Məhkəmə qərarları › İş №2(019)-117/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-117/2022

19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-117/2022 19.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi,Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə , Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X3nın 1918-ci ildə Balakən rayonu Katex kəndində X5 doğulması, X17 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Katex kəndində yaşayır. xx.xx.1933-cü ildə Balakən rayonu Katex kəndində doğulmuşdur. X8, anası X7r. X19 isə onun bacısıdır. X3 02.10.2009-cü ildə ölmüşdür.1918-ci ildə ev şəraitində doğulduğuna görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə bacısı X11 və onun ailə üzvlərinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda ondan miras qalmış əmlakı rəsmiləşdirmək istəyirlər. Lakin X3nın doğum haqqında şəhadətnaməsi olmadığına görə onun əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün deyildir.Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. X15 Maraqlı şəxs doğum akt qeydləri üzrə arxiv məlumatları yoxlanılsa da, Maraqlı şəxsndə X9 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda doğum haqqında sənədlər olmadığına görə doğumun qeydə alınması Maraqlı şəxs tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də doğum haqqında şəhadətnamə almaq istəyir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ərizəçi qonşusudur. Bayram xx.xx.1933-cü ildə Balakən rayonu Katex kəndində doğulmuşdur. X8, anası X7r. Onun doğma X3 1918-ci ildə anadan olmuşdur və 02.10.2009-cü ildə ölmüşdür. Şumeyə doğum haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Qazma kənd İnzibati ərazi dairəsi tərəfindən 03 noyabr 2021-ci il tarixdə verilmiş 1179 nömrəli arayışdan görünür ki, X19 1918-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuş,02.10.2009-cu ildə Qazma kəndində ölmüşdür. X9 X8, anası X12 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 oktyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 353595 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 02.10.2009-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 16.10.2021-ci il tarixdə Ərizəçi ünvanlanmış 05/76-1369/15 nömrəli məktubda göstərilmişdir ki,“təqdim etdiyiniz sənədlərə əsasən 02.10.2009-cu il tarixdə vəfat etmiş 01.07.1918-ci il təvəllüdlü bacınız X13 doğumunun şöbə tərəfindən qeydə alınması qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir.Həmin Qaydanın 2.5.1-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş 951 nömrəli arayışdan görünür ki, X19 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 02.10.2009-cu ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir.Qeyd edilən şəxs Balakən rayon Qazma kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 06.10.2009-cu il tarixli 27 nömrəli ölüm haqqında akt qeydinə əsasən 02.10.2009-cu ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 28 sentyabr 2021-ci il tarixli 953 nömrəli arayışdan görünür ki, X19 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxs 1946-02.10.2009cu illərə dair doğum haqqında bərpa akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 16 oktyabr 2021-ci il tarixli 05/69/1007 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxx 1933-cü ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. Bu barədə 26 yanvar 1960-cı il tarixdə Maraqlı şəxsndə 17 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X8, anası X12 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-218A KOD 40103018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən X11, X1, X14, X6 və X2 Balakən rayonu Qazma kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi İsayev X18 rayonu Katex kəndində yaşayır. O, xx.xx.1933-cü ildə Balakən rayonu Katex kəndində doğulmuş, X8, anası X7r. X19 isə ərizəçinin bacısıır.X19 02.10.2009-cu ildə ölmüşdür. Ərizəçinin bacısı Şumey 1918-ci ildə ev şəraitində doğulduğuna görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi hazırda bacısından miras qalmış əmlakı rəsmiləşdirmək istəyir, lakin X3nın doğum haqqında şəhadətnaməsi olmadığına görə onun əmlakına qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə almaq mümkün deyildir.O,bacısına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş,lakin Qeydiyyat Şöbəsi bacısına doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün olmadığından ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-45.2-ci maddələrinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2.valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-ci maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi X3nın X8 olmaqla 1918-ci ildə Balakən rayonu Katex kəndində X5 doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi X3nın X8 olmaqla 1918-ci ildə Balakən rayonu Katex kəndində X5 doğulması faktı müəyyən edilsin. Qətnamədən surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar