Məhkəmə qərarları › İş №2(019)-13/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-13/2020

06.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-13/2020 06.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, maddi zərər və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 və Bərpası Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus 0.1659 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq, iddiaçıya qaytarılması və torpaqdan qanunsuz istifadə etdiyinə görə 2005-ci ildən 2018-ci ilin dekabr ayınadək fındığını yığmaqla ona vurmuş olduğu 14198.40 (on dörd min bir yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğində dəymiş zərərin cavabdehdən alınaraq iddaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə cavabdeh X8 və Bərpası Müəssisəsinin ləğv olunduğu, onun bazasında yaranan struktur bölməsinin Cavabdeh1nə tabe olduğu və hazırki iddiaya Cavabdeh1 cavab verməli olduğundan, məhkəmə tərəfindən iddiaçının razılığı ilə cavabdeh X8 və Bərpası Müəssisəsi əsl Cavabdeh1 ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 0,1659 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlərin qeyriqanuni sahibliyindən alınaraq,iddiaçıya qaytarılması və 2016-2018-ci illər üzrə yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248,0 manatın Cavabdeh1ndən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmçinin iş materialları ilə iddiaçının tələb etdiyi torpaq sahəsinin Cavabdeh1 hüquqi varisi olduğu X8 və Bərpası Müəssisəsi tərəfindən Cavabdeh2 icarəyə verilməsi və torpaq sahəsinin həmçinin onun faktiki istifadəsində olması nəzərə alınaraq, iddiaçının razılığı ilə Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, Balakən rayon X3 xx xxxx 1998-ci il tarixli, 08 iyun qərarı ilə onun mülkiyyətinə 0.17 ha torpaq sahəsi və həmin torpağa nömrəsi JN-03xx xxx 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilib. Bundan başqa həmin 0.17 ha olan torpaq sahəsinin xüsusi mülkiyət hüququ ilə ona məxsus olması, həmin torpaq sahəsinə bitişik qonşu sahələr barədə, həmçinin həmin torpaq sahəsinə aid torpaq vergilərinin onun tərəfindən ödənilməsini təsdiq edən Balakən rayon Mahamalar bələdiyyəsinin təsdiq edilmiş arayışı vardır. O, öz sahəsinin hansı ərazidə yerləşməsini bilmək üçün torpaq sahəsinə gedərkən onun torpaq sahəsinin ərazisində heç nə olmayan bir sahəni göstərmişlər. Onun torpaq ölçüləri barədə anlayışı olmadığından həmin ərazidəki şəxslərin sözlərinə inanmışdır. Həmin sahənin onun yaşadığı ərazidən çox uzaqda yerləşməsini, ora gedib-gəlməyin çətin olmasını görüb, satmaq qərarına gəlmiş, onun üçün çıxarış alması lazım gəlmişdir. Bununla bağlı DƏDRXnin Balakən şöbəsinə müraciətindən sonra torpaq sahəsinin müayinəsi zamanı ona məlum olmuşdur ki, kimlər ki, onun sahəsində iş görürdülər, həmin şəxslər onu aldadaraq, ona qəsdən başqa bir sahəni göstərməklə ərazisində olan fındığını yığmışlar. Sonradan məlum olmuşdur ki, onun sahəsindəki fındığını yığan məhz Balakən rayon X5 işçiləri olmuşlar. Həmin təsərrüfatda 36 ədəd fındıq ağacları vardır. Beləliklə öz mülkiyyətində olan fındıq ona yığmağa çatmırdı. Balakən rayon X6, mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməklə, həm də fındığını yığmaqla, ona külli miqdarda zərər vurmuşlar. Bu fakt ortaya çıxandan sonra dəfələrlə həmin sahənin boşaldılaraq, ona təhvil verilməsini xahiş və tələb etsə də, buna nail ola bilməmişdir. Onlar yenə də onu həmin sahəyə buraxmamış və yenə də bildirmişlər ki, həmin sahə özlərinin mülkiyyətindədir. Əgər onların dediyi kimi, həmin mülkiyyət meşə təsərrüfatındadırsa, o zaman DƏDRX-dən çıxarış alarkən ona çıxarış verilməzdi və həmin mübahisənin aradan qaldırılması üçün məhkəməyə müraciət üçün göndərilərdi. 0.1659 ha torpaq sahəsi DƏDRX tərəfindən araşdırıldıqdan sonra həmin sahə ******* saylı çıxarışla onun adına rəsmiləşdirilmişdir. Mübahisəli torpaq sahəsi hazırda cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməklə yanaşı, həm də fındığını yığıblar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Balakən rayon Statistika İdarəsinin 106 saylı xx xxxxx 2019-cu il tarixli məktubunda 2005ci ildən 2018-ci illər ərzində ölkə üzrə fındığın illik istehlak qiyməti haqda tərtib etdiyi cədvəldə fındığın 2005-ci ildən 2018-ci ilə qədər olan bazar qiymətləri aşağıdakı kimidir. Eyni zamanda Balakən rayon Dövlət X7 verdiyi rəyə görə 2005-ci ildən 2018-ci il daxil olmaqla, 36 ədəd fındıq ağacından hər il 288 kq fındıq götürməklə fındığın 1 kilosu illər üzrə müxtəlif qiymətlərlə dəyişməklə cədvəl üzrə aşağıda göstərilən məbləğ etmişdir. 2005-ci il üçün 288 kq x3.21 manat=924.48 manat 2006-cı il üçün 288 kq x2.81 manat=809.28 manat 2007-cı il üçün 288 kq x2.70 manat=777.60 manat 2008-cı il üçün 288 kq x3.34 manat=961.92 manat 2009-cı il üçün 288 kq x2.21 manat=636.48 manat 2010-cı il üçün 288 kq x2.89 manat=832.32manat 2011-cı il üçün 288 kq x3.09manat=889.92 manat 2012-cı il üçün 288 kq x3.18manat=915.84 manat 2013-cı il üçün 288 kq x3.07 manat=884.16 manat 2014-cı il üçün 288 kq x3.12 manat=898.56 manat 2015-cı il üçün 288 kq x4.35 manat=1252.80 manat 2016-cı il üçün 288 kq x4.86 manat=1399.68 manat 2017-cı il üçün 288 kq x5.59 manat=1609.92 manat 2018-cı il üçün 288 kq x4.88 manat=1405.44 manat Şəki regional laboratoriyasının Balakən rayon üzrə Baş Aqrokimyaçısının rəyinə əsasən Qullar kənd sakini İddiaçı Mahamalar kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəsində olan 36 ədəd fındıq tomasında 2005-2018 –ci illər üzrə orta hesabla 4.032 kq məhsulun olduğu və ondan 14198.40 manat gəlirin ola biləcəyi müəyyən edildi. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdehlərin iddiaçıya məxsus 0,1659 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq, iddiaçıya qaytarılması və 2016-2018-ci illər üzrə yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248,0 manatın Cavabdeh1ndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında əlavə cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsi və bu sahədə yerləşən fındıq ağacları 2006-cı ilin mart ayının 23-də 10 il müddətinə aqrotexniki qulluq göstərilməsi üçün X8 və Bərpası Müəssisəsi tərəfindən onun icarəsinə verilmişdir və neçə illərdir ki, o, həmin sahədən istifadə edir və sahədən yığdığı fındığı da X10 Təsərrüfatı Mərkəzinə vermişdir. Həmin torpaq sahəsinin və fındıq ağaclarının İddiaçı məxsus olmasını bilməmişdir. Müqavilə müddətinin bitməsinə baxmayaraq, o, həmin sahədən istifadə edir. İddia üzrə mübahisənin qanun əsasında həll olunmasını xahiş edir. İş üzrə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyi X1 X10 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, X8 və Bərpası Müəssisəsi ləğv edilmişdir, onun bazasında yaradılan struktur qurum hüquqi şəxs deyildir və hazırda həmin müəssisəsinin öhdəlikləri üzrə cavabdehliyi yeni qurum- Cavabdeh1 daşıyır. Cavabdeh1 İddiaçı məxsusluğu iddia edilən 0,1659 ha fındıq ağacları olan torpaq sahəsini 2005-ci ildən istifadə edir və fındığını yığır, 2006-cı ilin mart ayının 23-də həmin fındıq sahəsi Cavabdeh2 adlı şəxsə 10 il müddətinə qulluq göstərilməsi üçün icarəyə verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da Cavabdeh1 və Cavabdeh2 sahiblik və istifadəsindədir. Cavabdeh1 nümayəndəsi sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan sonrakı məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsinin və digər Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Balakən rayon Mahamalar bələdiyyəsinin xx.xx.2019cu il tarixli, 137 №li arayışdan görünür ki, Məhərləmova (İbrahimova) Qəhri Nəsrəddin qızının JH-353 nömrəli dövlər aktına əsasən Mahamalar bəldiyyəsi ərazisində 0,17 ha pay torpaq sahəsi vardır. Hesablanmış torpaq vergisi Məhərləmova (İbrahimova) Qəhri Nəsrəddin qızı tərəfindən ödənilir. İş materiallarında olan Balakən rayon Statistika İdarəsinin xx xxxxx 2019-cu il tarixli, 106 nömrəli məktubundan görünür ki, ölkə üzrə fındığın 2005- 2018-ci illərdə orta illik istehlak qiyməti aşağıdakı kimidir: 2005-ci il üçün 1 kq 3,21 manat, 2006-cı il üçün 1 kq 2,81 manat, 2007-cı il üçün 1 kq 2,70 manat, 2008-cı il üçün 1 kq 3,34 manat, 2009-cı il üçün 1 kq 2,21 manat, 2010-cı il üçün 1 kq 2,89 manat, 2011-cı il üçün 1 kq 3,09 manat, 2012-cı il üçün 1 kq 3,18 manat, 2013-cı il üçün 1 kq 3,07 manat, 2014-cı il üçün 1 kq 3,12 manat, 2015-cı il üçün 1 kq 4,35 manat, 2016-cı il üçün 1kq 4,86 manat, 2017-cı il üçün 1 kq 5,59 manat, 2018-cı il üçün 1 kq 4,88 manat İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********29 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazbinə kəndi 0,1659 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 75 №li reyestr kitabının 17 №li vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 18404 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha torpaq sahəsi DƏDRX-nin tərtib etdiyi RX **********29 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən həmin torpaq sahəsi həyətyanı sahə deyil, kənd təsərrüfatı təyinatlı çoxillik əkmələrdir və hüquqmüəyyənedici sənədlərə uyğundur. İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha torpaq sahəsi Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi X8 və Bərpası Müəssisəsi tərəfindən istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2019-cu il tarixli, 18404 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/485 nömrəli rəyindən görünür ki, 2005-2018-ci illər üzrə ölkə üzrə fındığın 1 kiloqramının orta istehlak qiyməti 3,52 manatdır. 2005-2018-ci illər üzrə orta hesabla fındıq məhsulunun məhsuldarlığı (10% azaldılmaqla) 10.10 kq müəyyən olunur. 0,16 ha torpaq sahəsində olan 36 ədəd fındıq topasından 2005-2018-ci illər üzrə orta hesabla yığılan fındıq məhsulunun ümumi dəyəri 7690,0 manat müəyyən olunur. 2016- 2018-ci illər üzrə orta hesabla yığılan fındıq məhsulunun ümumi dəyəri 2248,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 9/485 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçıhazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2006-cı il tarixli müqavilədən görünür ki, 1 saylı meşə dolayısının 25-ci kvartalının 8 saylı bölməsində olan fındıq bağından 105 ədəd fındıq koması 10 il müddətinə qorunub mühafizə olunması və aqrotexniki xidmət işi aparılması üçün X8 və Bərpası Müəssisəsi tərəfindən Cəmilə Hüsenovaya verilmişdir. Həmin müqavilənin müddətinin bitməsinə baxmayaraq, həmin torpaq sahəsi və fındıq ağacları Cavabdeh2 istifadəsi və sahibliyində qalmışdır. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Balakən rayon X3 xx xxxx 1998-ci il tarixli, 08 iyun qərarı ilə İddiaçın mülkiyyətinə Balakən rayonu Qazbinə kəndində 0.1659 ha torpaq sahəsi-fındıq bağı verilmiş və onun adına JN- 03xx xxx 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********29 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla Balakən rayonu Qazbinə kəndi 0,1659 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 75 №li reyestr kitabının 17 №li vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə uzun illər (bar verən fındıq ağaclarına) faktiki sahiblik edib, ondan istifadə etmiş, oranın fındıq məhsulunu toplamış, həmin torpaq sahəsini xx xxxx 2006-cı il tarixli müqavilə ilə 10 il müddətinə mühafizə olunması və aqrotexniki xidmət göstərilməsi üçün Cavabdeh2 vermişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 18404 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha torpaq sahəsi DƏDRX-nin tərtib etdiyi RX **********29 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən həmin torpaq sahəsi həyətyanı sahə deyil, kənd təsərrüfatı təyinatlı çoxillik əkmələrdir və hüquqmüəyyənedici sənədlərə uyğundur, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha torpaq sahəsi Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi X8 və Bərpası Müəssisəsi tərəfindən istifadə edilir. Həmçinin iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/485 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 2005-2018-ci illər üzrə ölkə üzrə fındığın 1 kiloqramının orta istehlak qiyməti 3,52 manatdır. 2005-2018-ci illər üzrə orta hesabla fındıq məhsulunun məhsuldarlığı (10% azaldılmaqla) 10.10 kq müəyyən olunur. 0,16 ha torpaq sahəsində olan 36 ədəd fındıq topasından 2005-2018-ci illər üzrə orta hesabla yığılan fındıq məhsulunun ümumi dəyəri 7690,0 manat müəyyən olunur. 2016-2018-ci illər üzrə orta hesabla yığılan fındıq məhsulunun ümumi dəyəri 2248,0 manat müəyyən edilir. Həmin torpaq sahəsi hazırda cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X9 Təsərrüfatı Mərkəzi və Cavabdeh2 qanunsuz sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (AvropaKonvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X11 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaqsahəsinigeri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-cimaddələrinəəsasənhüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşdəki sübutlarla birmənalı müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan və Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 hatorpaq sahəsi-fındıq bağı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X10 Təsərrfatı Mərkəzi tərəfindən iddiaçının qeyd etdiyinə əsasən onun mülkiyyətinə verildiyi vaxtdan, cavabdehin nümayəndəsinin qeyd etdiyinə əsasən 2005-ci il tarixdən istifadə olunmaqla, oranın fındıq məhsulu yığılmışdır. 2006-cı il martın 23-də bağlanmış müqaviləyə əsasən həmin torpaq sahəsi (fındıq bağı) Cavabdeh1 hüquqi varisi olduğu X8 və Bərpası Müəssisəsi tərəfindən 10 il müddətinə mühafizə olunması və bağa aqrotexniki qulluq göstərilməsi üçün digər Cavabdeh2 icarəyə verilmiş, Cavabdeh2 həmin sahədən yığdığı fındıq məhsulunu Cavabdeh1nə vermiş və həmin müqavilə müddəti bitmişdir. Lakin həmin torpaq sahəsi-fındıq bağı hələdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahiblik və istifadəsindədir və cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan həmin 0.1659 ha torpaq sahəsinə-fındıq bağına sahiblik və istifadəsi qeyri-qanunidir. Həmçinin işdəki sübutlarla o cümlədən iddiaçının zərər tələb etdiyi 2016-2018-ci illərdə Cavabdeh1 tərəfindən iddiaçıya məxsus sözügedən sahədə fındıq məhsulunun yığılması və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/485 saylı rəyinə əsasən 2016-2018-ci illər üzrə orta hesabla orada yığılan fındıq məhsulunun ümumi dəyərinin 2248,00 manat olması müəyyən edilmişdir. Bununla da işdəki sübutlarla müəyyən olunur ki, cavabdehlər iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarını pozmuş, həmçinin Cavabdeh1 iddiaçıya tələb etdiyi məbləğdə maddi zərər vurmuşdur. Ona görə də iddia təmin edilməklə, iddiçıya məxsus sözügedən 0,1659 ha torpaq sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyindən geri alınmaqla iddiaçıya qaytarılmalı, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X12 Təsərrüfatı Mərkəzindən 2016- 2018-ci illər üçün fındıq məhsulunu yığmaqla vurduğu maddi zərərin əvəzi olaraq 2248 manat alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, cavabdehlərin heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etməsinivə ona qeyri-qanuni sahiblik etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını və iddiaçıya X10 Təsərrüfatı Mərkəzi tərəfindən maddi zərər vurulmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, həmin 0.1659 hatorpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən geri alınaraq, İddiaçı qaytarılmalı, Cavabdeh1ndən vurduğu maddi zərərin əvəzi olaraq 2016-2018-ci illər üzrə yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248,0 manatalınıb, İddiaçına verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq, İddiaçı ödənilməli, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat, cəmi 150 manat cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın; həmin 0.1659 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən geri alınaraq, İddiaçı qaytarılsın; Cavabdeh1ndən vurduğu maddi zərərin əvəzi olaraq 2016-2018-ci illər üzrə yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248,0 manat alınıb, İddiaçı verilsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq, İddiaçı ödənilsin; iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat, cəmi 150 manat cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar