Məhkəmə qərarları › İş №2(019)-12/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-12/2023

09.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-12/2023 09.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan torpaq sahələrindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən xüsusi mülkiyyətində olan, 0.12 ha həyətyanı torpaq sahəsindən və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən müəyyən edilmiş 1/2 payının naturada ayrılması və payına düşən 1/2 hissəyə dair tam mülkiyyət hüququnun bərpa edilməsi, ona aid torpaq sahələrindən Cavabdeh çıxarılması və onu qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən xüsusi mülkiyyətində olan, 0.12 ha həyətyanı torpaq sahəsindən və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən müəyyən edilmiş 1/2 payının naturada ayrılması, həmin torpaq sahələrinin payına düşən 1/2 hissələrindən Cavabdeh çıxarılması və torpaq sahələrinin payına düşən 1/2 hissələrinə tam mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, mərhum X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona 0.12 ha həyətyanı torpaq sahəsi və 0.47 ha kəndtəsərrüfatı təyinatlı torpaq sahəsi vərəsəlik şəhadətnaməsinə əsasən mülkiyyətinə verilmişdir. O, həmin torpaq sahələrində paylarının müəyyən olunması ilə bağlı Balakən rayon Notariat ofisinə müraciət etmişdir. X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona 0.12 ha həyətyanı torpaq sahəsindən və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/2 payları müəyyən edilmişdir. Mübahisəli torpaq sahələrinin plan ölçü sənədi hazırlanmış və xüsusi mülkiyyətə verilməsinə dair Azərbaycan Respublikası ƏMDk yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən həm 0.12 ha həyətyanı torpaq sahəsinə dair çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 21 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 90 nömrəli reyestr kitabının 97 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh anasının rəsmi nikahda olan ikinci əri X1nun qohumudur. X1 özünə düşən payını cavabdehə vəsiyyət etmişdir. Cavabdeh özbaşınalıq edərək ona məxsus və mülkiyyətində olan torpaq sahəsinin darvazasını bağlamış, torpaq sahəsindən istifadə etməsinə mane olur. O, dəfələrlə cavabdehlə söhbətlər aparsalar da, heç bir nəticəsi olmamışdır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bildirir ki, ona ödənilməli olan mütəxəssis haqqının 190 manat olmasına və bu məbləğdə pulun cavabdeh tərəfindən ona ödənilməsinə razıdır. Belə ki, cavabdehin qadın olmasını və yüksək məbləğdə mütəxəssis xərcinin ona ödənilməsinin cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradılmasını nəzərə alır. İddianın təmin edilməsini xahiş edir. 11 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, həmin torpaq sahələrinin bütünlüklə ona məxsus olduğunu və ona görə də onun istifadəsində olduğunu, İddiaçı həmin 0.12 ha həyətyanı torpaq sahəsinin və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə qanunsuz çıxarış aldığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********95-10301 olan X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi tam və 0.12 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi X3 və həmin 0.12 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********79 olan X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi X3 və 1/2 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, reyestr nömrəsi **********95-10301 olan Texniki pasportdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsini 1/2 hissəsi X3 və torpaq sahəsini 1/2 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli №10/5930 nömrəli ekspert rəyində göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyest nömrəsi **********95-10301 olan hüquqların Dövlət qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/2 hissə payının naturada ayrılmasına həmin ərazidə yerləşən fərdi yaşayış evi və köməkçi tikili bölündükdən sonra baxıla bilər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyest nömrəsi **********79 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən İddiaçı 1/2 hissə payının naturada hər birinə bərabər olmaqla 0.235 ha hissələrə bölünməsi mümkündür. Mübahisəli 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin naturada bölgüsü mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planı 2-də göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyest nömrəsi **********95- 10301 olan hüquqların Dövlət qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/2 hissəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyest nömrəsi **********79 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən İddiaçı 1/2 hissəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 06 yanvar 2023-cü il tarixli №10/5930 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli №10/1839 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq Balakən rayonu, Qazma kəndi ərazisinsə yerləşən, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1\2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümükün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 26 may 2023-cü il tarixli №10/1839 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 224 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə 555 manat mütəxəssis xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və 11 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********95-10301 olan X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evi tam, torpaq sahəsini 1/2 hissəsi X3 və torpaq sahəsini 1/2 hissəsi İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********79 olan X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 1/2 hissəsi X3 və 1/2 hissəsi İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli №10/5930 nömrəli ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyest nömrəsi **********95-10301 olan hüquqların Dövlət qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/2 hissə payının naturada ayrılmasına həmin ərazidə yerləşən fərdi yaşayış evi və köməkçi tikili bölündükdən sonra baxıla bilər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyest nömrəsi **********79 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən İddiaçı 1/2 hissə payının naturada hər birinə bərabər olmaqla 0.235 ha hissələrə bölünməsi mümkündür və mübahisəli 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin naturada bölgüsü mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planı 2-də göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyest nömrəsi **********95- 10301 olan hüquqların Dövlət qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyest nömrəsi **********79 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli №10/1839 nömrəli ekspert rəyin əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq Balakən rayonu, Qazma kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İşin faktoloji halları və hüquqi əsasları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli №10/5930 nömrəli ekspert rəyinə əsasən Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən İddiaçı 1/2 hissə payının naturada mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planı 2-də göstərilmiş variantda hər birinə bərabər olmaqla 0.235 ha hissələrə bölünməsi mümkündür. Həmçinin Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsi və Balakən rayonu Qazma kəndində yerləşən X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən İddiaçı 1/2 hissəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli №10/1839 nömrəli ekspert rəyin əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq Balakən rayonu, Qazma kəndi ərazisinsə yerləşən, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsindən rəyə əlavə edilmiş sxemdə göstərilən bölgü variantı əsasında İddiaçı 1/2 hissəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Hazırda iddiaçı ümumi mülkiyyətdə olan torpaq sahələrindən öz payının naturada ayrılmasını, cavabdehin onun mülkiyyətində olan torpaq sahələrindən çıxarılmasını və həmin torpaq sahələrinə mülkiyyət hüququnun bərpa edilməsini tələb edir. Cavabdeh buna razı olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 555 manat mütəxəssis xərci və hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb etmsəsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədr xərclər ödənilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördkləri işlər ekspertlərin və mütəxəsislərin xidməti vəzifələrinə aid deyildirsə, onları gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaya etirazın əsaslandırıldığı hallar kimi sözügedən torpaq sahələrinin bütünlüklə ona məxsus olduğunu, İddiaçı həmin 0.12 ha həyətyanı torpaq sahəsinin və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə qanunsuz çıxarış aldığını bildirsə də, bu halları təsdiq edən, iddianın əsassız olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddianın əsassız olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPMnin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə ədalət və ağlabatanlıq prinsiplərindən yanaşaraq hesab edir ki, iş üzrə mütəxəssisə ödənilən haqq ağlabatan məbləğ olaraq 190 manat müəyyən edilməlidir. Belə ki, İddiaçı ona ödənilməli olan mütəxəssis haqqının 190 manat olmasına və bu məbləğdə pulun ona ödənilməsinə razı olduğunu bildirmişdir. İş üzrə cavbadeh də bununla bağlı hər hansı etirazını bildirməmişdir. Digər tərəfdən, həmin vaxt mütəxəssis xərci çox hesablandığı halda, hazırki vaxtda daşınmaz əmlak mütəxəssisləri tərəfindən hər torpaq sahəsi üzrə mütəxəssis rəyinin verilməsinə görə 95 manat haqq alınır. Bu hesablama ilə də hazrki işdə iki torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin hazırki vaxta dəyəri 190 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilən iki ekspertiza tədqiqatının cəmi dəyəri 100 manat edir ki, həmin məbləğdə cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına köçürülməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********95-10301 olan X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X3 1/2 hissə və İddiaçı 1/2 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 1/2 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli №10/1839 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemdə göstərilən bölgü variantına əsasən naturada ayrılmalı, xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********79 olan X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X3 1/2 hissə və İddiaçı 1/2 hissə mülkiyət hüquqları qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/2 hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planı 2-də göstərilmiş varianta əsasən (hər birinə bərabər olmaqla 0.235 ha hissələrə bölünməsi) naturada ayrılmalı, cavabdeh Əliyeva X8 rayonu Qazma kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən naturada ayrılmış 1/2 hissəsindən və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən naturada ayrılmış 1/2 hissəsindən çıxarılmalı, İddiaçı həmin 0.12 ha həyətyanı torpaq sahəsinin və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissələrinə tam mülkiyyət hüquqları bərpa olunmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 190 manat mütəxəssis haqqı Cavabdeh tutularaq, İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********95-10301 olan X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X3 1/2 hissə və İddiaçı 1/2 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən 1/2 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli №10/1839 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemdə göstərilən bölgü variantına əsasən naturada ayrılsın. xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********79 olan X7 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X3 1/2 hissə və İddiaçı 1/2 hissə mülkiyət hüquqları qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 1/2 hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planı 2-də göstərilmiş varianta əsasən (hər birinə bərabər olmaqla 0.235 ha hissələrə bölünməsi) naturada ayrılsın. Cavabdeh Əliyeva X8 rayonu Qazma kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin İddiaçı payına düşən naturada ayrılmış 1/2 hissəsindən və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən naturada ayrılmış 1/2 hissəsindən çıxarılsın; İddiaçı həmin 0.12 ha həyətyanı torpaq sahəsinin və 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissələrinə tam mülkiyyət hüquqları bərpa olunsun. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 190 manat mütəxəssis haqqı Cavabdeh tutularaq, İddiaçı ödənilsin; iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar