox axtarmalarına baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Artıq həyat yoldaşını ölmüş kimi qəbul etmişlər. Həyat yoldaşı yasasaydı mütləq bu günədək Azərbaycana, yəni evinə gələrdi. Yuxarıda da qeyd etdiyi kimi 31 ildir ki, həyat yoldaşı X3 harada olması barədə heç bir məlumat yoxdur. Həyat yoldaşı X3 haqqında heç bir məlumatın olmaması sənədləşmə məsələlərində ona çətinliklər yaradır. Hesab edir ki, artıq o, yaşamır. Ona görə də X3 ölmüş elan edilməsi tələbi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Vəkil ərizəni müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi-müdiri X8 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11, Şahid2 və Şahid3 ifadələrində ərizəçi ilə qonşuluqda yaşadıqlarını, ərizəçinin X1 1990-cı il tarixdən Gürcüstana getdiyini və itdiyini, onun haqqında heç bir məlumatın olmadığını, qeyri-rəsmi məlumata görə Eldarın naməlum şəraitdə öldüyünü və 1990-ci ildən Eldar Məmmədovun yerinin məlum olmadığını bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20.05.2019-cu il tarixdə verilmiş 672 nömrəli arayışdan görünür ki, X6 həqiqətən Qullar kənd sakinidir. O, 1990-cı ildən Qullar kəndindən çıxmışdır, həmin tarixdən onun barəsində nümayəndəlikdə məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15.07.2019-cu il tarixdə verilmiş 287 nömrəli arayışdan görünür ki, X6 həqiqətən 1990-cı ildə öz şəxsi avtomobili ilə Gürcüstan Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Ailə üzvləri və yaxın qohumları tərəfindən uzun müddət axtarılmasına baxmayaraq X6 haqqında hal-hazırda heç bir məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 12 iyul 2019-ci il tarixdə verilmiş 1013 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X12 oğlu ilə X2 arasında nikah Maraqlı şəxsndə 20 yanvar 1977-ci il tarixdə 11 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra arvada Məmmədova soyadı verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli, 109-37742-1221 nömrəli məktubda göstərilir ki, Balakən rayonu, Qullar kənd sakini X9, 21.04.2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, atası X3 1990-cı ildə evdən çıxaraq bir daha geri qayıtmadığını və 31 ildir ondan heç bir xəbər ala bilmədiklərini bildirmiş, A.E.Məmmədovun müraciətinə müvafiq qaydada baxılaraq, 10.05.2021-ci il tarixli, 109- 9323M-3121 nömrəli məktubla vətəndaşa rəsmi cavab verilmişdir. Sorğunuzla əlaqədar olaraq bildirilir ki, Balakən Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası DİN-in müvafiq uçotları üzrə aparılmış yoxlama zamanı, Balakən rayon sakini 1939-cu il təvəllüdlü X3 itkin düşmüş şəxs qismində axtarışa elan olunmasına, eləcə də həmin əlamətlərə uyğun naməlum meyitin tapılmasına dair heç bir məlumat aşkar edilməmişdir.Məlumat üçün bildiririlir ki, «Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında axtarış işinin təşkilinə dair Təlimat» və Daxili İşlər Nazirliyinin bu sahəni tənzimləyən digər normativ-hüquqi aktlarının tələblərinə əsasən, xəbərsiz itkin düşmüş şəxsin axtarışa elan olunması və bununla əlaqədar müvafiq soraqlaşma və əməliyyataxtarış tədbirləri, həmin şəxsin itkin düşdüyü vaxtdan etibarən 15 il ərzində həyata keçirilir. İş materiallarında olan 30.09.2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi Ərizəçi hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi X1 olduğu yer barədə uzun müddət məlumat olmadığına görə sənədləşmə işlərində çətinliklər yaradır. Belə ki, ərizəçinin əri X5 barəsində 1990-ci il tarixdən sonra heç bir məlumat yoxdur. Ərizəçinin əri X5 yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat yoxdur. Ərizəçi əri X10 barəsində məlumat olmadığından ona məxsus olan əmlakları idarə edə bilmir. Balakən Rayon Polis Şöbəsi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli 109-27742-1221 nömrəli məktubdan görünür ki, Balakən rayon sakini X3 itkin düşmüş şəxs qismində axtarışa elan olunmasına, eləcə də həmin əlamətlərə uyğun naməlum meyitin tapılmasına dair heç bir məlumat aşkar edilməmişdir. X1 ölmüş elan edilməsi faktının müəyyən edilməsi sənədləşdirilmə ilə bağlı onun üçün əhəmiyyətli olduğundan ərizəçi göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi 17.12.1953-cü il tarixdə doğulmuş əri X6 ölmüş elan edilməlidir. Həmçinin müəyyən edilməlidir ki, X3 ölmüş elan edilməsi haqqında hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 17.12.1953-cü il tarixdə doğulmuş əri X6 ölmüş elan edilsin. Müəyyən edilsin ki, X3 ölmüş elan edilməsi haqqında hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-1134/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1134/2021
29.11.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver