Məhkəmə qərarları › İş №2(5-114)-574/2026

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(5-114)-574/2026

04.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(5-114)-574/2026 04.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “naturada ayrılma və torpaq sahəsində çıxarılma” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Bərdə rayon Qaradırnaq kəndində yerləşən 0.50 ha həyətyanı torpaq sahəsindən mərhum X1 payının naturada ayrılıb verilməsi və Bərdə rayon Qaradırnaq kəndində yerləşən 2.19 ha pay torpaq sahəsinin naturada bölünüb 0.55 ha hissədən Cavabdeh çıxarılmasın dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, qaldırılmış iddia tələbləri bir-biri ilə əlaqədar deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r v e r d i: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Bərdə rayon Qaradırnaq kəndində yerləşən 0.50 ha həyatyanı torpaq sahəsindən mərhum X1 payının naturada ayrılıb verilməsi və Bərdə rayon Qaradırnaq kəndində yerləşən 2.19 ha pay torpaq sahəsininin naturada bölünüb 0.55 ha hissədən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar