Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-13/2024 24.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əmlaka payın müəyyən edilməsi, naturada bölünməsi və cavabdehin onlara aid hissədən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lara əsasən ümumi birgə mülkiyyətdə olan Balakən rayon Katex kəndində yerləşən 0,2013 ha yaşayış məntəqələri (həyətyanı) təyinatlı və 1,6113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçılar İddiaçı1 qıznın, İddiaçı2, İddiaçı3 və İddiaçı4 4/8 payının müəyyən edilməsi və həmin əmlaklarda iddiaçılara düşən 4/8 payın (hissənin) naturada ayrılması, o cümlədən cavabdehin naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər . Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi “ iddiaçılara düşən 4/8 payların (hissənin) naturada ayrılmasına aid hissədə baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lara əsasən ümumi birgə mülkiyyətdə olan Balakən rayon Katex kəndində yerləşən 0,2013 ha yaşayış məntəqələri (həyətyanı) təyinatlı və 1,6113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçılar İddiaçı1 qıznın, İddiaçı2, İddiaçı3 və İddiaçı4 4/8 payının müəyyən edilməsi və həmin əmlaklarda iddiaçılara düşən 4/8 payın (hissənin) naturada ayrılması, o cümlədən cavabdehin naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1- 149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, iddia ərizəsi torpaq sahəsinin naturada ayrılmasına ad hissədə əsaslandırılmamış, bu barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Hakim tərəfindən müəyyən edilmiş müddətdə iddiaçı işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda hakim iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əmlaka payın müəyyən edilməsi, naturada bölünməsi və cavabdehin onlara aid hissədən çıxarılması tələbinə dair iddia ərizəsi “ iddiaçılara düşən 4/8 hissə payların naturada ayrılmasına aid hissədə baxılmamış saxlanmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 izah olunmalıdır ki, qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüquqları vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 255, 263-264 və 268.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əmlaka payın müəyyən edilməsi, naturada bölünməsi və cavabdehin onlara aid hissədən çıxarılması tələbinə dair iddia ərizəsi “ iddiaçılara düşən 4/8 hissə payların naturada ayrılmasına aid hissədə baxılmamış saxlansın . İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 izah olunur ki, qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-13/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-13/2024
24.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver