Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3447/2025 09.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı Cavabdeh qarşı “torpaqdan payın naturada ayrılıb verilməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaqdan payın naturada ayrılıb verilməsi və torpaqdan çıxarılma ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bərdə rayonu,Türkmən kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində iddiaçıya məxsus payın naturada ayrılıb verilməsi və Cavabdeh torpaqdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiа ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı X1 iddia ərizəsinə Bərdə rayonu,Türkmən kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində iddiaçıya məxsus paya dair mülkiyyət hüququnu təsdiq edən heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizəyə əlavə edilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, İddiaçı Cavabdeh qarşı “torpaqdan payın naturada ayrılıb verilməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Cavabdeh qarşı “torpaqdan payın naturada ayrılıb verilməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın (Qəbz nömrəsi:**********). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3447/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3447/2025
09.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver