Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-127/2021 27.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı evə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək üç uşaqla birlikdə Balakən rayonu Katex kəndində yerləşən Cavabdeh məxsus 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X3 və X12 cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını xx.xx.2006-cı il tarixdə Balakən rayon Katex kənd İcra Nümayəndəliyində 10 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2007-ci ildə X6, xx.xx.2009-cu ildə X7 və xx.xx.2013-cü ildə X13 adında üç uşaqları olmuşdur. O, Cavabdeh ilə evləndiyi ilk vaxtlardan ailə münasibətləri normal olmuşdur. Son vaxtlar Cavabdeh səbəbsiz yerə onu şərləyərək ailələrini dağıtmış, xasiyyətləri uyğun gəlmədiyinə görə boşanma üçün məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və uşaqların saxlaması üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Cavabdeh ərə gedərkən Balakən rayon Katex kəndində, Cavabdeh atası Balayev Hüşənə məxsus 1 mərtəbəli 4 otaqlı evə gəlin köçmüş, orada yaşamış, uşaqları həmin evdə doğulmuşdur. Ona və uşaqlarına məxsus bütün cehiz və digər əşyaları həmin evdədir. xx.xx.2020-ci il tarixdə Cavabdeh onunla mübahisə edərək onun həmin evdə yaşamasını istəmədiyini bildirmiş və zorla onu uşaqları ilə birlikdə evdən çıxarıb qapını bağlamışdır. Sonradan birtəhər evə buraxsada orada qalmağını istəmir, məcbur edir ki, evdən çıxsın. Bir ay olar ki, uşaqları ilə birlikdə valideynlərinin evinə getmişdir və orada yaşayırlar. O, Cavabdeh hər dəfə belə hərəkətləri ilə qarşılaşmaq istəmir. Qanunla həmin evə köçürülməsini xahiş edir. Ona aid hər bir əşyası-cehizi bu evdədir. Uşaqları ilə birlikdə daimi yaşayış yeri mübahisəli evdir və mübahisəli evdə pasport qeydiyyatdadır. Ona görə də istəyir ki, məhkəmə qaydasında qanunla onun həmin evdə yaşamaq hüququ təmin edilsin və qanunla müəyyən edilmiş qaydada həmin evə köçürülsün. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, xx xxxx 2006-cı il tarixdə İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx xxxx 2007-ci ildə Aysun, xx.xx.2009-cu ildə Aylin və xx.xx.2013-cü ildə isə Emil adında üç uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və uşaqların saxlaması üçün ondan hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində alimetin alınıb iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Onlar atası Hüşənə məxsus evdə yaşamışlar. Hazırda iddiaçı uşaqları ilə birlikdə öz atası evində yaşayır, lakin cehiz əşyaları atasına məxsus evdədir. İddiaçının köçüb yaşamaq istədiyi ev və evin yerləşdiyi torpaq sahəsi atasına məxsusdur. Özünün evi yoxdur. Buna görə də iddiaçının həmin evə köçürülməsinə etiraz edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında göstərdi ki, İddiaçı köçüb yaşamaq istədiyi ev ona və əri X8 məxsusdur. Həmin ev hazırda yararsız vəziyyətdədir. Onlar həmin evi uçurtmaq fikrindədirlər. İddiaçı ilə oğlu Xəqani boşanmışlar. Onlar İddiaçı həmin evə köçürülməsinə etiraz edirlər. İddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1612 nömrəli arayışdan görünür ki, Balayeva X2 sakinidir və Cavabdeh ilə evlidir, ona məxsus olan 1 mərtəbəli 4 otaqlı evdə yaşayır. 2006-cı ilin iyun ayının 29-u həmin evə gəlin köçmüşdür. Hal-hazırda həmin evdə yaşayır və özünün gətirdiyi cehiz əşyaları həmin evdədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 795 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Balakən rayon Katex kənd icra nümayəndəliyində xx xxxx 2006-cı il tarixdə 10 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Balayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 802 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X6 27 mart 2007-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 221970 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2013-cü ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1743 nömrəli arayışdan görünür ki, Balayev X4 sakinidir, hal-hazırda Katex kəndində atası X8 məxsus ümumi sahəsi 100 kv/m olan evdə yaşayır. İşdə olan torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X8 Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Katex kəndi ərazisindən 2497,55 kv/m həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki,İddiaçı Şəhmir qızı xx.xx.2006-cı il tarixdə nikahlarını Balakən rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir.İddiaçı Cavabdeh atası X8 məxsus 2497,55 kv /m torpaq sahəsində tikilmiş, sahəsi 100 kv/m olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından xx xxxx 2007-ci ildə X6, xx xxxxxx 2009-cu ildə X7 və xx xxxxxx 2013-cü ildə X9 adında üç uşaqları doğulmuşdur. İddiaçı uşaqları ilə birlikdə 2020-ci ilin sonuna kimi həmin evdə yaşamışdır. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçı Cavabdeh ayrılmış, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(019)-586/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqların hər üçünün iddiaçının yanında saxlanmaları və uşaqların saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment qət edilmişdir. İddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə qayıdıb orada yaşamaq istəyir, lakin onu evə buraxmırlar. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə, Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarından göründüyü kimi hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2006-cı ildən sonra yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli ev cavabdehin valideynlərinə məxsusdur və tərəflər arasında evdən istifadə ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Evin hüquqi statusu ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da, əmlaka sahiblik hüquqlarını mülkiyyət hüquqları kimi qeyd edir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, “hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.” Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. X19 Avropa Məhkəməsinin Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarına əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələbləri əhatə edir. Məhkəmə mübahisəli evin yerləşdiyi 2497,55 kv/m torpaq sahəsinin qanuni əsaslarla cavabdehin atası Hüşən Balayevin mülkiyyətinə verilməsini, mübahisəli evin onlar tərəfindən inşa olunmasını nəzərə alaraq hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da evin sahibi Hüşən Balayevin həmin əmaka “gözlənilən mülkiyyət hüququ” vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, mübahisəli evin cavabdehin atası Hüşən Balayevə məxsus olmasını, onun həmin evə “gözlənilən mülkiyyət hüququ”nun olmasını, İddiaçı ilə cavabdehin atası Hüşən Balayev arasında evdən istifadə ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamasını nəzərə alaraq hesab edir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-127/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-127/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver