Məhkəmə qərarları › İş №2(048)-107/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-107/2023

28.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-107/2023 28.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar X11 və İddiaçı2 Pirhəsən qızının etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh1 iştirakları ilə, İddiaçılar X11 və İddiaçı2 Pirhəsən qızının cavabdehlər Cavabdeh1 və X2 qarşı qanunsuz zəbt edilmiş torpağın asudələşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar X11 və İddiaçı2 Pirhəsən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə JN 004, kod 80313068 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı ilə Lerik rayon Nüvədi kəndində ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.82 ha pay torpaq sahəsinin cavabdehlər Cavabdeh1 zəbtindən azad edilməsi və həmin torpağ sahəsinin X11, İddiaçı2 Pirhəsən qızı və X5 arasında bölünərək paylarının ayrılması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı1 xx.xx.1968-ci ildə, X6 xx.xx.1977-ci ildə Lerik rayonu Nüvədi kəndində anadan olmuşdur. Lerik rayonu X10 24 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə JN 004 saylı, KOD 80313068 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında ailə üzvlərinə 2.82 hektar kənd təsərrüfatı məhsulları istahsalı üçün torpaq sahəsi verilmişdir. X1 xx.xx.2000-ci tarixdə, anası X7 xx.xx.2009-cu il tarixdə, qardaşı X13 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər.Sözügedən torpaq sahəsini uzun illərdir ki, Cavabdeh1 istifadə edir. Dəfələrlə ona torpağı zəbtdən azad etməsini söyləsələr də cavabdeh torpağı zəptdən azad etməmişdir.Həmçinin hazırda həmin Torpaq Aktına əsasən payçılardan atası, anası və qardaşı vəfat etmişlər. Lakin rəhmətlik qardaşı X9 həyat yoldaşı Cümşidova Bəturǝ Gülverdi qızı torpaq sahəsindən istifadə etməyə imkan vermədiyi üçün torpaq sahəsindən çıxarılma və paylarının bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 və İddiaçı2 Pirhəsən qızının etibarnamə üzrə nümayəndəsi X12 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirdi ki, həqiqətən o, X11 və İddiaçı2 Pirhəsən qızı və ailə üzvlərinə verilmiş torpaq sahəsini istifadə etmişdir.Hal hazırda isə həmin torpağ sahəsini asudələşdirmişdir.Göstərilənlənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN: 004 Kod 80313068 saylı Dövlət Aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 24 deknabr 1997-ci il tarixli 37 saylı qərarına əsasən X8 və İddiaçı2 Pirhəsən qızına və ailə üzvlərinə 2.82 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədov tərəfindən verilmiş 24 avqust 2023cü il tarixli 10/5745 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-43/2- 1573/2023 saylı mütəxəssis rəyə əsasən, Lerik rayon AlK-nin 24 deknabr 1997-ci il tarixli 37 saylı qərarına əsasən torpağa mülkiyyət hüququna dair JN: 004 Kod 80313068 olan dövlət aktı əsasında iddiaçı X11 və İddiaçı2 Pirhəsən qızı və ailə üzvlərinin mülkiyyətınə verılmiş Lerik rayon Nüvədi kəndində yerləşən 2.82 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi və tam olaraq Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə JN: 004 Kod 80313068 olan torpağ sahəsi İddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçıların və ailə üzüvlərinin mülkiyyətinə verilmiş 2.82 ha torpaq sahəsi tam olaraq Cavabdeh1 tərəfindən istifadə edilir. İddiaçılar torpaq sahəsinin zəbtdən azad edilməsi üçün çoxlu səylər göstərsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddiaçıların torpağ sahəsinin aralarında bölünməsi tələbinə gəldikdə isə belə hesab edir ki, sözügedən torpağ sahəsinin bölünmsəi üçün məhkəməyə müraciət etsələr də məhkəməyə bu barəd kifayət qədər sübut təqdim etməmişlər.Ona görədə iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində İddiaçılar X11 və İddiaçı2 Pirhəsən qızının mülkiyyətə verilmiş 2,82 ha torpaq sahəsinin tam olaraq Cavabdeh1 tərəfindən tutulduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Lerik rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə JN-004 KOD 80313068 sayla X11 və İddiaçı2 Pirhəsən qızı və ailə üzüvlərinə verilmiş 2.82 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh1 torpaq sahəsindən çıxarılmalı və həmin torpağ sahəsi mülkiyyətçisinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 113 (bir yüz on üç) manat pul cəmi ümumilikdə 213 (iki yüz on üç) cavabdehlər Cavabdeh1 alınaraq iddiaçılar X11 və İddiaçı2 Pirhəsən qızına verilməlidir. Əlavə olaraq Cavabdeh1 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə JN-004 KOD 80313068 sayla X11 və İddiaçı2 Pirhəsən qızı və ailə üzüvlərinə verilmiş 2.82 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh1 torpaq sahəsindən çıxarılsın və həmin torpağ sahəsi iddiaçıların mülkiyyətinə qaytarılsın. İddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 113 (bir yüz on üç) manat pul cəmi ümumilikdə 213 (iki yüz on üç) Cavabdeh1 alınaraq iddiaçılar X11 və İddiaçı2 Pirhəsən qızına verilsin. Əlavə olaraq Cavabdeh1 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 28 sentyabr 2023-cu il 2 (048)-107/2023 X8 İddiaçı2 Pirhəsən qızı na (Lerik rayonu, Nüvədi kəndi) Surəti: Cavabdeh1 X2 (Lerik rayonu, Nüvədi kəndi) Lerik Rayon Məhkəməsinin 28 sentyabr 2023-cu il tarixli 2(048)-107/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 05 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar