Məhkəmə qərarları › İş №2(019)-118/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-118/2020

22.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-118/2020 22.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılması və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan JN-3xx xxx 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və ona verilmiş 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının naturada ayrılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Püştətala kəndində yaşayır. Balakən rayon X5 xx xxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə X11, X3, Cavabdeh2, Cavabdeh3 və ona 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 3xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı vardır. Torpaq payçılarından olan anası X4 ölmüşdür. Hazırda cavabdehlərlə aralarında ümumi birgə mülkiyyətlə bağlı mübahisə vardır. JN 3xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən hissənin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 019)-723/2019 saylı qətnaməsi ilə Cavabdeh1, X2, Cavabdeh2, X7 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. O, hazırda 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə payının naturada ayrılmasını istəyir. Lakin cavabdehlərlə aralarında mübahisə olduğuna görə qeyd olunan əmlakdan payının naturada ayrılması qeyri-mümkün olmuşdur. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin təmsil etdiyi İddiaçı sözügedən torpaq sahəsinin 1/5 hissə payının cavabdehlər tərəfindən qanunsuz istifadə olunduğunu və iddiaçının həmin torpaq sahəsinə yaxın buraxılmadığını göstərərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-3xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Cavabdeh1, X4, Cavabdeh2, Cavabdeh3 və Laçınova (Balamedova) Mətanət İsa qızının ümumi mülkiyyətinə Balakən rayon X5 xx xxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə Balakən rayonu Püştətala kəndi ərazisindən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AZ 038945 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Balamedov Rövşən İbrahim oğlu ilə X12 arasında nikah xx xxxx 2003-cü il tarixdə bağlanmış və nikah bağlandıqdan sonra arvada Balamedova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-723/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1, X2, Cavabdeh2, X7 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Püştətala kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə tikintitexniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 2955 nömrəli rəyindən görünür ki, JN- 3xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Balakən rayonu Püştətala kəndində yerləşən İddiaçı, Cavabdeh1, X2, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan faktiki 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissə payının naturada ayrılması mümkündür (bölgü sxemi işə əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 2955 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə-10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, JN-3xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Balakən rayon X5 xx xxxxxxx 2002-ci il tarixli, 06 saylı qərarı ilə X15, X4, Cavabdeh2, Cavabdeh3 və X7 ümumi mülkiyyətinə Balakən rayonu Püştətala kəndi ərazisindən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, X1 Rövşən İbrahim oğlu ilə xx xxxx 2003-cü il tarixdə nikaha girərək, Balamedova soyadını qəbul etmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)-723/2019 saylı qətnaməsi ilə Cavabdeh1, X2, Cavabdeh2, X7 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Püştətala kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Lakin iddiaçı ilə cavabdehlər arasında mübahisə olduğuna görə qeyd olunan əmlakdan onun payının naturada ayrılması qeyrimümkün olmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə payının naturada ayrılmasını və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını xahiş edir. . Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X9”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. İşin faktoloji hallarına və hüquqi əsaslarına istinad edən məhkəmə hesab edir ki, İddiaçıJN-3xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən X15, X4, Cavabdeh2, Cavabdeh3 və onun mülkiyyətinə verilmiş 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə mülkiyyət hüququna, yəni həmin torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, o cümlədən həmin 1/5 hissə torpaq payının naturada ayrılması və cavabdehlərin ona məxsus pay üzrə torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 2955 nömrəli ekspertiza rəyi ilə rəyə əlavə olunmuş bölgü sxeminə əsasən İddiaçı həmin 2.13 ha torpaq sahəsindən 1/5 hissə payının naturada ayrılması mümkün hesab edilmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2.13 ha torpaq sahəsinin İddiaçı düşən 1/5 hissə payına əsassız sahiblik edir, ondan istifadə edir və iddiaçının həmin torpaq sahəsinə sahiblik etməsinə və həmin torpaq sahəsindən istifadə etməsinə, bununla da iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Onagörə də məhkəmə hesab edir ki, hazırki iddianın təmin olunması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur, ona görə də iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ümumi mülkiyyətçisi olmasını, onun həmin torpaq sahəsinə 1/5 hissə payının müəyyən edilməsini, məhkəmə tikinti-texniki ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, JN-3xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Laçınova (Balamedova) Mətanət İsa qızının ümumi mülkiyyətinə verilmiş 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissə payı xx xxxxxxxx 2020-ciiltarixli, 2955 nömrəli ekspertiza rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun naturada ayrılmalı, İddiaçı həmin 1/5 hissə torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməli və 50,0 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X6 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia təmin olunsun. JN-3xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Laçınova (Balamedova) Mətanət İsa qızının ümumi mülkiyyətinə verilmiş 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissə payı xx xxxxxxxx 2020-ci il tarixli, 2955 nömrəli ekspertiza rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun naturada ayrılsın; İddiaçı həmin 1/5 hissə torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsın; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 50,0 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X6 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar