Məhkəmə qərarları › İş №2(104)-938/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-938/2024

28.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-938/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-104/2023 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətdə olan pay torpaq sahəsində, həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi, naturada bölünməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(021)-104/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)-104/2023 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(021)-104/2023 saylı qərardadına əsasən, Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)- 104/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti “Elektron Məhkəmə İnformasiya sistemi” vasitəsi ilə verilmədiyindən qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin 2(021)-104/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətlə və apellyasiya şikayəti ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 və Cavabdeh2 qızı vəsatətini onunla əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(021)-104/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin “Elektron Məhkəmə” vasitəsi ilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Hazır ki, apellyasiya şikayətinin verilmə müddəti ondan asılı olmayan səbəblərdən ötürülmüşdür. Hesab edir ki, buraxılmış prosessual müddətin ötürülməsi üzürlü sayılmalı və apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bərdə Rayon Məhkəməsi 2(021)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Elsun Əhmədov) vəsatət təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023- cü il tarixli, 2(021)-104/2023 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilmişdir. İddiaçı2 “Elektron Məhkəmə” İnformasiya sistemi ilə Bərdə Rayon Məhkəməsinin 2(021)- 377/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin prosessual müddətin bərpasına dair qərardadı qanunsuz olmuşdur. Belə ki, cavabdehlərin qətnamədən məlumatlı olduqları halda yenidən müddəti ərizəsi ilə müraciət edərək, iş yubadırlar. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-104/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-104/2023 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin 2(021)-104/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsindən vaxtında şikayət vermiş, lakin həmin şikayət AR Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından, geri qaytarılmışdır. Ona görə də, müddətin ötməsi üzürlü hesab edilərək və qərardaddan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpası təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-377/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsinin surəti xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xəbərnaməyə imza etdirilməklə rəsmi şəkildə qəbul edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qətnamədən bir ay müddətində, yəni xx.xx.2023 tarixində apellyasiya şikayəti ilə müraciət etmiş, lakin Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(021)-104/2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti “Elektron Məhkəmə İnformasiya sistemi” vasitəsi ilə verilmədiyindən qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təkrarən “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-104/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddət bərpa vəsatəti təmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq qətnamədən şikayət vermə müddətin buraxılmasının səbəbini üzürlü hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-104/2023 saylı qərardadı saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-104/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar