Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-104/2023 12.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 vəkili X11 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan pay torpaq sahəsində, həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi, naturada bölünməsi, cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətdə olan pay torpaq sahəsində, həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi, naturada bölünməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə, həmçinin mərhumə X8 ilə yaxın qohumdurlar və uzun müddət birlikdə yaşamışlar. Cavabdehlərlə ailə üzvləri olduqlarına və birlikdə yaşadıqlarına görə Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara və X4, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətinə Bərdə rayonu Uğurbəyli kəndinin ərazisində 1,49 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara 14 noyabr 1998-ci il tarixdə torpağa mülkiyyət hüququna dair JN 0257 saylı 61023038 kodlu Dövlət aktı təqdim edilmişdir. DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş JN 0257 saylı 61023038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 1,49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi cavabdehlərlə bərabər onların da mülkiyyətinə verilmişdir. Yaşadıqları Bərdə rayonu Uğurbəyli kəndində hər kənd sakininə 0,24 ha pay torpaq sahəsi verilmişdir. Lakin onların həyətyanı sahəsində artıq torpaq sahəsi olduğu üçün zəbt olunma kimi qeyd edilərək, hər birinə 0,21 ha pay torpaq sahəsi verilmişdir. Ona görə də onların da həyətyanı sahədə payları vardır. Həmin torpaq sahələri onların birgə mülkiyyətindədir və həmin torpaq sahələrinə mülkiyyətçilər kimi onların payları müəyyən olunmamış və naturada ayrılmamışdır. Lakin onlar ailə daxili müəyyən səbəblərə görə Bərdə rayonu, Uğurbəyli kəndinı köçüb, Bərdə rayonu Alaçadırlı kəndində yaşayırlar. Onlar Bərdə rayonu Alaçadırlı kəndinə köçəndən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətdə verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahələrinin onlara aid hisssəsini uzun müddətdir zəbt edib, torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkib becərərək mənfəət götürmüş və onlara torpaq sahələrindən istifadə etməyə imkan verməmişlər. Onların isə yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir, çünki heç biri heç yerdə işləmir. Bərdə rayon Aqrar islahat Komissiyası tərəfindən həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi onların mülkiyyətlərinə veriləndən sonra müəyyən müddətə qədər özləri əkib becərmişdir, dövlət tərəfindən verilən subsidyanı da özləri almışdır. Cavabdehlərin özlərinin kənd təsərrüfat təyiantlı torpaq sahəsi vardır, dəfələrlə onlara məxsus torpaq sahəsindən çıxarılmalarını cavabdehlərin özlərindən xahiş ediblər, ancaq cavabdehlər torpaq sahəsindən çıxmamışlar. Bununla da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların hüquqlarını pozmuşdur. Ona görə də qeyd edilən pay torpaq sahəsini əkib becərməyə imkan verməyəcəyindən paylı mülkiyyətlərində paylarının müəyyən olunması,naturada bölünməsi, cavabdehlərin pay torpaq sahəsindən və həyətyaanı sahələrdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Mübahisəli pay torpaq sahəsinin və həyətyanı torpaq sahəsəində payların müəyyən edilməsi, naturada bölünməsi müəyyən edilməli, cavabdehlər pay torpaq sahəsindən çıxarılmalıdırlar. Daha sonra İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 0.63 ha pay torpaq sahəsindən, həyətyanı torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsində cavabdehlərin yaratdığı maneələrə qadağan qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək, izahatlarında göstərdi ki, iddiaçılar ilə aralarında olan torpaq mübahisəsini iddiaçılar yaradıb.Onlara məxsus torpaq sahəsini qanunsuz ələ keçirmək istəyirlər, torpaq sahəsi özlərinindir. Özlərinə məxsus torpaqdan istifadə etdiklərinə görə iddiaçılara heç bir maneəçilikləri yoxdur. İddia əsassızdır, təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1965-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx xxxxxx 1990-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxxxxx 1968-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1541 nömrəli, 23 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır, ailə üzvləri arvadı İddiaçı2, qızı X12 və oğlu İddiaçı3 ibarətdir. İş materiallarında olan Bərdə rayon Uğurbəyli bələdiyyəsi tərəfindən verilmiş 18 nömrəli 27 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 adına olan 0.24 ha (hər bir ailə üzvünə verilib) 257 nömrəli Dövlət Aktında qeyd edilmişdir. Eyni zamanda X3 həyətyanı torpaq sahəsinin artıq olduğu üçün 0.19 ha torpaq sahəsi zəbt kimi tutulmuşdur. İş materiallarında olan JN 257 KOD 61023033 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən müəyyən olunur ki, X4, Cavabdeh1, İddiaçı1 Qabil oğlunun, Cavabdeh2, İddiaçı2 Müzəffər qızının, X5 və İddiaçı3 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə 1.49 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan 16 noyabr 2004-cü il tarixli Vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X2 rayonu, Uğurbəyli kəndində yerləşən ona məxsus yaşayış evinin 7/13 hissəsini qızı X19 və Cavabdeh2 vəsiyyət etmişdir. İş materiallarında olan Bərdə Rayon Xalq Məhkəməsinin 21 iyul 2000-ci il tarixli, 2- 258/2000 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı2 və İddiaçı1 Qabil oğlu 2 nəfər körpə uşaqları ilə birlikdə X4 Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən və adına olan evində yaşamaq hüququ verilmiş, bundan əlavə onlara həmin evdən, yerləşdiyi həyətyanı torpaq sahəsindən, həyətdə olan hamamdan, çardaqdan istifadə hüququ verilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 06 oktyabr 2000-ci il tarixli, 2- 360/2000 saylı qətnaməsi ilə iddia təmin edilərək 1960-cı ildə Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən, ümumi sahəsi 270.8 kv.m olan, mərhum X15 adına olan miras evin 7/13 hissəsi X4, 3/13 hissəsi Cavabdeh2, 1/13 hissəsi X13, 1/13 hisəssi İddiaçı1 Qabil oğlunun xüsusi mülkiyyətinə verilmiş və onlara qeydiyyat vəsiqəsinin yazılması qət edilmişdir. İş materiallarında olan 26 oktyabr 2001-ci il tarixli aktın surətindən müəyyən olunur ki, hər iki tərəfin razılığı ilə İddiaçı1 və İddiaçı2 məhkəmənin 21 iyul 2000-ci il tarixli, 2-258 saylı qətnaməsi üzrə evə köçürmə və daimi istifadə etmə hüququndan, məhkəmənin 2-360 saylı, 06 oktyabr 2000-ci il tarixli qətnaməsi ilə evin bölünüb onlara verilməsi tələbi üzrə, yəni hər iki qətnamədə göstərilən tələbblərdən könüllü imtina etməklə 3 milyon manat əvəzində alır. Minayə və İradə hər ikisi 3 milyon manat verməklə hər iki qətnamə üzrə tələblərin onların xeyrinə icra olunacağını bildirdilər. Bununla da Mələk və Eldar gələcəkdə nə yaşayış hüququ, nə də ev tələbi, mülkiyyət hüququ tələb etməyəcəklərinə söz verdilər. Bununla da hər iki tərəfin barışıq sazişinə görə 3 milyon manat Minayə və İradədən alınaraq nağd Mələk və Eldara təhvil verildi. İş materiallarında olan 05 oktyabr 2005-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı1 Qabil oğlu payına düşən kəndin Çəkil Bağındakı 0.25 ha torpağını İibrahimov Barata verdi, əvəzində 4.500.000(dövrd milyyon beş yüz min) manat pul aldı. İş materiallarında olan Bərdə rayon, Uğurbəyli bələdiyyəsi tərəfindən verilmiş 03 nömrəli, 23 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, JN 257 nömrəli Dövlət Aktı əsasən X6, Cavabdeh1, İddiaçı1 Qabil oğluna, Cavabdeh2, İddiaçı2 Müzəffər qızına, X7 və İddiaçı3 Bərdə rayonu Uğurbəyli kəndində 1.49 ha pay torpaq sahəsi verilmişdir. X1, Cavabdeh1, İddiaçı1 Qabil oğlu və Cavabdeh2 pay torpaq sahəsini, yəni 0.84 ha Bərdə rayon Uğurbəyli bələdiyyəsinin xeyrinə imtina etmişdir. Mübahisəli olan 0.63 ha torpaq sahəsi payçılar İddiaçı2 Müzəffər qızına, X7 və İddiaçı3 məxsusdur. Hal-hazırda mübahisəli olan 0.63 ha torpaq sahəsi Bərdə rayonu Uğurbəyli kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(021)-3332/2021 saylı qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, JN 257, KOD ******* olan Dövlət aktına əsasən Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən X4, Cavabdeh1, İddiaçı1 Qabil oğlunun, Cavabdeh2, İddiaçı2 Müzəffər qızının, X5 və İddiaçı3 birgə mülkiyyətlərinə verilmiş 1.49 ha pay torpaq sahəsi hal-hazırda naturada 0.62 ha olduğundan payların naturada ayrılması mümkün deyildir. Bərdə Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(021)-265/2022 saylı qərardadı ilə mülki iş materialları rəy verilməsi üçün təkrarən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli, **********86 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı1 Qabil oğlu mütəxəssis qarşısında qoyulmuş suallara etiraz edərək, naturada ölçü işlərinin aparılmasına razı olmamışdır, bu səbəbdən də qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(021)-104/2023 saylı qərardadı ilə mülki iş materialları rəy verilməsi üçün təkrarən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli rəydə göstərilmişdir ki, JN 257 KOD 61023033 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktındakı torpaq sahəsi hal-hazırda naturada 0.62 ha istifadə edilir. JN 257 KOD 61023033 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Bərdə rayonu, Uğurubəyli kəndində yeyrləşən iddiaçı və cavabdehlərin birgə mülkiyyətinə verilmiş 1.49 ha torpaq sahəsi naturada 0.62 ha mövcud olduğundan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə 0.62 ha göstərilmişdir. İddiaçı və cavabdehlərin birgə mülkiyyətinə verilmiş JN 172 A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.26 ha həyətyanı torpaq sahəsi naturada mövcuddur. Həmin həyətyanı torpaq sahəsi hal-hazırda naturada 0.29 hektardır. Mübahisəli həyətyanı torpaq sahəsinin hal-hazırda kənd arası torpaq yola bir çıxışı olduğundan, eləcə də üzərində yerləşən fərdi yaşayış evinin 7/13 hissəsi X4, 3/13 hissəsi Cavabdeh2, 1/13 hissəsi X13, 1/13 hissəsi X14, 1/13 hisəssi İddiaçı1 Qabil oğlunun adına qeydiyyata alınaraq 07 dekabr 2000-ci il tarixli, 303 nömrəli Qeydiyyat Vəsiqəsi verildiyi üçün mülkiyyətçilər arasında bölünməsi mümkün deyildir. Həmçinin iddiaçı və cavabdehlər bildirdiyinə görə 171 A Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X14 3 nəfər ailə üzvülərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsinə naturada gediş-gəliş yolu 171 A Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən torpaq sahəsindən keçir. Bərdə Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(021)-104/2023 saylı qərardadı ilə mülki iş materialları rəy verilməsi üçün təkrarən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş JN 257 Dövlət aktına əsasən Bərdə rayonu, Uğurubəyli kəndində yeyrləşən X4, Cavabdeh1, İddiaçı1 Qabil oğlunun, Cavabdeh2, İddiaçı2 Müzəffər qızının, X5 və İddiaçı3 birgə mülkiyyətlərinə verilmiş və naturada 0.62 ha pay torpağı və həyətyanı torpaq sahəsi, hal-hazırda cavabdehlər Cavabdeh1 və X9 tərəfindən istifadə edilir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçıların mülkiyyətində olan Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən pay torpaq sahəsinin və həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN 257 nömrəli Dövlət Aktı əsasən X6, Cavabdeh1, İddiaçı1 Qabil oğluna, Cavabdeh2, İddiaçı2 Müzəffər qızına,X7 və İddiaçı3 Bərdə rayonu Uğurbəyli kəndində 1.49 ha pay torpaq sahəsi verilmiş, X1, Cavabdeh1, İddiaçı1 Qabil oğlu və Cavabdeh2 pay torpaq sahəsini, yəni 0.84 ha Bərdə rayon Uğurbəyli bələdiyyəsinin xeyrinə imtina etmişlər. İmtina edilməyən pay sahələri hazırki iş üzrə iddiaçılar İddiaçı2 Müzəffər qızı, X12 və İddiaçı3 məxsus olan pay sahələridir ki, iddiaçılar da iddia tələblərində haqlıdırlar. Belə ki, hal-hazırda mübahisəli olan 0.63 ha torpaq sahəsi Bərdə rayonu Uğurbəyli kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. Bundan başqa iddia tələbinin həyətyanı torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Bərdə Rayon Xalq Məhkəməsinin 21 iyul 2000-ci il tarixli, 2- 258/2000 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı2 və İddiaçı1 Qabil oğlu 2 nəfər körpə uşaqları ilə birlikdə X4 Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən və adına olan evində yaşamaq hüququ verilmiş, bundan əlavə onlara həmin evdən, yerləşdiyi həyətyanı torpaq sahəsindən, həyətdə olan hamamdan, çardaqdan istifadə hüququ verilmişdir. İş materiallarında olan 26 oktyabr 2001-ci il tarixli aktın surətindən müəyyən olunur ki, hər iki tərəfin razılığı ilə İddiaçı1 və İddiaçı2 məhkəmənin 21 iyul 2000-ci il tarixli, 2-258 saylı qətnaməsi üzrə evə köçürmə və daimi istifadə etmə hüququndan, məhkəmənin 2-360 saylı, 06 oktyabr 2000-ci il tarixli qətnaməsi ilə evin bölünüb onlara verilməsi tələbi üzrə, yəni hər iki qətnamədə göstərilən tələbblərdən könüllü imtina etməklə 3 milyon manat əvəzində alır. Minayə və İradə hər ikisi 3 milyon manat verməklə hər iki qətnamə üzrə tələblərin onların xeyrinə icra olunacağını bildirdilər. Bununla da Mələk və Eldar gələcəkdə nə yaşayış hüququ, nə də ev tələbi, mülkiyyət hüququ tələb etməyəcəklərinə söz verdilər. Bununla da hər iki tərəfin barışıq sazişinə görə 3 milyon manat Minayə və İradədən alınaraq nağd Mələk və Eldara təhvil verildi. Göründüyü kimi tərəflər arasında razılaşmanın predmeti məhz mübahisəli ev olmuş, həmin razılaşmada həyətyanı torpaq sahəsinə münasibət ümumiyyətlə münasibət bildirilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan mübahisəli 0,63 ha torpaq sahəsindən çıxarılması və həyətyanı torpaq sahəsinə olan maneələrin cavabdehlərə qadağa edilməsi barədə iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu Uğurbəyli kəndində yerləşən mübahisəli 0,63 ha pay torpaq sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 istifadəsinə maneə törətməkləri qadağan edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-104/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-104/2023
12.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver