Məhkəmə qərarları › İş №2(019)-1184/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1184/2021

09.12.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1184/2021 09.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi Məhəmməd oğlunun, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “X17 oğlunun ölmüş elan edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Məhəmməd oğlu ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək izahatında göstərdi ki, X10 onun doğma qardaşıdır. X3 2005-ci il 09 yanvar tarixdə vəfat etmişdir. X2 15 sentyabr 2005-ci il tarixdə ölmüşdür. Eyni zamanda anası X13 24 yanvar 2018-ci il tarixdə ölmüşdür. Atasının, anasının və qardaşı Ceyhunun ölümü haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri ərizəyə əlavə edilmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsinin 06 oktyabr 2021-ci il tarixli 05/Q-1760/69 nömrəli arayışında qeyd edilir ki, X10 15 noyabr 1973-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Bu barədə 17 dekabr 1973cü il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 331 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli 05/69-1000 nömrəli arayışda göstərilir ki, 15 noyabr 1973-cü ildə Zaqatala şəhərində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 12 oktyabr 2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir .2005-ci ildə vəfat etmiş X3 ona anlatmışdır ki, qardaşı Rəşad 1991-ci ildə onun 9 yaşı olanda hərbi xidmətə getmişdir. Hərbi xidmətdən 1993-cü ildə qayıtdıqdan sonra Gürcüstan Respublikasına getmiş, bir daha oradan qayıtmamışdır.Sonradan onlara məlum olmuşdur ki, Rəşad Gürcüstanda olan zaman orda yaşayan ermənilərlə savaşı olmuş, onlara qarşı savaşda cinayət törətmiş və 1994-cü ildə həbs olunmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Rəşad türmədə ermənilərin təsiri altında təhlükəli vəziyyətdə olub, amma onlara məlum olmayıb ki, o xəstəlikdənmi ölüb, yoxsa öldürülübmü? O, Gürcüstana getmişdir ki, onun qəbrini tapsın. Orada ona demişlər ki, onu kimsəsizlər qəbiristanlığında dəfn ediblər. Heç bir nişanə olmadığı üçün onun qəbrini belə tapa bilməmişdir. 2018-ci ildə vəfat edən anası da atasının dediklərini bildirmişdir. Rəşad haqqında başqa heç nə bilmir. Belə olan halda 2021-ci ilin oktyabr ayında ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi 12.10.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “1995-ci il tarixdə Gürcüstanda vəfat etmiş qardaşınız X4 şöbəmizdə ölümünün qeydə alınıb ölüm haqqında şəhadətnamənin sizə təqdim edilməsi mümkün deyil. Belə ki, Ailə Məcəlləsinin 193-cü maddəsinə və Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsində qeyd edilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. X1 ölmüş elan edilməsində məqsədi onun miras qalmış əmlakını vərəsəlik qaydasında qəbul etməkdir. Ailəsinin tərkibi 5 nəfərdən ibarət olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 19 may tarixli 29 saylı qərarı ilə JN 157 saylı Dövlət Aktı əsasında ailə üzvlərinə ümumi mülkiyyət hüququ ilə kənd təsərrüfatı məhsulları yetişdirmək üçün 2.02 ha torpaq sahəsi verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, həm də ərizəyə əlavə etdiyi ölüm haqqında şəhadətnamələrdən məlum olur ki, atası, anası və qardaşı Ceyhun vəfat etmişlər. Hal-hazırda sağ qalan 1 -ci dərəcəli vərəsələrdən yaşayan özüdür. Qardaşı Rəşadın ölüm faktını müəyyən edən heç bir sənəd olmadığı üçün onun vərəsəsi olmağı ilə bağlı vərəsəlik açdırıb onun miras qalmış torpağını qəbul edə bilmir.Yuxarıda qeyd etdiyi və ərizəyə əlavə etdiyi onunla bağlı sənədlər onun ölmüş olmasını təsdiq etməyə imkan vermir. Onun ölmüş olması haqda müvafiq orqanlarda heç bir sənəd mövcud deyil. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, ərizəçi Ərizəçi qardaşı Beydiyev Rəşad Məhəmməd oğluna ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçi tibb müəssisəsinin müvafiq sənədini təqdim etmədiyinə görə ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, ərizəçiyə tibb müəssisəsinin müvafiq sənədini təqdim edəcəyi təqdirdə X1 ölümünün qeydə alınacağı izah edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 12.10.2021-ci il tarixli 05/76- 1360/15 nömrəli məktubda göstərilmişdir ki, “Maraqlı şəxsnə 12.10.2021-ci il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə 1995-ci il tarixdə Gürcüstanda vəfat etmiş qardaşınız Beydiyev Rəşad Məhəmməd oğlunun şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnaməsinin Sizə təqdim edilməsi mümkün deyildir.Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyiniz təqdirdə qardaşınız Beydiyev Rəşad Məhəmməd oğlunun ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə sizə təqdim edilərək müraciətiniz təmin olunacaqdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 fevral 2018-ci il tarixli AZ-İ seriyalı 902953 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Arkişiyeva Pirdas Musa qızı 24.01.2018-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd icra nümayəndəliyi tərəfindən 26 sentyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 136125nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Beydiyev Ceyhun Məhəmməd oğlu 25.09.2005-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş 04 fevral 2005-ci il tarixli AZ-İ seriyalı 100950 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 oğlu 09.01.2005-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN 157 saylı KOD 40106018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə Balakən rayonu Kortala kəndi ərazisindən X7, Beydiyeva Pirdas Musa qızına, X6, X5 və Ərizəçi 2.02 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 oktyabr 2021-ci il tarixdə verilmiş 05/Q-1760/69 nömrəli arayışdan görünür ki, Beydiyev Rəşad Məhəmməd oğlu 15 noyabr 1973-cü ildə Zaqatala şəhərində anadan olmuşdur.Bu barədə 17 dekabr 1973-cü il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 331 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X3, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 12 oktyabr 2021-ci il tarixdə verilmiş 05/69-1000 saylı arayışdan görünür ki, 15 noyabr 1973-cü ildə Zaqatala şəhərində anadan olmuş Beydiyev Rəşad Məhəmməd oğlunun ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 12.10.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 05 oktyabr 2021-ci il tarixdə verilmiş 972 nömrəli arayışdan görünür ki, X8 10 iyun 1980-cı ildə Balakən rayonu Kortala kəndində anadan olmuşdur. Bu barədə 10 noyabr 1980-cı il tarixdə Balakən rayonu Püştətala kənd icra nümayəndəliyində 88 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası X11, anası X14 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29.09.2021-ci il tarixdə verilmiş 515 nömrəli arayışdan görünür ki, Ərizəçi deməsinə görə mərhum qardaşı Beydiyev Rəşad Məhəmməd oğlu Gürcüstan Respublikasında rəhmətə getmiş və orada kimsəsizlər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Məhəmməd oğlunun 15 noyabr 1973-ci ildə Zaqatala şəhərində anadan olmuş qardaşı X10 1993-cü ildən Gürcüstanda yaşamışdır. Ərizəçi Məhəmməd oğlu heç bir sübut təqdim etmədən onun Gürcüstanda ölməsi, kimsəsizlər qəbiristanlığında dəfn olunmasını göstərərək hazırkı ərizə ilə məhkəməyə müraciət edərək onun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Ərizəçi oğlu 15 noyabr 1973-ci ildə Zaqatala şəhərində anadan olmuş X1 Gürcüstanda olması,orada həbs olunması,ölməsini,kimsəsizlər qəbiristanlığında dəfn olunmasını göstərsə də bu faktları təsdiq edən, həmçinin ona ölüm haqqında şəhadətnamənin verilməməsi barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə işin hallarını, Ərizəçi Məhəmməd oğlunun, 15 noyabr 1973-ci ildə Zaqatala şəhərində anadan olmuş X1 itkin düşməsi, onun ölmüş elan edilməsi üçün əsas ola biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməməsini, əksinə onun ölməsini, kimsəsizlər qəbiristanlığında dəfn olunduğunu bildirməsini, bu barədə də heç bir sübut təqdim etməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. İddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu xərci ərizəçinin özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, Ərizəçi Məhəmməd oğlunun “Beydiyev Rəşad Məhəmməd oğlunun ölmüş elan edilməsinə dair” ərizəsi təmin edilməməlidir.100 manat dövlət rüsumu xərci ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizəçi oğlunun Beydiyev Rəşad Məhəmməd oğlunun ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. 100 manat dövlət rüsumu xərci ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar