Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1358/2021 30.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçılar İddiaçı1 oğlunun, İddiaçı2 İdris qızının və İddiaçı3 Əli qızının cavabdehlər Cavabdeh2 Abdulla oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Hənifə bələdiyyəsinə və Balakən rayon İHB-nın Hənifə kənd İƏD üzrə nümayəndəliyinə qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha hissəsindən məcburi qaydada çıxarılması tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim : İddiaçılar İddiaçı1, İddiaçı2 İdris qızı, İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Hənifə bələdiyyəsinə və Balakən rayon İHB-nın Hənifə kənd İƏD üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı1 Tacəddin oğlunun və Cavabdeh4 Tacəddin oğlunun onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi **********96 olan, 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha hissəsindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə baxaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1 Abdulhəmid oğlu, İddiaçı2 İdris qızı,İddiaçı3 Əli qızı cavabdehlər Cavabdeh2 Abdulla oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Hənifə bələdiyyəsinə və Balakən rayon İHB-nın Hənifə kənd İƏD üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı1 Tacəddin oğlunun və Cavabdeh4 Tacəddin oğlunun onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi **********96 olan 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha hissəsindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsini , mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 Abdulhəmid oğlunun, İddiaçı2 İdris qızının və İddiaçı3 Əli qızının iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı2 İdris qızına İddiaçı3 Əli qızına izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən isə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçılar İddiaçı1 Abdulhəmid oğlunun,İddiaçı2 İdris qızının, İddiaçı3 Əli qızının cavabdehlər Cavabdeh2 Abdulla oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Hənifə bələdiyyəsinə və Balakən rayon İHB-nın Hənifə kənd İƏD üzrə nümayəndəliyinə qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 0.85 ha hissəsindən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 İdris qızına və İddiaçı3 Əli qızına izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-1358/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1358/2021
30.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver